|
Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti
|
səhifə | 94/106 | tarix | 22.05.2023 | ölçüsü | 0,68 Mb. | | #111948 |
| iqtisadiyyat nmf3. Motivləşdirmə funksiyası
Motivləşmə daha çox psixoloji termindir. Motivləşmə insanı məqsədyönlü formada hər hansı bir işi görməyə sövq edən, onu hərəkətə gətirən bir prosesdir.
Motivləşmə prosesinin baş verməsində motivasiyanın rolu olduqca böyükdür. Motivasiya motivlər toplusudur. Motivlər dedikdə, prosesin baş verməsi üçün lazım olan amillər, səbəblər, maraqlar, elementlər, xüsusiyyətlər başa düşülür. Motivlər insanı fəaliyyətə təhrik edir. Deməli, motivasiya insanı fəaliyyətə sövq etdirən və ya onu fəallaşdıran daxili və xarici hərəkətverici qüvvə və amillərin məcmusudur. Burada daxili və xarici hərəkətverici qüvvələr motivlərdir.
Motivləşmə prosesi isə insanda motivlərin köməyi ilə fəaliyyətin başlaması, davam etməsi və fəallığın artması prosesidir. Motivləşmənin əsasında insan tələbatları dayanır. Maddi və mənəvi ehtiyaclar insanın maddi və mənəvi tələbatlarını yaradır. İnsan öz tələbatını ödəmək üçün müxtəlif üsul və vasitələr axtarır. Tələbatlar insanı həyat və əmək fəaliyyətinə sövq edir. Buradan belə aydın olur ki, tələbatlar insanın fəallığının mənbəyini təşkil edir. Deməli, motivləşmə prosesinin əsas mənbəyi tələbatlardır.
İnsan hər hansı fəaliyyətlə məşğul olmaq üçün qarşısına məqsəd qoyur. Nə iş görməli və hansı sahədə çalışmalıdır ki, o yeməyə, geyimə və s. olan tələbatlarını ödəsin. Bu suala cavab tapdıqdan sonra insan özünə müvafiq fəaliyyət sferasında çalışmaq üçün əvvəl həmin fəaliyyətin ünsürlərinə (motivlər: ixtisas, bilik, informaşıyalar, maliyyə vəsaiti, texniki vəsaitlərə) malik olur, sonra isə fəaliyyət göstərməyə başlayır (motivləşir).
Fəaliyyət
Biz qeyd etdik ki, istehsalın baş verməsi üçün üç ünsürün olması vacibdir. 1) əmək alətləri; 2) əmək cisimləri; 3) işçi qüvvəsi. İşçi qüvvəsi əmək alətləri vasitəsi ilə əmək predmetlərinə təsir etməklə məhsul istehsal edir. Məsələn metal lövhələri tokar dəzgahında yonmaqla yivlər istehsal etməliyik. Təsəvvür edək ki, biz istehsalın hər üç ünsürlərini cəlb etmişik. Yəni fəaliyyət təşkil olunmuşdur. Burada əmək aləti kimi tokar dəzgahı, əmək cisimləri kimi metal lövhələr, işçi qüvvəsi kimi bu işi yerinə yetirəcək insanlar çıxış edir. Bu ünsürləri bir yerə toplamaq hələ istehsal prosesinə başlamaq demək deyildir. Çünki ünsürləri təşkil etdikdən sonra, istehsal prosesi üçün onların bir-birinə təsirini təmin etmək, yəni idarəetmənin üçüncü funksiyası hesab edilən motivləşmə prosesini yaratmaq və həyata keçirmək lazımdır. Motivləşmə insanı əmək alətləri vasitəsilə əmək predmetinə şüurlu surətdə təsir etməyə vadar edir. Bəs motivlər bu prosesdə özünü necə büruzə verir?
Əgər motivləşmə hərəkətverici qüvvədirsə, motiv bu qüvvəni yaradan səbəb və ya amildir. Məsələn istehsal prosesinin baş verməsi üçün dəzgah və metal lövhə vardır. Lakin işçi qüvvəsini cəlb etmək lazımdır. İşçi qüvvəsinin alacağı əmək haqqının məbləği onu qane etməzsə, o, işləməyəcəkdir. Nəticədə istehsal prosesi baş tutmayacaqdır. Deməli, əmək haqqı işçini işləməyə sövq edən əsas motivlərdən biridir.
Başqa bir misal göstərək. Yiv istehsal etmək üçün tokar dəzgahı və metal lövhə vardır. İndi isə işçi qüvvəsini cəlb etmək lazımdır. Əgər biz ixtisasını və ya peşəsini nəzərə almadan, bu işi təsadüfü bir şəxsə təklif edəriksə, istehsal prosesi yenə də baş tutmayacaqdır. Çünki həmin şəxs dülgərlik peşəsinə sahib deyildir. Deməli, işçinin bacarığı, qabiliyyəti, ixtisası, peşə vərdişləri fəaliyyət üçün motivdir.
Motiv təkcə hərəkətin və fəaliyyətin başlanmasında və həyata keçirilməsində rol oynamır. Motiv, həmçinin fəaliyyətin aktivləşməsində və sürətləndirilməsində də əhəmiyyət kəsb edir. Məsələn yiv istehsal edən dülgər müəssisə rəhbəri ilə bağladığı müqaviləyə əsasən, yerinə yetirdiyi işə görə ayda 300 manat əmək haqqı alır. Müəssisə rəhbəri aylıq normadan artıq məhsul istehsal edəcəyi təqdirdə işçiyə əlavə əmək haqqı verəcəyini vəd edir. Verilən vəd işçini əvvəlkindən daha artıq məhsul istehsal etməyə ruhlandırır. Bu hal müəssisədə istehsalın həcminin və tempinin yüksəlməsinə səbəb olur.
Motivlər, yəni hərəkətverici qüvvələr insanın xaricində və daxilində olur. Motivlərlə əlaqədar yuxarıda üç misal göstərdik.
Birinci misalda motivləşmə rəhbərin işçiyə təklif etdiyi əmək haqqı ilə əlaqədar yaranır. İşçiyə əmək haqqı təklifi kənardan edildiyi üçün, həmin amil xarici motiv hesab olunur.
İkinci misalda izah olunur ki, yiv istehsal etmək üçün tələb olunan motivlərdən biri dülgərlik peşəsidir. İnsan peşəyə əldə etdiyi nəzəri və təcrübi biliklər əsasında nail olur. Nəzəri və təcrübi biliklər insanın daxili aləmini təşkil etdiyi üçün, peşə bacarığı daxili motiv hesab olunur.
Üçüncü misal isə həvəsləndirmə sistemi ilə əlaqədar oldu. Belə ki, əlavə əmək haqqı sisteminin tətbiqi işçini əmək fəaliyyətində aktivləşdirdi. Amma əmək haqqının artırılması təklifi işçiyə ətraf mühitdən, yəni rəhbərdən gəldiyi üçün, əmək haqqı və digər bu kimi amillər (əlavə əmək haqqı, maddi yardımlar, mükafatlar) xarici motivlərə aid olub, işçini əmək prosesində stimullaşdırır və fəallığını artırır.
Daxili motivlər insanın daxilində mövcud olur, onun fəaliyyəti üçün vacib amil hesab edilir. Daxili motivlər insanın daxili imkanları və potensialıdır. İdarəetmənin əsas şərtlərindən biri də, işçinin daxili potensialını təşkilatın məqsədləri naminə səfərbər etmək və ondan səmərəli istifadə etməkdir. Bunun üçün rəhbərlər daxili motivləri öyrənmədən və araşdırmadan ondan səmərəli şəkildə istifadə edə bilməzlər. Bu məqsədlə də təşkilat rəhbərləri psixologiya, idarəetmə psixologiyası, məntiq elmlərinə dair biliklərə yiyələnməlidirlər.
Dostları ilə paylaş: |
|
|