Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

 
82
qrup rəhbəri nömrələrin açarlarının inzibatçıya təhvil verilməsinə kömək etməlidir. 
Mehmanxana  nömrələrində  buklet,  prospekt,  kağız,  konvert,  qələm,  əlavə 
xidmətlərin siyahısı, telefon nömrələri, ingilis və azərbaycan dillərində yanğından 
mühafizə yaddaşı və s. olmalidir. 
  Mehmanxanada nömrə fondu hər yeni qrupun gəlməsinə 2 saat qalmış hazır 
olmalıdır.  Mehmanxanada  nömrələrin  hazırlıq  vəziyyətinə  və  keyfiyyətinə 
mehmanxana rəhbərliyi məsuliyyət daşıyır. 
  Mehmanxananın  yüksək  dərəcəli  nömrəsində  döşəkağılar  və  mələfələr  hər 
gün, adi nömrələrdə üç gündən bir dəyişir. Dəsmallar nömrələrin dərəcəsindən asılı 
olmayaraq hər gün dəyişilir. 
  Iki  və  üç  yerli nömrələrdə  müxtəlif  rəngli  dəsmallar asmaq  tövsiyə  olunur. 
Hər  turistin  iki  çemodanı  və  yükü  pulsuz  daşınır.  Bundan  artıq  yükü  qiymət 
cədvəli  ilə  turist  ödəməlidir.  Turistlərin  yüklərinin  nömrələrə  daşınması  30 
dəqiqədən  artıq  vaxt  aparmamalıdır.  Bu  işə  mehmanxananın  inzibatçısı 
cavabdehdir. 
  Mehmanxanada  bütün  sutka  ərzində  mineral  sular,  şirələr,  şirniyyat,  çay, 
qəhvə,tütün məmulatları və suvenirlər satılmalıdır. 
  Mehmanxanada  turistlərə  xidmət  sahələrində  (bərbərxana,  rabitə,  restoran, 
kafe, bar və s.) ilk növbədə qulluq göstərilir. 
  Mehmanxanada  turistlərə  tibbi  yardım  göstərmək  üçün  mehmanxana 
rəhbərliyi  ərazi  üzrə  səhiyyə  idarəsi  ilə  müvafiq  müqavilə  bağlayır. 
Mehmanxanada  yaşayan  turistləri  təcili  tibbi  yardım  və  dərmanla  təmin  etmək 
pulsuzdur. 
Turistlərin  əşyalarını  qorumaq,  xarab  olmasının  qarşısını  almaq  məqsədilə 
aeroportda  turistlər  öz  əşyalarını  nəzərdən  keçirib  yoxlayır,  bundan  sonra  yüklər, 
çemodanlar və digər əşyalar maşında mehmanxanaya göndərilir. Xidmət personalı 
nəzarət etməlidir ki, turistlər mehmanxananı tərk edəndə əşyalarını yaddan çıxarıb 
mehmanxanada saxlamasınlar.  Əgər turist  əşyanı  yaddan  çıxarıbsa  akt tərtib edib 
əş
yanı təhlükəsizlik və ya rejim xidmətinə təhvil verir. 


 
83
−  Mehmanxanada  yaşayan  turistlər  daxili  nizam-intizam  qaydalarına  riayət 
etməlidirlər. 
−  Turist  və  ya  onun  nömrəyə  dəvət  etdiyi  qonaq  tərəfindən  mehmanxana 
ə
mlakına zərər dəyərsə, nömrədə yaşayan maddi məsuliyyət daşıyır. 
−  Nömrəni  tərk  edən  qonaq  pəncərələri,  su  kranlarını  bağlamalı,  işıq, 
radio,televizor söndürməli, otağın açarını inzibatçıya təhvil verməlidir. 
−  Turist nömrədə tezalışan və irihəcmli əşyaları saxlaya bilməz. 
−  Turist  istilik  cihazlarından  istifadə  etməməli  və  nömrədə  ev  heyvanları 
saxlamamalıdırlar. 
6. Idarəetmədə avtomatlaşdırma sistemi 
Bu sistemin  köməyilə  mehmanxananın daimi  qonaqları,  onların tələbələri və 
hesabları  haqqında,nömrələrin  bron  məlumatlarını  qəbul  etmək,  saxlamaq  və  s. 
ə
məliyyatlar mümkündür. 
Kompüterin  yaddaşında  olan  siyahıda  istənilən  qonaq  haqqında  məlumatı 
tapmaq  olar.  Bu  sistem  kompüter  proqramları  komplektindən  ibarətdir.Bu 
proqramlar  əsas  dörd  proqram  inzibatçiları  və  bölmələri  zəruri  məlumatlarla 
təminedir. 
−  Brondlaşdırma (nömrələrin sifarişinin qəbulu) bölməsini idarəetmə; 
−  Nömrələrin xidmətini idarəetmə; 
−  Qonaqlarla hesablamanı idarəetmə; 
−  Otelin ümumi məsələlərini idarəetmə; 
Otelin  yüzdən  çox  əməkdaşı  idarəetmənin  avtomatlaşdırma  sistemindən 
müntəzəm istifadə edib müxtəlif məlumatlar alır: 
1.  Brondlaşdırma (nömrələrin sifarişinin qəbulu); 
2.  Baş inzibatçının ofisi; 
3.  Kollektiv hesabların rəsmiləşdirilməsi; 
4.  Daimi qonaqlar haqqında məlumat; 
5.  Hesabların redakte edilmiş mətni; 
6.  Səyahətləri təşkil edən agentliklərin göstərdiyi xidmətlərin hesabı; 
7.  Turların rəsmiləşdirilməsi; 


 
84
8.  Inzibati-təsərrüfat məsələləri; 
9.  Gəlirləri idarəetmə; 
10. Kompleks proqramları yaratmaq və s. 
Iri  və  orta  mehmanxanalarda  inzibatçilar  mini-kompüterlərdən  istifadə  edir. 
«Marriot  Hotels»  şirkətinin  idarəetmə-avtomatlaşdırma  sistemi  IBM  173  Risk 
System/6000 əsasında yaradılıb. 
  Bu  sistem  dünyanın  müxtəlif  yerlərində  fəaliyyət  göstərən  250  oteli  əhatə 
edir. «Holiday Inn Worldwide» şirkəti 60 milyon dollar sərf edərək özünün 1600 
otelində idarəetmənin avtomatlaşdırma sistemini yaratmışdır. 
  Şirkətlərin  son  məqsədi  bronlaşmanın  qlobal  şəbəkəsini  yaratmaqdır. 
Mehmanxana  texnologiyası  üzrə  məşhur  mütəxəssis  Larri  Çervenanın 
hesablamasına görə, bronlaşdırmanın qlobal şəbəkələrinin yaradılması layihələrinə 
müxtəlif şirkətlər tərəfindən artıq 3 milyard dollar sərf olunub. 
  Mehmanxana  şirkətləri  aviaşirkətlərin  yaratdığı  əsas  kompüter  şəbəkələri 
olan  «Sabro»  («American  Airlines»)  və  «Apollo»,  («Inited  Airlines»,  «Uasir», 
«Air  Canada»  və  bir  sıra  Avropa  ölkələrinin  aviaşirkətləri)  və«Amedous» 
sistemlərindən  mehmanxanalarda  bronlaşdırma  üçün  istifadə  edir.«Amedous» 
geniş yayılmış bronlaşdırma kompüter sistemidir. «Amedous» sistemi dünyanın 
35000  otelində  bronlaşdırma,  mehmanxananın  yeri,  boş  nömrələrin  sayı  və 
qiymətləri  haqqında  dəqiq  məlumat  verir.  1995-ci  ilin  dekabrından  Rusiyada 
isifadə  olunan  «Açar»  bronlaşdırma  sistemi  Rusiyanın  40  şəhərini,  MDB  və 
Baltikyanı ölkələri əhatə edir. 
  Beynəlxalq  bronlaşdırma  sistemlərindən  biri  də  «Covla»  dır.  Bu  «Apollo» 
sisteminin  bir  variantıdır.  Bu  sistemə  görə,  dünyanın  hər  yerində  yerləşən  oteldə 
nömrə sifariş etmək olar. 
Bu sistemdən  «Rits Karlton»,  «Swissotel»,  «Pan  Pacific» kimi  mehmanxana 
şə
bəkələri istifadə edir. 
  «Hotel  and  Motel  Management»  jurnalının  apardığı  sorğuya  görə,  biznes 
işləri  ilə  əlaqədar  səyahət  edənlərin  65.2  %-i  ,  mehmanxanalara  sifariş  olmadan 
gəlir  və  nömrə  alır.  Qonaqlar  üçün  əsas  meyar  onun  yerləşdiyi  yer  və  nömrənin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə