Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

 
36 
1969-cu  ildə  Honkonqda  «Hyatt  Regency»  otelinin  açılışı  ilə  «Hyatt» 
beynəlxalq  şirkət  kimi  fəaliyyətə  başlayır.  «Hyatt  International»  xaricdə  yerləşən 
otelləri idarə etmək üçün yaradılan bir şirkətdir. 
Idarəetmədə  tətbiq  edilən  üsullardan  biri  də  menecerin  menecer  qonaqların   
istək və arzularını yaxından öyrənməsi, ehtiyaclarını maksimum ödəmək məqsədilə 
onlara  fərdi  xidmətlər  təklif  etməlidir.  Bu  isə    müştərilərin    istəyinin    təmin  
olunmasının  əsas  şərtdir.  Bu  amil  «Hyatt»  otelinin  hər  bir  menecerinin  iş 
üslubudur.  Orijinal  və  müxtəlif  xidmətlərin  qonaqlara  təklif  edilməsi  «Hyatt» 
otellərinin imicini, nüfuzunu   artırır.   Məsələn,   «Hyatt»  oteii   işgüzar  qonaqlara   
«Hyatt  Business  Plan»  təklif  etmişdir.  Bu  plana  əsasən  nömrələrə  faks, 
surətçıxarma  aparatı,  printerlər  qoyulur  ki,  bunlardan  da  istifadə  edirlər.  Bundan 
başqa,  ailəvi  qonaqlar  üçün  «Camp  Hyatt»  proqramı  təklif  olunur.  Bu  proqrama 
görə, uşaqlarla məşğələlər təklif olunur. «Hyatt» şirkətində  insan  amilinə  diqqətlə  
yanaşma  onun   müvəffəqiyyətinin səbəblərindən biridir. Şirkətin əməkdaşlarının 
öz  işini  sevməsi,  peşəkarlığı  qonaqlara  göstərilən  xidmətin  keyfiyyətinə  müsbət 
təsir göstərir. «Hyatt»ın rəhbərliyi işçilərin seçilməsinə və peşəkar hazırlanmasına 
böyük diqqət yetirir. Ən əhəmiyyətlisi isə şirkətin rəhbərliyi ilə sıravi əməkdaşların 
qarşılıqlı əlaqəsidir. 
1989-cu ildə şirkətin prezidenti Darrell Xartli Leonard «Əsaslarla ünsiyyət və 
yanaşma günü» ideyasını irəli sürür. Bu təşəbbüsə görə, şirkət  özünün    mənzil-
qərargahındakı  ofislərini  bağlı  elan  edir,  baş  menecerlər  ABŞ,  Kanada  və  başqa 
yerlərdə  fəaliyyət  göstərən  «Hyatt»  otellərinə  gedir  və  bır  gün  oteldə  sıravi 
ə
məkdaş kimi çalışırlar. Bu cür strategiya çox səmərəlidir. «Hyatt» otelinin sıravi 
ə
məkdaşları  kimi  çalışan  yüksək  səviyyəli  menecerlər,  öz  işçilərinin  gündəlik 
problemləri  ilə  üzləşir,  ilk  məlumatları  əldə  edirlər  ki,  bu  da  gələcəkdə 
problemlərin  həllində öz müsbət nəticəsini göstərir.  Bu konsepsiya sıravi işçilər 
tərəfindən yüksək qarşılanır. 
Darrel  Xartli  Leonardın  bu  üsulu  uğurlu  olmuşdur.  O,  «Hyatt»da  1964-cü 
ildən  «Los-Anceles  Hyatt»  otelində  qeydiyyat  aparan  kleri  kimi  fəaliyyətə 
başlamışdır. Müxtəlif idarəçilik vəzifələrində çalışan Darrel 1974-cü ildə Atlantada 


 
37 
yerləşən  «Hyatt  Regency»  otelinin  baş  meneceri,  iki  ildən  sonra  isə  region  üzrə 
vitse-prezident  təyin  olunur.  1978-ci  ildə  o,  korporasiyanın  vitse-prezidenti  olur. 
1986-cı ildə artıq Qorrel Xartli Leonard «Hyatt» korporasiyasının prezidenti, 1994-
cü ildə idarə heyətinin sədri idi. Hazırda «Hyatt Hotel Corporation» idarə heyətinin 
sədri Cey Pristkerdir. 
 
7.
  Siyavuş Teymur oğlu Yeqanlı - Azərbaycan turizm və mehmanxana  
sahəsinin inkişаfındа rоlu 
Turizm  müasir  dövrün  mühüm  və  daim  inkişaf  edən  sosial-iqtisadi  hadisə 
olmaqla  bütün  dünyaya  öz  geniş  imkanlarını  açır  və  ölkələrin  müxtəlif  sahəli 
iqtisadiyyatının inkişafının əsasını təşkil edir. 
Bütün bu hadisələr müxtəlif xalqların iqtisadiyyatının, elm və mədəniyyətinin 
inkişafına böyük təkan vermişdir. 
Turizm  planetimizin  xalqlarını  bir-birinə  yaxınlaşdırmış,  onların  bir-birinin 
tarixi,  mədəniyyəti  və  adət-ənənələri  ilə  tanış  olmasına  şərait  yaradaraq  son 
nəticədə  xalqlar  arasında  qarşılıqlı 
anlaşmaya 
və 
dünyada 
sülhün 
möhkəmlənməsinə kömək etmişdir. 
Siyavuş Teymur oğlu Yeqanlı - Azərbaycan turizm və mehmanxana sahəsində 
özünəməxsus  yer  tutur.  Onu  turizmin  patriarxı  da  adlandırırlar.  Bu  mənsəbə  və 
yüksəlişə Siyavuş Yeqanlı birdən gəlməyib. Böyük ailədə anadan olan, çətin həyat 
yolu keçən Siyavuş Yeqanlı zəhmətsevərliyi və inadkarlığı ilə öz yaşıdları arasında 
fərqlənirdi.  Əmək  fəaliyyətinə  Qaradağ  sement  zavodunda  fəhləlikdən  başlayan 
Siyavuş Yeqanlı  Pedaqoji  Dillər  Institutunun  ingilis  dili  fakültəsinə  daxil  olur  və 
oranı müvəffəqiyyətlə bitirir. 1963-cü ildə «Inturist» sistemində tərcüməçi-bələdçi 
kimi  işləyən  Siyavuş  Yeqanlı  tezliklə  Qana  və  Misir  Ərəb  Respublikasına 
tərcüməçi  kimi  ezamiyyətə  göndərilir.    Burada  işlədiyi  müddətdə  o,  yüksək 
peşəkarlıq nümayiş etdirir. Turizm işini gözəl bilən və onu dərindən sevən Siyavuş 
Yeqanlı 1969-cu ildə yenidən «Inturist» sistemində artıq turistlərə xidmət göstərən 
ş
öbənin  müdiri  kimi  fəaliyyətə  başlayır.  Bu  fəaliyyəti  zamanı  o,  turizm  və 
mehmanxana  işinin  incəliklərinə  daha  dərindən  yiyələnir.  Yüksək  peşəkarlığa  və 


 
38 
liderlik  xüsusiyyətlərinə  malik  olan  S.Yeqanlı  tez  bir  zamanda  1973-cü  ildə 
respublikanın  ən  böyük  mehmanxana  kompleksinə  -  «Azərbaycan»a  («Inturist» 
sistemi)  müdir  müavini  təyin  olunur.  Bu  vəzifədə  işlədiyi  zaman  kollektivə 
rəhbərlik etmək və yüksək idarəçilik bacarığına malik olduğunu göstərir. Siyavuş 
Yeqanlının  təşəbbüskarlığı  və  səmərəli  təklifləri  turistlərə  göstərilən  xidmətin 
səviyyəsini və keyfiyyətini daha da artırır. 
S.Yeqanlı turistlərin qəbul və xidmət şöbəsində yeni iş jurnalı tətbiq edir. Bu 
jurnalla mehmanxanaya gəlib-gedən turistlərin və həmçinin nömrələrin sayı dəqiq 
və düzgün aparılır. 
Moskvada  nəşr  olunan  «Prоblеmı  inоstrаnnого  turizmа 

CCCP»  məcmuəsi 
bu barədə yazırdı: «Azərbaycan» mehmanxanasında yeni iş jurnalı tətbiq olunub. 
Bu  jurnalda  turistlərin  qəbulu  və  nömrələrin  hesabatı  dəqiq  aparılır.  Jurnalda 
nömrələrin  bronu  (sifarişi),  mərtəbələr  üzrə  nömrələrin  sayı,  lüks  və  yarımlüks 
nömrələr, qrup və fərdi turistlərin gəlib-getmə vaxtı, fərdi qonaqların soyadı və ya 
təşkilatın adı və s. öz əksini tapır. Bizim fikrimizcə, mehmanxananın bu təcrübəsi 
diqqəti cəlb edir. 
Qeyd etmək lazımdır ki, o vaxt üçün bu sistem çox mühüm bir amil idi. Ona 
görə ki, elektron qurğusu və kompüter sistemi yox idi. 
1978-ci  ildə  S.Yeqanlı  yeni  istifadəyə  verilən  və  respublikada  ən  yüksək 
komforta malik olan «Moskva» («Inturist»)  mehmanxanasına müdir təyin olunur. 
Siyavuş  Yeqanlı  o  zaman  SSRI-də  «Inturist»  sistemində  ən  gənc  mehmanxana 
müdiri  idi.  «Moskva»  mehman-xanasında  işlədiyi  müddətdə  o,  «Inturist»  sistemi 
üçün  milli  kadrların  hazırlanmasında,  onların  təhsil  və  təlimində  böyük  rol 
oynamışdır.  Işçilərin  bir  qismi  Moskva  şəhərində  «Inturist»in  ixtisasartırma 
kurslarına,  digərləri  SSRI-nin  müxtəlif  şəhərlərinə  və  xarici  ölkələrə  təcrübə 
mübadiləsinə göndərilir. 
«Inturist»in  peşəkar  işçiləri  müxtəlif  Ümumittifaq  və  beynəlxalq 
müsabiqələrdə iştirak edərək layiqli yerlər tuturdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə