Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə29/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   25   26   27   28   29   30   31   32   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Pul sistemləri. Pulun tədavül vasitəsi kimi funksiyası ilə əlaqəli olan forması şəklində kağız pullar çıxış edir. Bu qızılı tədavüldə əvəz edən vasitədir. Kağız pulların real dəyəri yoxdur, onlar qızılın nişanlarıdır, onlara icbari məzənnə verən dövlət hakimiyyəti tərəfindən tətbiq edilir. Kağız pulların real dəyəri dövlət hakimiyyətindən asılı deyil, pul tədavülünün obyektiv qanunları ilə müəyyən olunur. Kağız pulların buraxılışı əmtəə dövriyyəsində qızıla olan tələbatını üstələyirsə, onda onlar qiymətdən düşür. Qiymətlər artır. Bunların hamısı inflyasiyanı xarakterizə edir.
İnflyasiya - tədavüldə pul dövriyyəsi üçün real tələbatla müqayisədə pul kütləsinin artıqlığında təzahür edən pul tədavülü qanununun pozulması, yaxud da pulun əmtəə
qiymətlərinin artması ilə müşayiət olunan qiymətdən düşməsidir. Beləliklə, tədavül üçün zəruri olan pulun miqdarı problemi böyük əhəmiyyət kəsb edir. Pulun kəmiyyət nəzəriyyəsinin baniləri Ş.Monteskye, C.Lokk və D.Yum idi. Lakin pulun təkamülü tədavüldə pulun miqdarının müəyyən olunmasına yeni yanaşmanı da şərtləndirmişdir ki, bu da öz inikasını pul tədavülü qanunu adını almış pulun miqdarının neoklassik nəzəriyyəsində (A.Marşall, İ.Fişer) tapmışdır. Bu nəzəriyyəyə əsasən qiymətlərin səviyyəsinin pul kütləsindən asılılığı müəyyənləşdirilir ki, bu da aşağıdakı düsturla ifadə olunur: MV = PQ burada, M - pul vahidləri kütləsi; V - pul tədavülünün sürəti; P əmtəənin qiyməti; Q - bazarda təmsil olunmuş əmtəələrin miqdarıdır.
Bu düsturu dəyişdirərək əmtəə qiymətlərinin düsturunu alarıq: p = MV/Q Q miqdarda əmtəənin tədavülü üçün lazım olan pulun miqdarı: Kağız pulların qiymətdən düşməsi ilə devalvasiya və denominasiya kimi iqtisadi hadisələr sıx bağlıdır.
Devalvasiya - milli valyuta məzənnəsinin qızıla, gümüşə, yaxud da hər-hansı bir digər valyutaya nisbətən düşməsini bildirir. O əksər hallarda əskinasların (kupüraların) üzərində çoxsaylı sıfırların peyda olması ilə müşayiət olunur.
Denominasiya - devalvasiyanın əksi olan hadisədir, ölkənin pul vahidinin iriləşməsidir. Denominasiya sırf texniki prosesdir ki, bunun da nəticəsində tədavüldə olan pul kütləsi artmır, tədavüldən çıxarılan köhnə əskinasların miqdarı tədavülə daxil edilən yeni pul işarələrinin miqdarına bərabərdir. Əksər hallarda iriləşdirmə əmsalı olaraq bir və ya bir neçə sıfırlı vahid (10, 100, 1000 və daha çox) götürülür. Ona görə də, əvvəllər buraxılmış pul işarələrinin əmsalları yeniləri ilə dəyişdirilir. Eyni zamanda elə bu əmsala əsasən əmtəə qiymətləri, xidmətlərə görə tariflər, əmək haqqı hesablanır.
Neoklassik məktəb tədavül üçün lazım olan pulun miqdarı problemi ilə pulun dəyəri və mahiyyəti sualını ayrılmaz surətdə əlaqələndirir. Belə ki, müasir dövrdə pul hökumət, mərkəzi (yaxud ABŞ-dä federal, ehtiyat) bank tərəfindən «dekretə verilir», pul dekret vasitəsi kimi müəyyən olunur. Mərkəzi bank pul təklifinə hədd qoymalıdır və bununla da onların əldə olunmasını məhdudlaşdırmalıdır. Əgər pul nisbətən nadir olma xüsusiyyətini itirsə, onda onun qiyməti tamamilə yox olana qədər düşəcək. Pulun dəyər ölçüsü və tədavül vasitəsi funksiyalarını yerinə yetirməsi onun sərvətin tam ifadəsi olmasını və ən çox nağdlaşan (tez həyata keçən) olduğunu göstərir. Buna görə də dünya iqtisadi ədəbiyyatında pulun tam nağdlaşan mübadilə vasitəsi kimi müəyyən edilməsi daha çox yayılmışdır.
Pulun bu xassəsi tədricən, əmtəə - pul münasibətlərinin inkişaf dərəcəsindən asılı olaraq, yığım vasitəsi funksiyasını yaradır. Ə - P - Ə dövriyyəsinin iki sərbəst akta (Ə - P və P - Ə) bölünməsi pulun yığılmasına imkan və ehtiyac yaradır. Əmtəə tədavülü prosesində əmtəə istehsalçısında əmtəələrinin satışının (Ə - P) nəticələrini, istənilən vaxtda əmtəə dünyasının istənilən bir nümayəndəsinə çevrilməyə qadir olan bu «qızıl gəlinciyi» özündə tutub saxlamaq meyli yaranır. Əmtəənin satılmasının ardınca alqı olmıırsa, onda satıcının əlində satılmış əmtəənin pul şəklində dəyəri qalır. Pullar dəfinə şəklində saxlanılır, əmtəə satıcısı isə dəfinə toplayıcısı olur. Qızılı özündə pul və ya dəfinə elementi kimi saxlamaq üçün onu tədavüldən çıxarmaq lazımdır.
Dəfinə toplayan daha çox satmağa və daha az almağa çalışır. Dəfinə formaları: ■ qızıl külçələrin, sikkələrin yığılması; ■ estetik formaların, yəni qızıldan və ya gümüşdən olan zinət şeylərinin yığılması. Dəfinə funksiyasını qızıl yerinə yetirir. Qızıl inkişaf etmiş bazar iqtisadiyyatı olan ölkələrin rəsmi ehtiyatlarının ən mühüm tərkib hissəsidir. XX yüzilliyin
sonlarında Rusiya 36 min ton bu metala malik idi. Xüsusi rezavrasiyada 25 min ton qızıl var. Dəfinənin hər iki növünün həcmi 60 min tondan yuxarıdır ki, bu da kapitalist ölkələrində yarım əsrdən artıq istehsal olunan qızıla bərabərdir. Bundan başqa, estetik dəfinə formasında (zərgərlik məmulatlarında) təxminən 13 min ton saxlanılır. Dəfinənin yaranması nəinki pulun tədavül vasitəsi kimi funksiyası ilə sıx bağlıdır, o həm də pul tədavülünün kortəbii tənzim olunmasında müəyyən rol oynayır.
Dəfinə - artıq pulların zərurət yarandıqda ötürüldüyü və tədavüldə olan pul kütləsini artırmağa ehtiyac yarandıqda tədavül dairəsinə qaytarıldığı saxlanc yeridir. Pulun tədavüldən dəfinə kimi çıxarılması əmtəə təsərrüfatının erkən pillələrinə xas olan yığım formasıdır. Pul sistemləri ölkədə tarixən yaranan və milli qanun-vericiliklə təsbit edilən pul tədavülünün təşkili formasıdır. Pul sisteminin tipi pulun hansı formada - ümumi ekvivalent olan əmtəə kimi, yaxud dəyərin nişanları kimi fəaliyyət göstərməsindən asılıdır. Bununla əlaqədar olaraq pul sistemlərinin aşağıdakı tiplərini ayırırlar: pul əmtəəsinin bilavasitə tədavül etdiyi pulun bütün funksiyalarını yerinə yetirdiyi, kredit pulların isə metala dəyişdirilə bildiyi metal tədavülü sistemləri; ■ qızılın tədavüldən sıxışdırılıb çıxarıldığı kredit və kağız pulların tədavül sistemi.
Ölkədə ümumi ekvivalent və pul tədavülü bazası kimi qəbul olunmuş metaldan asılı olaraq bimetalizm və monometalizm fərqləndirilir. Bimetalizm ümumi ekvivalent rolunu iki nəcib metalın (adətən qızıl və gümüş) oynadığı, hər iki metaldan sərbəst pul kəsilməsi və onların qeyri-məhdud tədavülü nəzərdə tutulan pul sistemidir. Bimetalizm XIV-XVII əsrlərdə, bir sıra Qərbi Avropa ölkələrində isə XIX əsrdə də geniş yayılmışdı. 1865-ci ildə Fransa, Belçika, İsveçrə və İtaliya bimetalizmi Latın Sikkə İttifaqı adlanan beynəlxalq sazişin köməyi ilə saxlamağa cəhd etdilər. Lakin bimetal pul sistemi inkişaf etmiş bazar təsərrüfatına uyğun gəlmir, çünki eyni zamanda iki metalın dəyərin ölçüsü kimi istifadə edilməsi pulun bu funksiyasının təbiətinə ziddir. Ona görə də bimetalizm yerini monometalizmə verdi.
Monometalizm bir metalın (qızıl və ya gümüş) ümumi ekvivalent və pul tədavülünün əsası olduğu pul sistemidir. Fəaliyyətdə olan sikkələr və dəyərin nişanları qiymətli metallara dəyişdirilə bilər. Gümüş monometalizmi Rusiyada 1843-1852-ci, Hindistanda 1852-1893-cü, Hollandiyada 1847-1875-ci illərdə mövcud olub. İlk dəfə qızıl sikkə standartı (monometalizm) pul sistemi tipi kimi Böyük Britaniyada XVIII əsrin sonlarında təşəkkül tapmışdır və 1816-cı ildə qanunvericiliklə təsbit edilmişdir.
Dəyər nişanlarının qızıla dəyişdirilə bilməsinin xarakterindən asılı olaraq qızıl monometalizminin 3 növünü fərqləndirirlər: qızıl sikkə standartı, qızıl külçə standartı və qızıl deviz (qızıl valyuta) standartı. Qızıl sikkə standartı azad rəqabət dövründə bazarın tələblərinə daha çox uyğun gəlirdi, istehsalın kredit sisteminin, dünya ticarətinin inkişafına və kapitalın ixracına imkan yaradırdı. Qızıl külçə standartında qızıl sikkəlidən fərqli olaraq, tədavüldə qızıl sikkələr və onların sərbəst kəsilinəsi olmur.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə