Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Bələdiyyələşmə (lat. murıicipium



Yüklə 0,96 Mb.
səhifə18/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   14   15   16   17   18   19   20   21   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Bələdiyyələşmə (lat. murıicipium - özü-özünü idarə edən cəmiyyət) torpaq, tikinti, yerli təsərrüfat işi üzərində dövlət mülkiyyət hüququnun şəhər (kənd - kənd yerlərində) özünüidarə orqanlarına verilməsinə deyilir. Bələdiyyə mülkiyyətinin yaranma tarixi XIX əsrin sonlarına (bəzi ölkələrdə ortalarına), təşəkkül tapması isə XX əsrin əvvəllərinə təsadüf edir.
Xüsusi mülkiyyət. «Xüsusi mülkiyyət» məfhumu tarixən dövlət əmlakını bütün digər əmlaklardan ayırmaq məqsədilə yaranmışdır. Buna görə də hesab olunurdu ki, dövlət əmlakı olmayan nə varsa, xüsusi əmlakdır. Mülkiyyət formalarının böyük müxtəlifliyi olan müasir dövrdə nəinki ayrı- ayrı vətəndaşların, eləcə də kooperativlərin, assosiasiyaların, xalq müəssisələrinin mülkiyyəti «qeyri- dövlət» mülkiyyəti hesab olunur.
Qərb iqtisadi nəzəriyyəsində və təcrübəsində «mülkiyyətin istənilən qeyri- dövlət forması xüsusi mülkiyyətdir fikri təsdiq olunub. Bu yanaşmanın öz məntiqi var. Dövlət öz cəmiyyətinin təmsilçisi kimi çıxış edir, mülkiyyətin digər subyektləri isə cəmiyyətin yalnız bir hissəsini təcəssüm etdirirlər, ona görə də onları mülkiyyətin sahibi hesab etmək düzgün olardı. Bugünkü gündə çoxları sübut etməyə çalışır ki, xüsusi mülkiyyət bölünməz, heç nə ilə məhdudlaşdırılmayan (öz sahibinin iradəsindən başqa) mülkiyyətdir. Əslində, xüsusi mülkiyyətçinin öz mülkiyyət obyektinin üzərində lazımi hesab etdiyi bütün əməliyyatları, bu əməliyyatların digər şəxslərin xüsusi mülkiyyət sahəsinə nüfuz etməməsi şərtilə aparmağa tam hüququ vardır. Sivil cəmiyyətdə mülkiyyətçilərin müəyyən davranış qaydaları hazırlanmışdır.
Xüsusi mülkiyyətə aşağıdakıları aid etmək olar:

    • İqtisadi vahid kimi ev təsərrüfatı - şəxsi ehtiyaclar üçün məhsul və xidmətlər istehsalını həyata keçirir;

    • Qanunvericiliyə müvafiq surətdə fəaliyyət göstərən leqal xüsusi müəssisələr. Bunlar fərdidən, kustardan irilərinə qədər istənilən ölçülü müəssisələrdir.

    • «Kölgə iqtisadiyyatı»nın tərkibində olan qeyri-leqal xüsusi müəssisələr. Bura ayrı-ayrı şəxslərin dövlətin xüsusi icazəsi olmadan əmtəə istehsalı və xidmət göstərmək sahəsindəki bütün fəaliyyətləri daxildir.

    • Mənzilin kirayə verməsindən tutmuş ayrı-ayrı şəxslər arasında pul əməliyyatlarının aparılmasına qədər xüsusi əmlakın və ya qənaətlə yığılmış şəxsi pulun istənilən istifadə forması.

Xüsusi bölmə mərkəzdən heç bir göstəriş olmadan özü- özünə inkişaf edir ki, bu da xüsusi mülkiyyətin həyat qabiliyyətliliyini göstərir. Xüsusi bölmənin inkişafının əsas şərtlərindən biri müəssisənin təsis edilməsində və istənilən istehsal fəaliyyətinin başlanmasına tam sərbəstlik verilməsidir. Xüsusi bölmə heç bir qadağa ilə üzləşməməlidir, onun mülkiyyətində olan əmlakı icarəyə verənlə icarəçi arasında azad müqavilə əsasında icarəyə verməyə, eləcə də istənilən yüksək qiymətli əşyanı yığmağa, satmağa və almağa qeyri-məhdud hüququ olmalıdır. Satıcı ilə alıcı arasındakı azad müqaviləyə əsaslanan sərbəst qiymətlər, sərbəst xarici ticarət fəaliyyəti, xüsusi mülkiyyətin tərkibində olan evin və əmlakın sərbəst alqı-satqısı, faiz ödəməklə sərbəst kreditləşdirmə, işçi qüvvəsi tutma sərbəstliyi, istənilən xüsusi müəssisəyə maliyyə investisiyası sərbəstliyi xüsusi bölmənin inkişafı üçün lazım olan mühitdir.
Xüsusi bölmənin inkişafının ikinci şərti xüsusi müqavilədəki mükəllə- fiyyətlərin yerinə yetirilməsinə qanunun təminat verməsini tələb edir. Əgər xüsusi müqavilə hər hansı bir şəkildə pozularsa zərər çəkmiş vətəndaş zərər verəni üzərinə götürdüyü mükəlləfiyyətləri yerinə yetirməyə məcbur etmək üçün məhkəməyə müraciət etmək hüqüquna malik olmalıdır. Üçüncü şərt xüsusi mülkiyyətin tam təhlükəsizliyinin təmin olunmasının zəruriliyidir. Onun toxunulmazlığının təminatı qanunda, partiya proqramlarında və aparıcı dövlət xadimlərinin bəyannamələrində nəzərə alınmalıdır. Müsadirənin heç vaxt olmayacağına təminat lazımdır. Dördüncü şərt kredit siyasətinin xüsusi kapitalqoymanı həvəsləndirilməsini tələb edir.
Mülkiyyətin bütün formalarını inkişaf etdirmək üçün bərabər imkanlar müddəasını mükəmməl hesab etmək olar. Real gerçəklikdə isə dövlət bölməsi tərəfindən həddindən çox kapital yığılmış, bürokratik aparatın, dövlət bank sisteminin və dövlət müəssisələrinin birləşməsi baş vermişdir. Bunlar dövlət bölməsinin başlanğıcdakı şübhəsiz üstünlüyünü şərtləndirir. Buna baxmayaraq, xüsusi bölmənin səmərəliliyi maliyyə çətinlikləri qarşısında, kreditləşmənin istənilən şərtlərində belə, daim iflas olmaq təhlükəsi gözlədiyi üçün artır. Xüsusi sektorun sonrakı inkişafı üçün cəmiyyətdə xüsusi bölməyə hörmətlə yanaşılması (beşinci şərt) olduqca vacibdir. Bazar iqtisadiyyatı şəraitində satıcının təklif elədiyi əmtəə alıcıya lazımdırsa və bu alıcı soruşulan qiyməti ödəməyə hazırdısa, sahibkarın satıcı olaraq fəaliyyət göstərməsinə ictimai faydalı hal kimi baxılmalıdır.
Dövlətsizləşdirmə dövlət mülkiyyətinin dəyişdirilməsi üzrə tədbirlər məcmusudur ki, bu da dövlətin iqtisadiyyatda hədsiz rolunu aradan qaldırmağa yönəldilir. Dövlətsizləşdirmə dövlətdən təsərrüfat idarəçiliyinin əksər vəzifələrinin
alınması, müvafiq səlahiyyətlərin müəssisələrə verilməsi, şaquli təsərrüfat əlaqələrinin üfüqilərlə əvəz olunmasını bildirir. Dövlətsizləşdirmə dövlətin iqtisadi sahədən tam çıxması ilə nəticələnmir. Müasir istehsal dövlətin tənzimləməsi olmadan müvəffəqiyyətli inkişaf edə bilmir ki, bu da yalnız müəyyən hədlər daxilində səmərəlidir. Əgər bu hədlər pozularsa, ictimai istehsalın səmərəliliyi azalar. Hazırda dövlətsizləşdirmə xətti ümumdünya xarakteri daşıyır.
Dövlətsizləşdirmə müxtəlif istiqamətlər üzrə həyata keçirilə bilər:

    • mənimsəmə prosesinin dövlətsizləşdirməsi, hər bir işçinin və əmək kollektivinin mənimsəmənin, inhisarsızlaşmanın bərabərhüquqlu iştirakçısı kimi tanınması;

    • müxtəlif təsərrüfatçılıq formalarının yaradılması, müəssisələrin bütün formalarına qanun çərçivəsində təsərrüfat fəaliyyətində eyni dərəcədə sərbəstlik verilməsi;

    • yeni təşkilati quruluşların formalaşması, üfüqi əlaqələrin aparıcı rol oynadığı sahibkarlıq fəaliyyətinin yeni formalarının (konsernlər, şirkətlər, assosiasiyalar) yaradılması.

Beləliklə, dövlətsizləşdirmə inhisarçılığın dəf edilməsinə, rəqabətin və sahibkarlığın inkişaf etdirilməsinə yönəldilir. Bu bazar iqtisadiyyatına keçidin mərkəzi problemidir. Dövlətsizləşdirmə özəlləşdirmə ilə sıx əlaqədədir. Özəlləş- dirmə mülkiyyətin dövlətsizləşdirmə istiqamətlərindən biridir ki, bunun da mahiyyəti onun ayn-ayn vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətinə verilməsidir. Beləliklə, özəlləşdirmə və dövlətsizləşdirmə arasındakı fərq ondan ibarətdir ki, özəlləşdirmə mülkiyyət münasibətlərinin kökündən dəyişilməsi prosesini əks etdirir, dövlətsizləşdirmə isə mövcud təsərrüfat sisteminin, dövlət diktatının dağıdılmasına və iqtisadiyyatın dövlətdən asılı olmayaraq fəaliyyət göstərməsinə istiqamətlənmiş dəyişilməsinin bütün kompleksini əhatə edir. Özəlləşdirmənin obyektləri iri sənaye, xırda və orta sənaye və ticarət müəssisələri, xidmət sahələri müəssisələri, mənzil fondu, mənzil tikintisi, kənd təsərrüfatı müəssisələri və s. ola bilər.
Özəlləşdirmədən sonra xüsusi şəxslər, özəlləşdirilmiş müəssisənin işçisi, əmək kollektivi, banklar, holdinqlər, səhmdar cəmiyyətləri (şirkətlər) və s. mülkiyyət subyektləri olur. Bu və ya digər ölkədə özəlləşdirmənin miqyası əvvəlki dövrdə orada xüsusi bölmənin milliləşdirilməsi metodunun nə dərəcədə geniş istifadə olunmasından asılıdır. Milliləşdirmə metodunun nadir hallarda tətbiq olunduğu ölkələrdə (ABŞ, AFR, Yaponiya) özəlləşdirməyə meyl zəif təzahür edir. Milliləşdirmə prosesinin həddindən çox güclü getdiyi ölkələrdə (Böyük Britaniya, Fransa) isə özəlləşdirmə geniş miqyasda həyata keçirilir.
Dövlətsizləşdirmə və özəlləşdirmə müxtəlif metodlarla, məsələn, mülkiyyətin pulsuz verilməsi, müəssisələrin güzəştli şərtlərlə alınması, səhmlərin satışı, müəssisənin icarəyə verilməsi, xırda müəssisələrin hərracda miisabiqəylə, yaxud da miisabiqəsiz satışı əsasında həyata keçirilə bilər. Özəlləşdirmədən alınan maliyyə vəsaitləri ilk növbədə bazar infrastrukturunun inkişafına, eləcə də müstəqillik əldə etmiş müəssisələrin xüsusi kapitalla təmin olunmasına yönəldilməlidir.
İnkişaf etmiş bazar iqtisadiyyatlı və keçid iqtisadiyyatlı ölkələrdə özəlləşdirmənin məqsədləri müxtəlifdir. Özəlləşdirmənin lideri olan Böyük Britaniya özəlləşdirmənin aşağıdakı üsullarını təklif etmişdir: səhmlərin satılması və pulsuz paylanması; xidmət göstərməyə podrat işi; dövlət mənzilinin kirayə götürənə satışı; rəqabəti artırmaq məqsədilə dövlət inhisarından imtina. Dövlət mülkiyyətinin və onun funksiyalarının xüsusi bölməyə tam və ya qismən ötürülməsinin bütün dünya üzrə müxtəlif üsulu mövcuddur.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə