Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

 
85
qiyməti  deyil,  mehmanxananın  təmizliyi,  səliqə-səhmanı  (91.1)  və  döşəmələrin, 
yastıqların  rahatlığıdır  (89.1%).  Kompüter  sistemi  ilə  müştərilərin  arzu-istək, 
tələbtəklifləri nəzərə alınır və yerinə yetirilir.Bu sistem mehmanxananın rentabelli 
işləməsinə və nailiyyət qazanmasına kömək edir. 


 
86
MÖVZU: 8. MEHMANXANA VƏ DIGƏR YERLƏŞDIRMƏ 
TIKILILƏRININ SƏCIYYƏSI 
PLАN 
1. Mеhmаnхаnаlаrın inşаsındа nəzərə аlınаn əsаs аmillər 
2. Müхtəlif təyinаtlı mеhmаnхаnаlаrın lаyihələndirilməsinin nоrmаtiv 
    əsаslаrı 
3. Mеhmаnхаnа müəssisələrinin əsаslı və cаri təmiri 
 
1. Mеhmаnхаnаlаrın inşаsındа nəzərə аlınаn əsаs аmillər 
Müasir  turist  bazarının  təlabatını  təmin  etmək  üçün  bir  sıra  mehmanxana 
tipləri mövcuddur. Mehmanxanada qonaqların rahatlığı üçün şərait yüksək və aşağı 
səviyyədə ola bilər. 
Mehmanxana  binası  çoxfunksiyalı  tikintidir  və  mürəkkəb  texnoloji 
avadanlıqla təchiz olunur. Mehmanxanalar memarlıq üslublarına görə seçilir. 
Mehmanxananın inşasında nəzərə alınan əsas amillər aşağıdakılardır: 
1.  Ümumi  mənzərənin  xüsusiyyətləri  qorunaraq  bina  ətraf  mühitə 
uyğunlaşdırılır; 
2.  Təbiət  və  iqlim  amilləri  -  havanın  hərarəti,  rütubəti,  yağıntıların  miqdarı, 
küləyin istiqaməti və sürəti nəzərə alınmalıdır; 
3.  Binanın memarlıq və konstruksiya lahiyələri çox qiymətli olmalıdır. Binanın 
planlaşdırılması onun istismarını əlverişli və faydalı etməlidir; 
4.  Menmanxana  lahiyələndirilərkən  onun  reklamı  nəzərə  alınmalıdır. 
Mehmanxananın zahiri görünüşü (fasad) qəşəng, cəlbedici və ya möhtəşəm 
olmalıdır; 
5.  Binanın  lahiyəsi  maksimum  rahatlığı  təmin  etməli  və  qonaqlara  yüksək 
səviyyədə xidmət göstərilməsi üçün şəraiti olmalıdır; 
6.  Bina  estetik,  texniki,  sanitar-gigiyena,  ekoloji  normalara,  tələblərə  və 
tövsiyələrə cavab verməlidir. 
7.  Binanın  inşası  zamanı  onun  faydalı  və  əlverişli  tikilməsinə  riayət  etmək 
lazımdır. 


 
87
Mehmanxananın lahiyələndirilməsi normativ və tövsiyəvi sənədlər əsasında 
aparılır.  Mehmanxana  lahiyələrində  binanın  ümumi  həcmi,  tikilinin  sahəsi, 
tikintinin,  materialların,  konstruksiyaların,  iaşə  müəssisələrinin  və  əlavə 
xidmətlərin,  mühəndis  avadanlığının  qiyməti,  otaqların  və  yerlərin  sayı  ciddi 
nizamlanır.  Mehmanxanalar  bir  çox  xassələrinə  görə  fərqlənir:  konstruksiyaların 
növü, ümumi tutumu, mərtəbələrin sayı, təyinatı, istismar üsulu və s. 
Konstruksiyaların  növünə  və  istifadə  olunmuş  materiallara  görə 
mehmanxanalar karkaslı, bloklu, monolit, yerli materiallardan və s. fərqlənir. 
Çoxmərtəbəli  mehmanxana  binası  tikilərkən  bir  çox  çətinliklər  ortaya  çıxa 
bilər, o cümlədən ekstremal vəziyyətdə insanların evakuasiya məsələsi. 
Komfortun səviyyəsinə görə beynəlxalq təcrübəyə istinadən mehmanxanalar 
ulduzların  sayına  görə  fərqlənir.  Komfortun  səviyyəsi  yalnız  mehmanxananın 
maddi  bazasının  vəziyyəti  ilə  deyil,  həmçinin  işçilərin  yüksək  xidmət  göstərmək 
qabiliyyəti ilə də qiymətləndirilir. 
Mehmanxananın  interyeri  (daxili  görünüşü)  estetik,  bədii  məna  daşımalı, 
binanın  funksional  təyinatına  cavab  verməlidir.  Mebellə  yanaşı,  yataq  dəstləri, 
xalçalar, xalça örtükləri və s. yüksək estetik səviyyədə olmalıdır. 
Binanın  texniki  istismarı  zamanı  onun  elementlərinin  (zirzəmilər,  divarlar, 
tavan, dam və s.) mütəmadi baxış keçirilir. 
Funksional  təyinatına  görə  mehmanxana  vestibül  (geniş  dəhliz  -  holl), 
yaşayış  və  qeyri-yaşayış  sahəsi,  qonaqların  qidalanması  üçün  nəzərdə  tutulmuş 
obyektlər, ticarət-məişət xidməti, idman və əyləncə ilə məşğul olmaq üçün yerlər, 
biznes  mərkəzləri,  konfrans  və  simpoziumlar  keçirmək  üçün  zallar  və  s.-dən 
ibarətdir. 
Vestibül  sahəsi  məsuliyyətli  yerdir  .Burada  qonaqlar  qarşılanır  və  yola 
salınır. 
Mehmaxananın yaşayış sahəsi qonaqların yataq nömrələrindən və nömrələri 
lazımi sanitar-gigeyenik səviyyədə saxlamaq üçün əlavə otaqlardan ibarətdir. 
Restoran,  bar  ,kafe  və  digər  yemək  obyektlərində  qonaqlar  qidalanmaqla 
yanaşı, habelə əylənə və ünsiyyətdə ola bilərlər. 


 
88
Idman  zalı,  üzgüçülük  hovuzu,  keqelban  və  s.  qonaqların  mehmanxanada 
xoş istirahətini təmin edir. 
Kino-konsert, banket, rəqs zalı qonaqların əylənmə yerləridir. 
Konfrans  zalı  ,  biznes  və  bank  əməliyyatları  üçün  nəzərdə  tutulan  otaqlar, 
sərgi salonları işgüzar adamların görüş yeridir. 
Mehmanxananın texniki və məişət işçilərin öz otaqları var. 
Mehmanxanaya  bitişik  ərazi  elə  olmalıdır  ki,  personalı  və  qonaqları  ətraf 
mühitin  təsirlərindən  (müxtəlif  səs-küydən,  avtomobillərin benzin tullantılarından 
və s.) qorusun. 
Mehmanxananın  reklamı  cəlbedici,  ətrafında  qonaqların  istirahəti  üçün 
yerlər, avtomobillər üçün dayanacaq olmalıdır. 
Mehmanxananın  vestibülündə  qonaqların  qeydiyyatı,  qəbulu  aparılır, 
müxtəlif xidmətlər göstərilir. 
Mehmanxananın  vestibülləri  müxtəlif  ölçüdə  olur  -  bir  yataq  yeri  hesabına 
0,3m
2
-dən  1,7m
2
-dək  .  Adətən  nüfuzlu,  dəbdəbəli  mehmaxanaların  vestibülü 
böyük və geniş olur. 
Pilləkən  və  lift  bloku,  asılqanlar  (qarderob),  şvetsarlar,  yükdaşıyanlar  və 
texniki-xidmət işçilərinin otaqları vestibül sahəsində yerləşir. 
Mehmanxanaların  yaşayış  sahəsi  hissəsinə  dəhlizlər,  qonaq  otaqları,  liftin 
qarşısındakı yer, mərtəbədəki personalın otaqları daxildir. 
Çoxmərtəbəli  mehmanxanaların  yaşayış  mərtəbəsi,  müxtəlif  planlı,  o 
cümlədən  bir  və  ya  bir  neçə  dəhlizli  ola  bilər.  Mehmanxanada  nömrələr  və 
dəhlizlər  arasında  ümumi  sahənin  bölünməsi  müxtəlifdir.  Nömrələrin  payına  13-
22% ayrılır. Mehmanxananın nömrəsi çoxfunksiyalıdır: otaq yaşayış, istirahət, iş, 
ünsiyyət  saxlamaq,  danışıqlar  aparmaq,  şəxsi  gigiyena  və  qida  qəbul  etmək  üçün 
yerdir. Otaqda qonağın şəxsi əşyaları saxlanır. 
Bildiyimiz  kimi,  nömrələr  otaqların  və  yerlərin  sayı,  sahəsinin  mebellə 
təchiz olunması əsasında da təsnif edilir. 
Mehmanxana  sənayesində  bir  və  ikiyerli  birotaqlı  nömrələr  daha  geniş 
yayılıb.  Nömrələrin  otaqları  funksional  sahələrə  bölünür.  Birotaqlı  birnəfərlik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə