|
Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti
|
səhifə | 96/106 | tarix | 22.05.2023 | ölçüsü | 0,68 Mb. | | #111948 |
| iqtisadiyyat nmfXarici motivlərin mənbəyi müəssisənin rəhbərliyi, müştərilər, tərəfdaşlar, sifarişçilər hesab olunurlar. Xarici motivlər iki cür qruplaşdırılır. Maddi və mənəvi.
Maddi motivlərə əmək haqqı, əlavə əmək haqqı mükafatlar, maddi yardımlar və s. aiddir. Mənəvi motivlərə isə tərifnamələr, fəxri fərmanlar, diplomlar, orden və medallar, fəxri adlar və s. aiddir.
Xarici motivlərin köməyi ilə motivləşmənin iki üsulu mövcuddur: qamçı və qoğal üsulu.
Qoğal üsulu iqtisadi üsul hesab edilir. Rəhbər işçi çalışdığı təşkilat ilə əmək müqaviləsi bağlayır. İşçi ona aid olan vəzifələri və üzərinə düşən öhdəlikləri yerinə yetirdiyinə görə əmək haqqı alır. Qoğal üsulu işçiyə əmək fəaliyyətində həvəslən-dirici təsir göstərir. Bu üsul rəhbərlik tərəfindən işçiyə göstərilən sosial-iqtisadi təsiri xarakterizə edir. Deməli, qoğal üsulu sosial və iqtisadi üsullar vasitəsilə insanların əmək fəaliyyətində fəallığının artırılmasına yönəldilən üsullar sistemidir.
Qamçı üsulu isə inzibati üsuldur. Əgər işçi ona tapşırılan işi layiqincə yerinə yetirmirsə, işə “dırnaqarası” münasibət bəsləyirsə, onda qamçı üsulu tətbiq edilir. Qamçı üsulu işçini qorxutmaq, onu iqtisadi sanksiyalarla, digər inzibati tədbirlərlə hədələmək, hətta həmin sanksiyalara və təsirlərə məruz qoymaqla onun əmək fəaliyyətində fəallığını məcburi qaydada artırmağa yönəldilmiş üsullardan ibarətdir. Qamçı üsuluna, həmçinin işçiyə şifahi və rəsmi xəbərdarlıq, töhmət elan edilməsi, əmək haqqının aşağı salınması, vəzifəsinin aşağı salınması, iqtisadi sanksiyalar tətbiq olunması, şifahi tənbehləri aid etmək olar.
Motivlər
Xarici motivlər
Daxili motivlər
Təhsil
Əlavə ə/h.
Fəxri adlar
Orden və medallar
Mənəvi motivlər
Dünya görüşü
Ə/h
Maddi motivlər
Mükafat
Diplomlar
Psixoloji keyfiyyət
Fəxri fərman və tərifnamələr
Yardım
Dostları ilə paylaş: |
|
|