Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə65/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   58   59   60   61   62   63   64   65   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Kollektiv mülkiyyətə əsaslanan kooperativlərlə şərikli müəssisələr arasında oxşar cəhətlər çoxdur. Belə ki, şərikli müəssisələrdə olduğu kimi kooperativlər də iştirakçıların könüllü birliyidir. Onlar arasındakı fərqlər isə bunlardır: 1. Kooperativlərdə iştirakçıların sayı şərikli müəssisələrdəkinə nisbətən daha çoxdur; 2. Şərikli müəssisələrin idarə olunmasında bəzən menecerlərdən istifadə olunur, kooperativlərin idarə olunması həmişə öz üzvləri içərisindən seçilmiş idarə heyəti tərəfindən həyata keçirilir.
Kollektiv mülkiyyət əsaslanan əsas müəssisə formalarından biri səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyəti öz nizamnamə fondunu tədavülə səhm və istiqraz kimi qiymətli kağızlar buraxmaq yolu ilə formalaşdıran və bunun nəticəsində toplanmış vəsait əsasında işgüzarlıq fəaliyyətini həyata keçirən kollektiv müəssisə formasıdır. Belə cəmiyyətin səhmlərini alanlar onun səhmdarlarına çevrilirlər və aldıqları səhmin həcminə uyğun olaraq onun mənfəətindən divident almaq hüququ qazanırlar.
İlk səhmdar cəmiyyətləri XV-XVI əsrlərdə Gemuyada və Milanda yaranmışdı. XVII əsrdə iri ticarət kampaniyaları: Niderlandda “Ost hind” (1600), Fransada “Kompani dez end Oksidantal” (1628) yarandı. Səhmdar cəmiyyətləri-nin müəssisələrin başqa formalarından fərqli xüsusiyyətləri və üstünlükləri vardır. Bunlar aşağıdakılardır: 1. Səhmdar cəmiyyətləri əlavə kapitalın cəlb olunmasına geniş imkan yaradır; 2. Səhmdarlar məhdud məsuliyyət daşıyırlar, yəni səhmdarlar verdikləri pay həcmində cavabdehdirlər; 3. Peşəkar idarəetmə- səhmdar cəmiyyətlərinin idarə olunması adətən menecerlər tərəfindən həyata keçirilir.
Səhmdar cəmiyyətlərinin buraxılan səhmlərin növündən və onların bazarda dövriyyəsinin təşkilindən asılı olaraq iki tipi fərqləndirilir: açıq və qapalı. Açıq tipli cəmiyyətlərin səhmləri heç bir məhdudiyyət qoyulmadan bazarlarda alınıb- satılır. Cəmiyyət və onun səhmdarları öz öhdəliklərinə görə cəmiyyətin bütün bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Qapalı tipli səhmdar cəmiyyətinin səhmləri isə təsisçi səhmdarların öz aralarında bölüşdürülür və bazara çıxarılmır. Bu cür cəmiyyətlər nizamnamə kapitalının formalaşması üçün təsisçilərin öz kapitalı kifayət edən zaman yaradılır. Səhmdar cəmiyyəti və səhmdarlar öz öhdəliklərinə görə yalnız qoyulmuş kapital həcmində məsuliyyət daşıyırlar.
Dövlət müəssisələri dövlət mülkiyyətinə əsaslanır və iki əsas əlamətlə səciyyələnir. Birincisi, dövlət müəssisələrinin əmlakı və idarə olunması tamamilə və ya qismən dövlətin və onun orqanlarının əlində cəmlənir. İkincisi, dövlət müəssisələrinin fəaliyyətinin məqsədilə bağlıdır. Onların öz fəaliyyətlərində yüksək mənfəət əldə etmələri yeganə məqsəd deyilir. Onların əsas məqsədi hansı yolla olursa- olsun ictimai tələbatı ödəməkdir.
Bazar iqtisadiyyatı ölkələrində fəaliyyətinin miqyasına, təmərküzləşmənin səviyyəsinə görə müəsisələrin kiçik, orta və iri formaları fərqləndirilir. Bu təsnifləşdirmədə əsas göstərici kimi işçilərin sayı qəbul edilmişdir. Bu göstərici ölkənin iqtisadi, sosial və siyasi xüsusiyyətindən və s. asılı olaraq müxtəlif ölkələrdə bir-birindən fərqlənir. Adətən 50- yə qədər işçi olan müəssisə kiçik müəssisə, 500-dən çox işçisi olan isə iri müəssisə hesab olunur. Azərbaycanda sənayedə 50-yə, tikintidə 25-ə, nəqliyyatda 15-ə, ticarət və xidmət sahələrində isə 10-a qədər işçi olan müəssisə- kiçik, buna uyğun olaraq 300, 150, 75 və 50- dən çox işçisi olan isə iri müəssisə hesab olunur.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə