Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Strukturunun mürəkkəbliyi, iqtisadiyyatın hər elementi ayrılıqda iqtisadi sistemin bir hissəsidir, yaxud yarımsistemdir



Yüklə 0,96 Mb.
səhifə21/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   17   18   19   20   21   22   23   24   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Strukturunun mürəkkəbliyi, iqtisadiyyatın hər elementi ayrılıqda iqtisadi sistemin bir hissəsidir, yaxud yarımsistemdir. Məsələn, əməyin ödənilməsində tarif sistemi yarımsistemdir.

İqtisadi sistemin formalaşmasına bir sıra amillər, o cümlədən, təbii-iqlim, istehsal-iqtisadi, mənəvi, hüquqi, sosial-mədəni, dini, əxlaqi və s. təsir göstərir. Onların əksəriyyəti iqtisadi inkişaf səviyyəsindən asılı olaraq formalaşır, dəyişir.
İqtisadi sistemin formalaşmasında maddi-texniki baza mühüm rol oynayır. Belə ki, həmin maddi-texniki baza özünün inkişaf səviyyəsinə görə eyni və müxtəlif olur. Bu isə iqtisadi sistemlərin məzmununa inkişaf səviyyəsinə və s. ciddi təsir göstərir. Bir sıra iqtisadi məsələlər, o cümlədən iqtisadiyyatın təşkili, nə istehsal etməli, nə qədər istehsal etməli kimi məsələlər bütün sistemlərdə eyni olmuşdur. Necə istehsal etmək (hansı əmək alətləri və s.) məsələsində dövrlər bir-birindən əsaslı şəkildə fərqlənmişdir. İqtisadi sistemlər “nə istehsal etməklə yox, necə istehsal etməklə” fərqləndirilmişdir.
Maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı formasına görə fərqlənir, yəni iqtisadi sistem təsərrüfat sistemi kimi xarakterizə olunur. Təsərrüfat
sistemi maddi və qeyri-maddi nemətlərin istehsalçısı və istehlakçısı arasındakı əlaqələrin qaydaya salınmış sistemidir. Məsələn, ibtidai-icma təsərrüfati, quldar latifundasiyası, feodal malikanəsi, kapitalizmdə (bazar iqtisadiyyatında) sahibkar müəssisəsi, sosialist müəssisəsi və s. bunların hamısı məhdud resurslar şəraitində fəaliyyət göstərmişlər, müəyyən maddi-texniki bazaya, iqtisadi münasibətlər sisteminə, təşkilati-təsərrüfatçılıq metodlarına və idarəetmə formalarına malik olmuşlar.
İqtisadi sistem” haqqında baxışlar. İqtisadi sistemin mahiyyəti və formalaşması məsələlərinə müxtəlif elmi yanaşmalar mövcud olmuşdur. İqtisadi sistemin formalaşmasında iki mühüm amillər qrupu nəzərdən keçirilir. Bunlardan birincisi mövcud mühiti, ikincisi isə iqtisadi sistemi təşkil edən elementlərin struktur əlaqələrinin xüsusiyyətlərini əks etdirir. Onlardan biri olan sosial-mədəni amillər qrupunun fəaliyyətindən asılı olaraq sivilizasiyalı inkişafın iki mühüm və bir birindən fərqli Qərb və Şərq istiqamətləri meydana gəlmişdir. Onların hər ikisinin spesifik inkişaf qanunauyğunluqları vardır.
Qərb inkişaf yolu sərbəstliyə, demokratiya prinsiplərinə, Şərq inkişaf yolu ciddi nəzarətə, milli mənafe üstünlüyünə, dini əqidələrin möhkəmliyinə əsaslanır. Məhz fəaliyyətdə olan sosial-mədəni amillərdən asılı olaraq müəyyən iqtisadi sistem inkişaf edir. Məsələn, bazar iqtisadiyyatının İsveç, Amerikan, Yunan, Alman və s. modelləri. Burada əsas səbəblərdən biri də müxtəlif tarixi dövrlərdə cəmiyyətin ehtiyacları və insanların tələbatlarını hərtərəfli təmin etmək üçün real imkanların və konkret şəraitin müxtəlifliyidir.
Hər hansı bir iqtisadi sistemin ümumi momentlərini akademik Q.P.Juravlyova göstərmişdir:


  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə