Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə17/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   13   14   15   16   17   18   19   20   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Dövlət mülkiyyəti. Müasir dünyada elə bir ölkə yoxdur ki, orada dövlət aktiv təsərrüfat fəaliyyəti aparmasın. Qərb ölkələrində əsas fondlarda dövlətin payına 7- dən 30-a qədər və daha çox faiz düşür. Mülkiyyətin dövlət forması iqtisadiyyatın baza sahələrində üstünlük təşkil edir ki, burada birbaşa mərkəzləşdirilmiş idarəetməyə, dövlət investisiyalarının həyata keçirilməsinə həqiqətən də böyük tələbat olur, gəlirlilik meyli ictimai maraqlar üçün kifayət etmir. Bura yalnız ümumi şəkildə (bütöv tam kimi) işlənən fəaliyyət növləri aiddir ki, buna səbəb də bu fəaliyyət növlərinin və onların maddi zəmininin dövlət idarəetmə forması (informasiya vasitələri, sosial və istehsal quruluşları, ekoloji mühafizə, fundamental elm və məsələn, kosmosun fəthi kimi, elm tutumlu istehsalat və s.) obyektiv olaraq yaranır.
Dövlət mülkiyyət forması iflasa uğrayan qeyri-hökumət müəssisələrinə kömək etmək lazım olduqda da yaranır. Bu faktik olaraq ziyanla işləyən müəssisələrin milliləşdirilməsi, dövlət vəsaiti hesabına onların sağlamlaşdırılması və sonrakı özəlləşdirilməsi zəminində aparılır.
Dünya təcrübəsi göstərir ki, dövlət mülkiyyəti səmərəli ola bilir, çünki onun mülkiyyətin digər formaları ilə müqayisədə aşağıdakı funksiyaları ilə şərtləndirilmiş müəyyən üstünlükləri vardır: makrotənzimetməni həyata keçirmək bacarığı, cəmiyyətin bütövlükdə iqtisadi inkişaf strategiyasını formalaşdırmaq, nəticə etibarilə insana yönəldilmiş ən yüksək səmərəliliyə nail olmaq meyarına əsasən milli iqtisadi quruluşunu optimallaşdırmaq. Bununla yanaşı, iqtisadi və sosial quruluşdan asılı olmayaraq dövlət mülkiyyəti əksər hallarda digər formalara nisbətən daha az səmərəliliklə fəaliyyət göstərir. Bu bir tərəfdən bazarın imkanlarının məhdud olduğu və əməyə marağın aşağı olduğu sahələrdə dövlət mülkiyyətinin inkişafı ilə əlaqədardır. Digər tərəfdən isə mülkiyyətçinin məsuliyyətsizliyi və müəssisənin bazar istiqamətini itirməsi üzündən normal fəaliyyət göstərən bazarı olan sahələrdə də dövlət mülkiyyətinin səmərəliliyi azala bilər. Mülkiyyətin dövlət formasının üstünlük təşkil etməsi dövlət inhisarının yaranmasına gətirib çıxarır. Bu isə öz növbəsində ölkə iqtisadiyyatının inkişafı, istehlakçı və əhali üçün zərərli, istehsalçı üçün isə olduqca əlverişlidir. Beləliklə, dövlət mülkiyyətini deyil, onun inhisar vəziyyətini aradan götürməkdən danışmaq olar. Dövlət mülkiyyəti ümummilli, respublika və bələdiyyə mülkiyyəti şəklində iqtisadiyyatda həmişə mühüm rol oynayır.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə