Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Firma haqqında nəzəriyyər



Yüklə 0,96 Mb.
səhifə61/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   58   59   60   61   62   63   64   65   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Firma haqqında nəzəriyyər. İqtisadi ədəbiyyatda firmanın fəaliyyəti ilə əlaqədar olaraq müxtəlif nəzəriyyələr vardır. Firma haqqında ənənəvi nəzəriyyə- mənfəətin maksimumlaşdırıl- ması nəzəriyyəsidir. Bu nəzəriyyədə firmanın fəaliyyətinin qarşısında duran əsas məqsəd ön plana çəkilir və göstərilir ki, firmanın fəaliyyətində, davranışında əsas məqsəd mənfəəti maksimumlaşdırmaqdan ibarətdir.
Firmanın təsərrüfat fəaliyyətinin əsas daxili məqsədi (təbii məqsədi) mənfəət əldə etmək və onu mümkün qədər çoxaltmaqdan ibarətdir. Bu, təsadüfi deyil, çünki rəqabət şəraitində daha çox mənfəət almaq firmaya imkan verir ki, təsərrüfat vəziyyətini möhkəmləndirsin, əks halda o bazardan sıxışdırılıb çıxarıla bilər. Bu nəzəriyyə iki ehtimala əsaslanır: 1. Mülkiyyət-
çilər firmanın fəaliyyətini idarə edir və onun işlərinə gündəlik nəzarəti həyata keçirirlər; 2. Sahibkarların yeganə arzusu- mənfəəti maksimumlaşdırmaqdır. Nəzəriyyə son xərclərin son gəlirlərə nisbətən azaldılması şəraitində mənfəətin maksimumlaşdırılması haqqın-dakı tezisə əsaslanır.
Firma haqqında menecer nəzəriyyəsi, yəni satışdan alınan gəlirin maksimumlaşdırılması nəzəriyyəsi. Müasir şəraitdə mülkiyyətin səhmdar forması həlledici rol oynayır. Idarəetmə funksiyalarını peşəkarlara həvalə etməklə əsil mülkiyyətçilər səhm sahibi olur və formal mülkiyyətçiyə çevrilirlər. Doğrudan az sayda mülkiyyəçi nəzarət səhm paketinə sahib olmaqla firmanın strateji fəaliyyətinə nəzarət edir. Amma söhbət korporasiyaların fəaliyyətindən bixəbər olan milyonlarla kiçik, orta və iri mülkiyyətçilərdən gedir. Beləliklə, firmanın fəaliyyətində, idarə olunmasında menecerlərin rolu getdikcə artır. İqtisadi həyatda baş verən belə dəyişikliklər firma haqqında menecer nəzəriyyəsinin yaranmasına gətirib çıxartmışdır.
Bu konsepsiya iki əsas amillə bağlıdır: 1. Operativ idarəetmə bilavasitə mülkiyyətçilər tərəfindən deyil, peşəkar menecerlər tərəfindən həyata keçirilir; 2. Menecerin əsas məqsədi satışın həcmini və bundan alınan gəliri maksimumlaşdırmaqdan ibarətdir. Bir sıra səbəblər, həqiqətən, meneceri satış həcmini maksimumlaşdırmaqda maraqlı edir. Bu, hər şeydən əvvəl, onunla izah olunur ki, menecerin aldığı əmək haqqının, digər ödəmə və güzəştlərin miqdarı bilavasitə satılmış məhsullardan alınan pul məbləğindən asılıdır. Bu konsepsiya sonralar təkmilləşdirilmişdir. Təkmilləşdirmə ilə əlaqədar məhsulların satışından əldə olunan pul vəsaitindən çoxalması ştat vahidlərini artırmağa, yeni layihələrin həyata keçirilməsinə şərait yaradır. ABŞ- da Strateji planlaşdırma İnstitutu tərəfindən aparılmış tədqiqatın (1974) nəticəsində aydın olur ki, firmalar qısa müddət ərzində satış həcmini çoxaltmağa üstünlük versələr də, uzun müddət dövründə onları daha çox mənfəətin maksimumlaşdırılması məsələsi maraqlandırır.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə