Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

 
33 
Uğurlarını  və  şirkətinin  müsbət  imicini  nəzərə  alaraq  1967-ci  ildə  o, 
kompaniyasının adını «Marriott Corparation» qoyur. 
Marriottun  kiçik  oğlu  Kiçik  Bil!  1972-ci  ildə  «Marriott  Corporation»  şirkətinin 
rəsmi baş icraçı direktoru olmuşdur. Yeni rəhbərliyin idarəçiliyi ilə kompaniyanın 
satış həcmi sürətlə artır və 1980-ci ildə üç milyardı keçir. Kompaniyanın fəaliyyət 
sahəsi genişlənir, kurort-mehmanxanalar, kruiz (səyahət) gəmiləri ilə, tez yeməklə 
təmin  edən  restoranlarla,  ahıl  və  qoca  adamların  yaşadığı  yerlərlə  məşğul  olur. 
Villard  Marriottun  1985-ci  ildə  vəfatından  sonra  da  şirkət  qonaqpərvərlik 
sənayesində  əsas  yerlərdən  birini  tutmaqdadır.  Biznesini  pivə  satışı  köşkündən 
başlayan Marriott özünə inamı, iradəsi, zəhmətkeşliyi sayəsində müvəffəqiyyətlərə 
nail  olmuş,  tarixdə  ad  qoymuş  və  milyardlarla  dollar  qazanaraq  böyük  bir 
«Marriott Corporation» şirkətini qoyub getmişdir. 
Ernest  Henderson  («Şeraton»  şirkəti)  26  il  ərzində  möhtəşəm  mehmanxana 
korporasiyası  yaratmağa  müvəffəq  olmuşdur.  Onun  maliyyə  hesabları,  analitik 
zəkası, sağlam düşüncəsi, hissiyyatı, enerjisi, zəhmətkeşliyi adi «Şeraton» şirkətini 
dünya  mehmanxana  liderləri  sırasına  çıxarmışdı.  Henderson  1967-ci  ildə  vəfat 
etmişdir.  Həmin  il  onun  154  oteli  var  idi.  Henderson  uğurlu  sövdələşmələr 
aparmaq  ustası  idi.  O,  sərfəli  qiymətlərlə  otel  almağı,  baha  qiymətə  satmağı 
bacarırdı.  Onun  ağıllı  hesablamaları  və  məqsədli  işi  həssaslığına,  hissiyyatına, 
sentimentallığına, lirikasına üstün gəlirdi. Henderson mehmanxana biznesində lider 
kimi ad qoyub getmişdir. 
Hovard Conson mehmanxana və restoran biznesində məşhur adlardan biridir. 
Bu  ad  təkmilləşməyə  cəhd  edən  və  amerikalıların  bu  sahəyə  tələbatını  vaxtında 
görən bir sinonimdir. 
Conson atasının tütün məmulatları kompaniyasında satıcı işləyir, 1925-ci ildə 
onun  vəfatı  ilə  əlaqədar  məktəbdə  oxumağı  davam  etdirə  bilməyərək  başqa  işlə 
məşğul olur. O, sabit gəlir mənbəyi əldə etmək məqsədilə 500 dollar borc əldə edir 
və  Uoleston  (Massacusets  ştatı)  şəhərində  kiçik  aptek  açır.  Bu  aptekin  nəzdində 
kiçik  qəzet  köşkü  də  var  idi.  Biznesinin  gəlirli  olmasına  baxmayaraq,  qəzet 
Sаtışına  verilən  francayzinq  lisenziyasını  itirmək  qorxusu  onu  mağazanı 


 
34 
bağlamağa vadar edir. Yay mövsümündə Conson Massacusets çimərliklərində xeyli 
miqdarda köşk tikir və 10 sentə pirojki, dondurma satmaq üçün yeniyetmə uşaqları 
cəlb  edir.  Conson  1930-cu  illərdə  francayzinq  təcrübəsini  geniş  həyata 
keçirənlərdəndir.  Bunun  sayəsində  1935-ci  ildə  Hovard  Consonun  25  restoranı, 
1940-cı  ildə  artıq  100  restoranı  fəaliyyət  göstərirdi.  1954-cü  ildən  Consonun 
kompaniyası  mehmanxana  biznesi  ilə  məşğul  olur  və  francayzinq  lisenziyası  ilə 
Corciya ştatının Savanna şəhərində ilk motelini açır. 
1959-cu ildə Böyük Hovard şirkət prezidentinin səlahiyyətini oğluna verir və 
biznesi  inkişaf  etdirməyi  vəsiyyət  edir.  1996-cı  ildə  Hovard  Conson 
kompaniyasının yeni prezidenti və icraçı direktoru Stefan Filipsin rəhbərliyi altında 
qonaqpərvərlik  sahəsində  «Gələcək  bu  gün  gəlir»  planını  işləyib  hazırlayır.  Bu 
planın əsas məqsədi gələcək yüzillik üçün kompaniyanın şöhrətini bərpa etməkdir. 
Bu yeniliyin əsasını cəsarətli müasir marketinq təşkil edir. 
 
5. Nikоlаs Pritskеr və оnun оğlu Cеy Pritskеrin yаrаtdığı «Hyаtt» оtеlləri 
şə
bəkəsi оnlаrın хidmət üzrə təsnifləşdirilməsi 
Nikolas  Pritsker  Ukraynadan  ABŞ-a  ailəsi  ilə  mühacirət  edərkən  öz 
karyerasını  kiçik  hüquq  kontoru  açmaqdan  başlayır.  Onun  idarəetmə  bacarığı 
sayəsində kontor tezliklə genişlənir və qısa vaxt ərzində idarəetmə kompaniyasına 
çevrilir. Pritskerlər ailəsi maliyyə dəstəyi alandan sonra onların biznesi genişlənir 
və inkişaf edir. 
27 sentyabr 1957-ci ildə ilk «Hyatt» mehmanxanasının açılışı olur. 
Onun  oğlu  Cey  Pritsker  Los-Anceles  şəhərində  yerləşən  və  kaliforniyalı 
investor  Hyatt  Van  Dehnə  məxsus  oteli  almaqla  «Hyatt  Hotels»  korporasiyasını 
yaratmışdır. 
Hazırda  «Hyatt  Hotel  Corporation»  mehmanxana  menecmenti  və  tikinti  ilə 
məşğul olan kompaniyadır. Bu kompaniyanın tərkibinə ümumi dəyəri 2,5 milyard 
dollar olan «Hyatt International» şəbəkəsi daxildir. Bu, hazırda 7,37% bazar payı 
olan iri şəbəkə strukturlarından biridir. 


 
35 
Dünya  liderlərindən  hesab  olunan  «Hyatt»  yüksək  səviyyəli  xidmət  və  lüks 
mehmanxana nömrələri ilə təmin edən struktur kimi şöhrət qazanmışdır. 
Müxtəlif  tipli  müştəriləri  cəlb  etmək  məqsədilə  «Hyatt»  öz  obyektlərini 
xidmətlər  üzrə  strateji  olaraq  diferansiallaşdırır  (bölür).  Bu  bölgü  4  əsas  növ 
otellərin yaranmasına səbəb olmuşdur: 
1. «Hyatt Regency Hotels» - kompaniyanın əsas mehmanxanalarındandır. Bu 
növ  otelləri  adətən  şəhər  biznes  mərkəzlərində  yerləşdirirlər  və  beşulduz  otel 
dərəcəsinə aid olur; 
2.  «Hyatt  Resorts»  -  yalnız  istirahət  üçün  nəzərdə  tutulmuş  müəssisələrdir; 
istirahət  zonalarında  yerləşir  və  müştərilərə  əsəb  gərginliyini,  yorğunluğu  aradan 
qaldırmaq üçün müxtəlif xidmətlər təklif edir; 
3.  «The  Park  Hyatt  Hotels»  -  Avropa  üslubunda  tikilmiş  kiçik,  lüks  tipli 
mehmanxanalardır. Müştəriləri fərdi səyahətçilərdir. Onlar xüsusi və şəxsi xidmətə 
üstünlük verirlər; 
4. «The Grand Hyatt Hotels» - istirahət edənlər, konfrans və iclas keçirilməsi 
üçün  nüfuzlu  və  əlverişli  sahələrdə  yerləşir.  Bu  mehmanxanalarda  dünya 
standartlarına uyğun banket və konfranslar keçirilir. 
«Wall  Street  Joumal»da  «Hyatt  Hotel  Corporation»  1990-cı  illərdə 
qonaqpərvərlik  sənayesində  ən  yaxşı  66  müəssisə  sırasına  daxil  edilmişdir. 
Həqiqətən  Pritskerlər  ailəsinin  yaratdığı  bu  kompaniyanın  xarakterik  xüsusiyyəti 
effektli idarəetmədir (menecment). 
«Hyatt  Hotel  Corporation»  kompaniyasında  mərkəzləşdirilmiş  idarəetmə 
mövcuddur,  bu  da  baş  menecerə  qərar  qəbulunda  geniş  imkanlar  verir  və  şəxsi 
yaradıcılığı stimullaşdırır, yeniliklərə imkan yaradır. 
Yeni  konsepsiyaların  işlənib-hazırlanması  «Hyatt»  otellərinin  müvəffəqiyyə-
tinin əsas səbəblərindən biridir. Məsələn, Corciya ştatının Atlanta şəhərində 1967-
ci  ildə  açılmış  otel  ona  dünya  şöhrəti  qazandırmışdır.  Bu  otelin  21-ci  mərtəbədə 
geniş holl, şüşəli liftlər, fırlanan restoran qonaqlan heyran qoymuşdur. Memar Corc 
Portman mehmanxana sənayesində ənənəvi dizayn üslubunu, sahələrin bölünməsi 
standartlarını tamamilə dəyişmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə