|
Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti
|
səhifə | 95/106 | tarix | 22.05.2023 | ölçüsü | 0,68 Mb. | | #111948 |
| iqtisadiyyat nmfDaxili motivləri aşağıdakı kimi təsnifləşdirmək olar:
1) Təhsil (ali, orta ixtisas, peşə, orta).
2) Dünyagörüşü (biliklər, bacarıqlar, vərdişlər).
3) Davranış motivləri (xarakter, səylər, maraqlar cəhd, qətiyyət,).
4) Psixoloji keyfiyyətlər (təşəbbüskarlıq, diqqətlilik, həssaslıq).
Təhsil biliklərin insana aşılanmasında rol oynayır. İnsan malik olduğu təhsilin formasına görə idarəetmə və əmək fəaliyyətində vəzifələrə nail olur. Məsələn idarəetmə fəaliyyəti ilə məşğul olmaq üçün ali təhsil almaq məqsədəuyğun hesab edilir.
İnsanın dünyagörüşü dedikdə, onun nail olduğu biliklər, bacarıqlar və vərdişlər başa düşülür.
Bilik təbiət, cəmiyyət və idraka aid olan məlumatların, qanun və qanunauyğunluqların məcmusudur. Bacarıq biliklərin həyatda və fəaliyyətdə tətbiqidir. Vərdiş isə bacarığın avtomatlaşdırılmış formasıdır. Məsələn avtomobil sürmək, paltar tikmək, musiqi alətində ifa etmək, dəzgah, avadanlıq və texniki vasitələrdə çalışmaq və s.
Qabiliyyət isə fəaliyyətin müvəffəqiyyətli icrasının şərti olub, onun üçün zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasının fərdlərdə təzahürüdür. Qabiliyyətli insanlar bilik, bacarıq və vərdişlərə sürətlə yiyələnirlər.
Xarakter insanın fərdi-psixoloji xüsusiyyətlərindən biri kimi daxili motivasiya amilləri içərisində böyük əhəmiyyət kəsb edən ünsürlər toplusuna aiddir. İnsanın xarakteri ailədə, əmək kollektivində, cəmiyyətdə formalaşır və davranışın təsir vasitəsinə çevrilir. Xarakter insanda özünü davamlı formada büruzə verir. Məsələn insan iş yoldaşları ilə bir dəfə humanist davranmaqla ona humanist insan demək olmaz. Əgər bu xüsusiyyət davamlı formada onun davranış tərzində müşahidə olunursa, həmin insan humanist xarakterli insan kimi qəbul oluna bilər. Xarakterik əlamətlər dörd cür təsnifləşdirilir:
1) Kollektivə və insanlara münasibəti ifadə edən xarakterik əlamətlər (kollektivçilik, humanistlik, xeyirxahlıq, qayğıkeşlik, sədaqətlilik, səmimilik, diqqətlilik, sadəlik, nəzakətlilik, ədalətlilik);
2) Əməyə münasibəti ifadə edən xarakterik əlamətlər (əməksevərlik, işgüzarlıq, məsuliyyətlilik);
3) İnsanın özünə münasibətini ifadə edən xarakterik əlamətləri (təvazökarlıq və ya şöhrətpərəstlik);
4) Əşyalara münasibəti ifadə edən xarakterik əlamətlər (səliqəlilik, ehtiyatlılıq, qayğıkeşlik və s.).
Daxili motivlərlə bərabər insanın motivləşməsində xarici motivlərin də rolu böyükdür.
Dostları ilə paylaş: |
|
|