Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


kommersiya-sərgi kompleksləri; ■ ali



Yüklə 0,96 Mb.
səhifə38/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   34   35   36   37   38   39   40   41   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

kommersiya-sərgi kompleksləri; ■ ali orta iqtisadi təhsil sistemi; ■ audit şirkətləri; ■ məsləhət (konsaltinq) şirkətləri; ■ iş fəallığının həvəsləndirilməsi təyinatlı ictimai dövlət fondları; ■ xüsusi azad sahibkarlıq zonaları.

İnfrastruktur bazar subyektlərinin sivil xarakterli fəaliyyətini təmin etməlidir, özü də onun elementləri subyektlərə kənardan verilməyib, bazar münasibətlərinin özündən törənmişlər. Bazar infrastrukturunun funksiyaları: ■ bazar münasibətləri iştirakçılarına öz maraqlarını reallaşdırmağı yüngülləşdirmək; ■ iqtisadiy-yatın ayrı-ayrı subyektlərinin fəaliyyət növlərinin ixtisaslaşdırılması əsasında bazar subyektlərinin operativliyini və səmərəliliyini yüksəltmək; ■ hüquqi və iqtisadi nəzarət formalarını, işgüzar təcrübənin dövlət və ictimai tənzimlənməsini sadələşdirmək.
Ölkə iqtisadiyyatındakı dəyişikliklər onun quruluş institutlarına: iqtisadiyyatın ayrı-ayrı hissələrinə xidmət edən və onları qarşılıqlı əlaqələndirən təşkilatlarına, qurumlarına, o cümlədən bazarın infrastrukturuna təsir etməyə bilməz. Bazar infrastrukturunun bəzi elementlərini qısa səciyyələndirək. Konsaltinq şirkətləri. Burada bazar və biznesin nəzəriyyəsi və təcrübəsi sahəsində ciddi mütəxəssislər çalışırlar. Sahibkarların sifarişlərilə onlar iqtisadi və hüquqi məsələlər üzrə məsləhətlər verir. Bu məsləhətlərin haqqının ödənilməsi sahibkarlara belə mütəxəssislərin firmada saxlanılmasından ucuz başa gəlir. Auditor şirkətləri. Audit firmanın bazarda və biznes sahəsində imkanlarını qiymətləndirməyə imkan verən maliyyə-təsərrüfat
fəaliyyətinin kompleks təftişidir. Belə yoxlama müstəqil ekspertiza səciyyəlidir (hökumət, təsisçi, idarəedicilər, firma rəhbərliyinin təşəbbüsü ilə).
Bazarın inkişafı və bazar iqtisadiyyatının formalaşması üçün azad iqtisadi zonaların (AİZ) böyük əhəmiyyəti var. İlk AİZ 1959-cu ildə İrlandiyada yaranıb. XX əsrin 70-ci illəri AİZ-ların ən çox təşəkkül tapdığı dövrdür. Məşğulluq sürəti həmin zonalarda son 20 il ərzində hər il 20% - dən artıq olub. Azad iqtisadi zonaların aşağıdakı formaları vardır:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə