109
Məsələn, ofisiant hansı içkinin hansı içkinin hansı yeməklə uyğun olduğunu
məsləhət görür və təklif edir. << A lya kart >> metodu çətin və çox zəhmət tələb
etsə də, hazırda restoran xidmətində geniş yayılıb.
<< A part >> (a part) - əvvəlcədən sifariş olunur və müəyyən vaxt ərzində
qonağa xidmət göstərilir. Istirahət evlərində və kurort – mehmanxanalarda bu
xidmət metodu geniş yayılıb.
<< Tabldot >> (table d
,
hote) – bütün qonaqlara eyni vaxtda eyni menyu
üzrə xidmət göstərilir. Bütün qonaqlar masa arxasında oturandan sonra qulluq
başlanır. Bu metoddan pansionat və istirahət evlərində geniş istifadə olunur.
Isveç masası (şved stolu) – müxtəlif və geniş çeşiddə qonaqlara yemək və
içmək təqdim olunur (otelin dərəcəsindən asılı olaraq). Qonaq masaya düzülmüş
istədiyi yeməyi seçə və istədiyi miqdarda götürə bilər. Bu metodun üstünlüyü
ondadır ki, restoran zalı az personalla xeyli qonağa xidmət göstərə bilir. Bu metod
qonaqların tələbatını ödəyir və vaxtına qənaət edir.
Bufet xidməti qonaqlara özünəxidməti təklif edir. Xidmət personalı bufeti
müxtəlif çeşiddə içki və yeməklə təmin edir. Personal qonaqlara içki və yemək
seçməkdə məsləhət verir, masanı yığışdırır.
Bufet xidmətindən konfrans, simpozium iştirakçılarına xidmət göstərmək
üçün daha geniş istifadə istifadə olunur.
4. Servisin növləri
Qonaqların kontingentindən asılı olaraq müxtəlif servis növləri təqdim
olunur. Ən geniş yayılmış servis növləri bunlardır:
- fransız
- ingilis
- amerikan
- alman
- rus
Bütün servis növlərində xidməti ofisiantlar yerinə yetirir.
110
Fransız servisi növü restoran mətbəxinin yüksək səviyyədə olduğunu göstərir
və dünyada ən bahalı və yaddaqalan xidmət sayılır. Böyük boşqaba qoyulmuş
yeməklər qonaqlara nümayiş olunur. Gözəl tərtib olunmuş yemək qonaqda iştahı
artırır. Ofisiant qonağa qulluq göstərir və ya boşqabı qonağın qarşısına qoyur ki, o
öz istəyilə özünə qulluq etsin.
Fransız servisində bir neçə nəfərdən ibarət briqada xidmət göstərir:
1. Restoran meneceri (fr. Maitre d
,
hotel );
2. Baş ofisiant (fr. Chef de rang) – dörd masanın xidmətinə cavabdehdir. O,
qonaqları qarşılayır, menyunun izahatını verir, sifarişi qəbul edir, xidmətin tez
yerinə yetirilməsinə nəzarət edir və şəxsən qonaqların boşqablarına yemək qoyur;
3. Baş ofisiantın köməkçisi ( demi chef de rang ) – içkilərin sifarişini qəbul
edir, yeməkləri verir;
4. Su verən ofisiant (commis de rang ) – sifarişləri mətbəxə çatdırır,
mətbəxdən araba ilə yeməkləri gətirir, masanı yığışdırır;
5. Içkilər üzrə ofisiant (sommelier) – fransız servis növü, həm fərdi qonaqlara,
həm də banket və ziyafətlərə xidmət etmək üçün istifadə olunur.
Ingilis servisi (əlavə qoyulmuş masadan xidmət göstərmək)
Ofisiant əvvəlcə bu əlavə masada boşqaba yeməyi qoyur, sonra sağ tərəfdən
qonağa təqdim edir. Əlavə yemək tələb edən qonağın boşqabı, çəngəl – bıçağı
yenisi ilə əvəz olunur. Bu, çox zəhmət tələb olunan xidməttir. << Ingilis servis >>
termini ilə yanaşı, << gueridon >> termini də işlədilir. Servis boşqabına ərzaq
yığılır və araba – masaya qoyulur. Araba – masa qonağın masasına yaxınlaşdırılır
və qonaq özü istədiyini seçir və ofisiant xidmət göstərir.
Amerika servisi – yemək mətbəxdə hazırlanır və boşqablara yığılır. Ofisiant
boşqabları qonaqların qarşısına qoyur. Bu, tez və sadə servis növüdür.
Alman servisi – yemək böyük bir boşqaba yığılaraq qonağın yaxınlığındakı
masaya qoyulur. Qonaq özünə istədiyi kimi xidmət edir.
Rus servisi – yemək servis boşqabında gətirilir, ofisiant yeməyi hissələrə bölür və
istədiyi hissəni özü boşqaba qoyur.
Mehmanxana nömrələrinə restoran xidməti
111
<< Nömrələrdə xidmət >> termini bir vaxt qonaqlara mehmanxana
nömrələrində hər cür xidmət kimi qəbul olunurdu. Hazırda bu termindən nömrələrə
yemək və içmək xidməti kimi istifadə olunur.
Memanxana nömrələrinə restoran xidməti yüksək peşəkarlıq və məsuliyyət
tələb edir.
Qonağın sifarişini qəbul edən restoran personalı servirovkanı təşkil etməli,
yeməkləri ardıcıl verməli, yüksək səviyyədə xidmət göstərməli, ofisiant
qonağın otağında etik qaydalara riayət etməlidir.
Nömrədə yaşayan qonaq telefonla və ya mərtəbə xidməti vasitəsilə restoranın
metrdotelinə sifariş verir.
Fransız servisi növü restoran mətbəxinin yüksək səviyyədə olduğunu göstərir
və dünyada ən bahalı və yaddaqalan xidmət sayılır. Böyük boşqaba
qoyulmuş yeməklər qonaqlara nümayiş olunur. Gözəl tərtib olunmuş yemək
qonaqda iştahı artırır. Ofisiant qonağa qulluq göstərir və ya boşqabı qonağın
qarşısına qoyur ki, o öz istəyilə özünə qulluq etsin.
Fransız servisində bir neçə nəfərdən ibarət briqada xidmət göstərir:
1. Restoran meneceri (fr. Maitre d
,
hotel );
2. Baş ofisiant (fr. Chef de rang) – dörd masanın xidmətinə cavabdehdir.
O, qonaqları qarşılayır, menyunun izahatını verir, sifarişi qəbul edir,
xidmətin tez yerinə yetirilməsinə nəzarət edir və şəxsən qonaqların
boşqablarına yemək qoyur;
3.
Baş ofisiantın köməkçisi ( demi chef de rang ) – içkilərin sifarişini qəbul
edir, yeməkləri verir;
4.
Su verən ofisiant (commis de rang ) – sifarişləri mətbəxə çatdırır,
mətbəxdən araba ilə yeməkləri gətirir, masanı yığışdırır;
5.
Içkilər üzrə ofisiant (sommelier) – fransız servis növü, həm fərdi
qonaqlara, həm də banket və ziyafətlərə xidmət etmək üçün istifadə olunur.
Ingilis servisi (əlavə qoyulmuş masadan xidmət göstərmək)
Ofisiant əvvəlcə bu əlavə masada boşqaba yeməyi qoyur, sonra sağ tərəfdən
qonağa təqdim edir. Əlavə yemək tələb edən qonağın boşqabı, çəngəl –
Dostları ilə paylaş: |