Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə28/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   24   25   26   27   28   29   30   31   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

İctimai dəyər - dəyərin ictimai zəruri əmək məsrəflərinin funksiyası kimi ifadəsinin xüsusi keyfiyyət formasıdır, çünki əmtəənin istehsal şərtlərinin xüsusiyyətlərini və istehsal kateqoriyasını ifadə edir. İctimai dəyər sahədaxili rəqabət nəticəsində ictimai dəyərə bərabərləşən fərdi məsrəflərlə formalaşır və tənzim edilir. İctimai dəyərin formalaşması zamanı nəinki fərdi məsrəflərin səviyyəsi, eləcə də bu və ya digər şəraitdə əmtəə istehsalının həcmi də əhəmiyyət kəsb edir. Verilmiş şəraitdə nə qədər çox həcmdə əmtəə yaradılarsa, bu şəraitdə ictimai dəyərin müəyyən edilməsində bir o qədər çox rol oynayar.
İctimai dəyərin funksiyaları hansılardır? Birincisi, o canlı əməyin məhsuldarlığının artırılmasının məcburi amilidir (stimuludur). İkincisi, ictimai dəyər istehsalın maddi resurslarının səmərəli istifadə edilməsi amilidir. İctimai dəyər kateqoriyası ilə yanaşı yalnız istehsal şərtləri ilə deyil, həm də bu bazarda satış şərtləri ilə müəyyən olunan bazar dəyərini də fərqləndirmək lazımdır ki, bu da faydalılığın subyektiv qiymətləndirilməsi ilə əlaqədardır. İctimai məsrəflər bazar dəyərində yeni xarakteristika, yəni bu məsrəflərin ictimai zəruri faydalılığı ilə tamamlanır. Əgər əmək məsrəfləri ictimai tələbatlara uyğundursa, onda istehsal edilmiş məhsullar ictimai zəruri faydalılığa malikdir.
Bazar dəyəri ikili funksiya yerinə yetirir: birincisi, əməyin ictimai zəruri məsrəflərini (diqqət mərkəzində məsrəflər olmaqla ictimai dəyər), bazarda əmtəə təklifi şəklində təzahür edən istehsal olunmuş əmtəələrin kütləsini əks etdirir; ikincisi, əmək məsrəflərinin bazarda tələb şəklində çıxış edən ictimai tələbata müvafiqliyini üzə çıxarır.
Pul nədir sualına ən sadə cavab belədir: «Pul adətən əmtəə və xidmətlər müqabilində mübadilədə götürülən şeydir». Həqiqətən də, keçmişdə bir çox şeylər: balıqqulağı, fil sümüyü, duz, xəzlər və s. pul kimi istifadə olunurdu. Lakin bu cür cavab elmi deyil. Pulun yaranmasının və mahiyyətinin rasionalistik və təkamül kimi elmi konsepsiyaları mövcuddur. Rasionalistik konsepsiya pulun əmələ gəlməsini əmtəə mübadiləsində dəyərlərinin hərəkəti üçün xüsusi alətlərin lazım olduğuna əmin olan insanlar arasındakı razılığın nəticəsi kimi izah edir. Bu pula müqavilə kimi yanaşma ideyası XVIII əsrin sonlarına kimi hakim fikir olmuşdu. Pulun yaranmasına subyektiv-psixoloji yanaşma bir çox müasir burjua iqtisadçılarının da görüşlərində özünə yer alıb. Belə ki, P.Samuelson pula süni sosial şərtilik kimi tərif verir. Amerika iqtisadçısı C.Helbreyt hesab edir ki, «pulun funksiyalarının nəcib metallara və digər cisimlərə şamil edilməsi insanlar arasındakı razılığın məhsuludur». Pul - insanlar arasındakı razılığın məhsuludur. Pulun yaranmasının təkamül konsepsiyasına əsasən onun yaranma tarixi ictimai əmək bölgüsünün, mübadilənin, əmtəə istehsalının inkişafının
nəticəsidir.
Mübadilənin və dəyər formalarının tarixi inkişaf prosesini araşdırarkən, əmtəənin ümumi kütləsindən pul rolunu oynayan və ümumi ekvivalent kimi qəbul olunan bir əmtəənin necə seçilib ayrıldığını başa düşmək olar. Pul - ümumi ekvivalent rolunu oynayan xüsusi növ əmtəədir. Ümumi ekvivalent əmtəənin istənilən digər əmtəəyə dəyişdirilə bilmə qabiliyyətini bildirir. Müasir iqtisad elmi üçün pulun mahiyyətinin onun funksiyalarından çıxarılması mövqeyi səciyyəvidir. Bu tezisi ingilis iqtisadçısı C. Hiks ifadə etmişdir.
Pul - pul kimi istifadə olunan şeydir. Funksiyalar arasında iki başlıca, fundamental funksiya xüsusi rol oynayır: ■ dəyərin ölçüsü; ■ tədavül vasitəsi. Nəzəri olaraq pulun təşəkkülü və mövcudluğu üçün bu iki funksiya lazımdır və kifayətdir, çünki onlar pulu dəyərin ifadəsi kimi (müqayisə edilə bilmə) və əmtəə satışını həyata keçirmə vasitəsi kimi xarakterizə edirlər. Pulun yığım vasitəsi və tədiyə vasitəsi kimi digər funksiyaları əsas funksiyalardan törəmiş, ümumi əmtəə və xüsusilə də pul tədavülünün tarixi inkişafı nəticəsində yaranmışlar. Pulun dəyər ölçüsü kimi funksiyası onun bütün əmtəələrin dəyərlərini tutuşduraraq ölçə bilmək qabiliyyətinin ifadəsidir.
İlk öncə bu funksiyanı yerinə yetirmək üçün xüsusi əmtəə kimi pul özü dəyərə malik olmalı idi. Tarixən bu funksiyanı qızıl yerinə yetirməyə başlamışdı. Qiymət dəyərin ifadə forması olduğu üçün qiymətə dəyərdən daim kənarlaşma imkanı qoyulmuşdur. Əmtəənin dəyərini göstərmək üçün nağd pulun olmasına ehtiyac yoxdur. Dəyərin pulda göstərilməsi ideal xarakter daşıyır, yəni dəyərin ölçülməsi funksiyasını xəyalən təsəvvür edilən ideal pullar yerinə yetirə bilər. Əmtəə tədavülü prosesi tədavül vasitəsi kimi pula ehtiyac doğurur. Pul əmtəə mübadiləsində vasitəçi kimi çıxış edir (Ə-P-Ə). Əmtəə mübadiləsinin daxilən vahid aktı (Ə-Ə) zahirən müstəqil iki akta bölünür: satış (Ə - P) və alış (P - Ə). Bu aktlar zaman və məkanla ayrılır ki, bu da pulun və əmtəənin sərbəst hərəkəti imkanını şərtləndirir. Buraya satış və alışın ayrılması, parçalanması imkanı daxildir.
Əmtəə mülkiyyətçisi onu satmaqla dərhal digər bir əmtəəni almağa borclu deyil. Öz əmtəəsinə görə pul aldıqdan sonra pulu özündə saxlaya, yaxud da başqa yerdən əmtəə ala bilər. Lakin əmtəə istehsalçısı əmtəəni almasa, sonuncunun mülkiyyətçisi onu sata bilməz. Əmtəə tədavülünün biri-birini tamamlayan iki akta ayrılması özündə iqtisadi böhranların formal imkanlarını daşıyır, əmtəə istehsalında ziddiyyətlərin daha da dərinləşməsinə aparır.
Pulun tədavül vasitəsi kimi funksiyası ilə pulun formaları əlaqəlidir. Bura sikkələr, kağız pullar daxildir. Sikkə xüsusi formalı, çəkili, əyarlı metal külçəsidir. Sikkənin dəyəri dövlət tərəfindən təsdiq edilir. Dəyər ölçüsü funksiyasından fərqli olaraq, tədavül vasitəsi funksiyasını natamam dəyərli pullar, tam dəyərli pulların simvolları, nişanları da yerinə yetirə bilir. Bu, pulun tədavül vasitəsi kimi təbiətindən irəli gəlir. Pul fasiləsiz hərəkətdə olmaqla tədavül vasitəsi funksiyasını ötəri yerinə yetirir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə