Mövzu Kompüterin əməliyyat sistemləri


Fayl sisteminin təşkili. FAT16, FAT32 fayl sistemləri



Yüklə 28,89 Kb.
səhifə3/4
tarix25.06.2022
ölçüsü28,89 Kb.
#90086
1   2   3   4
referat 1130 (1)

Fayl sisteminin təşkili. FAT16, FAT32 fayl sistemləri.
Bütün müasir diskli əməliyyat sistemləri fayl sisteminin qurulmasını təmin edir ki, bu da verilənlərin diskdə saxlanəlması və onlara çıxış üçün nəzərdə tutulmuşdur. Fayl sisteminin təşkil olunma prinsipi cədvəlşəkillidir. Sərt diskin səthi üç ölçülü matris kimi təsvir olunur və ölçülər olaraq səthin nömrəsi, silindir sektor qəbul olunur. Silindir olaraq müxtəlif səthlərdə yerləşən və fırlanma oxundan eyni məsafədə olan cığırlar yığımı başa düşülür. Bu və ya digər faylın diskin hansı yerində yazılması barədə məlumatlar diskin sistem oblastında saxlanılır. Bu məlumatların formatı konkret fayl sistemi ilə müəyyən olunur. Həmin məlumatların tamlığının pozulması diskdə yazılan verilənlərin oxunmasına imkan vermir. Ona gşrə diskin sistem oblasına ƏS-nin vasitələrilə nəzarət edilir.
Verilənlərin saxlanılmasınin ək kiçik fiziki vahidi sektordur. Onun ölçüsü 512 baytdır. Nəzəri olaraq bütün süktorları ünvanlaşdırmaq olar, lakin bu böyük həcmli disklər üçün effektli deyil və hətta bəzi fays sistemi üçün heç mümkün də deyil. Bununla əlaqədar olaraq müəyyən qrup sektorlar birləşərək klaster əmələ gətirir. Verilənlərə müraciət zamanı klaster ən kiçik ünvan vahidi hesab olunur. Klasterin ölçüsü konkret deyil və diskin tutumundan asılıdır.
MS-DOS, OS/2, WINDOWS 95 və s. ƏS-nin istifadə etdikləri fayl sistemində verilənlərin saxlanılma vahidinin yerləşməsi barədə (yəni ünvan barədə) faylların yerləşmə cədvəlində 216 = 65536-dan çox olmayan ünvan yazısı yerləşdirmək olar. Belə fayl sistemi FAT 16 adlanır. Tutumu 1-2 H bayt olan disklərdə klaster 32K baytdır (yəni 64 sektordan ibarətdir). Bu münasib deyil, çünki fayl kiçik olsa belə bütün klasteri tutur və klasterdə boş sektorlar qalır.
Tutumu 2H bayta yaxın olan disklərdə FAT 16-dan istifadə etmək effektli deyil. Tutumu 2H baytdan çox olan disklərdə FAT 16 fayl sistemi ümumiyyətlə işləyə bilmir.
Windows 98 ƏS-dən başlayaraq Windows ailəsindən olan ƏS üçün, o cümlədən Windows 98, Windows 2000, Windows XP üçün FAT 32 sistemindən istifadə olunur, yəni faylların yerləşmə cədvəlində 232-dən çox olmayan ünvan yazısı yerləşdirmək olar. Bu sistemdə tutumu 8H baytdan çox olmayan disklərdə klasterin tutumu 4K baytdır (yəni 8 sektordur).

Yüklə 28,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə