Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə24/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   20   21   22   23   24   25   26   27   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

aşağıdakı xüsusiyyətləri ilə seçilir: a) İstehsal vasitələri (resurslar) üzərində ictimai mülkiyyət mövcuddur; b) Müəssisələrin resurslarının dövlət planlarını yerinə yetirilməsi üçün mərkəzləşdirilməsi; c) İstehlak məhsullarının bölgüsü mərkəzləşdirilimişdir; d) İstehsalçının istehlakçı üzərində hökmranlığı; e) Maddi nemətlərin və xidmətlərin ictimai tələbatdan geri qalması;


    1. İqtisadi sistemin ikinci tipi bazar iqtisadiyyatıdır. Bu sistemdə əsas iqtisadi sualları (Nə? Necə? Kim üçün?) bazar həll edir: qiymət, mənfəət və zərər də həmçinin. Burada istehsal vasitələri xüsusi mülkiyyətdədir. Resurslar tələb və təklifə uyğun istifadə olunur. Bu sistemdə nə? Sualını pulla ifadə olunan tədiyyə qabiliyyətli tələb həll edir.

Xüsusi mülkiyyət, yüksək mənfəət əldə etmək məqsədi istehsalçıları sistemin tələbi olan məhsullar istehsalına məcbur edir. Məhsulun necə istehsal olunması sualını yüksək mənfəət əldə etməyə çalışan istehsalçı həll edir, yəni rəqabət şəraitində öz məqsədlərinə çatmaq üçün istehsalçı rəqibinə nisbətən az xərclə daha çox və keyfiyyətli məhsul istehsal etməyə məcburdur. Burada həmçinin “kimin üçün?” sualı da müxtəlif maddi imkanlara malik alıcı qrupları nəzərə alınmaqla həll olunur. Bu sistemi aşağıdakı kimi xarakterizə etmək olar: a) İstehsal vasitələri üzərində xüsusi mülkiyyətdir; b) İnsanların təsərrüfat fəaliyyətinin idarə edilməsinin koordinasiyasının bazar sistemi mövcuddur; c) Azad sahibkarlıq və seçim prinsipinə əməl olunmalıdır; ç) Hər bir təsərrüfat subyekti maksimum mənfəət götürməyə çalışır; d) Resurslardan səmərəli qənaətli istifadəyə və nəticədə daha çox mənfəət götürməyə çalışırlar; e) Burada istehlakçılar hökmrandır, suverendir. Nə alınırsa onu da istehsal etmək tələb olunur.

    1. Ənənəvi iqtisadi sistem – zəif inkişaf etmiş ölkələrə xarakterikdir. Belə ki, müəyyən dövrün adətlərinə uyğun olaraq resursların bölgüsü, istehsal texnologiyası, maddi nemətlərin siyahısı müəyyənləşdirilir. Texniki tərəqqi bu sistemə çətin daxil ola bilir. Bu sistemdə istehsal, bölgü, mübadilə adət-ənənələrə, iqtisadiyyat isə vərəsəlik prinsipinə əsaslanır. Bu sistemdə insanlar özlərinin yaşaması üçün nə əldə edirlərsə onu da istifadə edirlər. Bu sistemin aşağıdakı xarakterik xüsusiyyətləri vardır: a) Sosial-qtisadi inkişaf səviyyəsinin aşağı olması və onun asılılıq xarakteri; b) İqtisadiyyatın çoxukladlılığı; c) Bazis münasibətlərinə nisbətən üstqurum münasibətlərinin sürətli inkişafı.


    2. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə