116
• malların və xidmətlərin satılması prosesində istehlakçının üstünlüyü
(“müştəri hər zaman haqlıdır” prinsipi).
Strategiya - mehmanxana müəssisəsinin fəaliyyətinin daha əhəmiyyətli və
həlledici istiqamətidir ki, bunun da icra edilməsinə xeyli vaxt və xərc tələb olunur.
Marketinq strategiyasını təşkil edən tədbirlər sırasına yeni mehmanxanaların
tikilməsi və köhnələrin bərpası, kadrların, mütəxəssislərin, işçilərin, təlimi, xarici
satış şəbəkələrinin inkişaf etdirilməsi və s. aid etmək olar. Qeyd olunmuş
tədbirlərin həyata keçirilməsi xeyli investisiyaların və əsaslı xərclərin qoyulması
ilə bağlıdır.
Qiymətlər və qiymət siyasəti - marketinq strategiyasının həyata keçirilməsi
üçün mühüm üsullardır. Məhz əldə edilən ticarətin nəticələri əhəmiyyətli dərəcədə
qiymətlərdən asılı olur və effektli aparılan qiymətlər siyasəti mehmanxananın
bütün ticarət-istehsalat sisteminə uzunmüddətli, bəzən isə həlledici təsir göstərir.
Qiymətlər mehmanxananın xidmətlərinin rəqabətə hazır olduğunun və onun
bazarda tutduğu mövqeyin göstəricisidir. Marketinq strategiyasına müvafiq olaraq
mehmanxana xidmətlərini inhisarlı yüksək qiymətlərlə - bazarın məhdud seqmenti
çərçivəsində, müvafiq sahə üçün orta qiymətlərlə - tələbatın stimullaşdırılması
məqsədilə satmaq olar və nəhayət, təkliflərin rəqabət qabiliyyətini təmin etmək və
bazarda davam gətirmək zərurəti yarandıqda qiymətlərin kəskin endirilməsini
keçirmək olar.
2. Mehmanxana xidmətləri bazarında marketinq konsepsiyası
Mehmanxana ticarət (kommersiya) istehsalı olaraq bazarda öz əmtəə
məhsulunu xidmətlər şəklində təklif edir.
Xidmət - mübadilə sazişləri vasitəsilə müştəri tərəfindən əldə edilən
məhsuldur ki, bu, satınalma mülkiyyəti deyil, əşya şəklini almır və yalnız məhsulu
və onun istifadəsini müəyyən vaxt ərzində və məkanda əldə etmək olar.
Xidmət (o cümlədən mehmanxana xidməti) bir sıra xüsusiyyətlərə malikdir.
Xidmətin bir əmtəə məhsulu, turist mehmanxanasının istehsalat nəticəsi kimi
ə
sas səciyyəvi xüsusiyyəti ondadır ki, istehsalat proseslərinin, xidmətlərin satılması
117
(mehmanxana tərəfindən) və istehlakı (müştəri tərəfindən) zaman və məkanda (üst-
üstə düşürlər) baş verir.
Xidmətin yerinə yetirilməsi istehsalçının ərazisi olan mehmanxanada
istehlakçının fəal iştirakı və icraçı ilə qarşılıqlı təsiri, habelə onların bilavasitə
təmasları mühitində baş verir. Buna görə mehmanxana məhsulunun keyfiyyəti əsas
etibarilə mehmanxananın heyəti tərəfindən müəyyənləşir, xüsusən də bilavasitə
turistlərlə təmasda olan heyət ilə (front-offise).
Xidməti ölçmək mümkün deyil. Onu yalnız xidmət göstərildikdən sonra
(bəzən müəyyən müddət keçdikdən sonra) qiymətləndirmək olar. Mehmanxana
xidmətini ehtiyat üçün istehsal etmək, saxlamaq, konservləşdirmək olmaz.
Mehmanxana xidməti müştərinin istəyini (tələbini) dərhal təmin edir. Xidmət
göstərilmədiyi halda mehman-xananın gözlənilən mənfəəti itirilir və ödənilə bilmir.
Hətta vaxtında göstərilməyən xidmət mehmanxana üçün gələcək itkiyə çevrilə
bilər.
Mehmanxana məhsullarına (xidmətlərinə) olan tələbat dəyişkəndir, ilin
mövsümündən asılı olur, mövsüm dəyişikliklərinə məruz qalır. Mehmanxana
məhsulunun istehsalı yüksək daimi (hər illik) maddi xərclərlə yanaşı, bir qədər az
dəyişkən xərclər də tələb edir. Daimi xərclər xidmət olunan müştərilərin
(qonaqların) sayından asılı olmur, dəyişkən xərclər isə bundan asılıdır. Turist
mövsümü zamanı əlavə işçilərin cəlb edilməsi zərurəti yaranır. Mehmanxana
məhsulunun satılması mehmanxana heyətilə yanaşı, eyni zamanda, bu məhsulun
daxili keyfiyyətindən də (rahatlıq, komfort, mədəniyyət, xidmət səviyyəsi,
mehmanxananın imici) asılı olur. Satış əhəmiyyətli dərəcədə, turoperatorlardan və
turagentlərdən, marketinq qərarlarından (o cümlə-dən qiymətlərin müəyyən
edilməsindən), nəqliyyat vasitələri və nəqliyyat yollarının mövcudluğu,
mehmanxananın yerləşdiyi ərazidən, hava şəraitindən, ətraf mühitdən, regionun
rekreasiya və mədəni-tarixi imkanlarından, ölkənin, ərazinin imicindən habelə
rəqiblərdən və onların sayından asılı olur.
Beləliklə, mehmanxana biznesi və mehmanxana məhsulunun satılması yüksək
ixtisas peşəkarlığı, strateji və çevik idarəetmə (menecment) məharəti, yüksək
118
mənəvi mədəniyyət, ən yüksək insan dəyərləri və heyətin peşəkar təlimini tələb
edir.
3. Mehmanxana marketinqinin xüsusiyyətləri
Son illər ərzində dünya mehmanxana təsərrüfatının inkişafı mehmanxana
məhsulu bazarında satış uğrunda kəskin rəqabətə gətirib çıxarmışdır. Müştəri
(qonaq, turist) uğrunda aparılan mübarizədə son illər ərzində rəqabətli marketinq
strategiyasının qalib gəlməsinə rast gəlirik. Marketinq bütövlükdə sahibkarlıq
fəaliyyətini təşkil edib düzgün istiqamətləndirilən menecmentin funksiyası hesab
olunur.
Marketinq mehmanxana biznesində alıcılıq tələbatının qiymətləndirilməsini
ə
sas götürür. O, mehmanxana biznesinin bütün aspekt və sahələrini əhatə edir.
Marketinqi mehmanxana biznesinin aparıcı fəlsəfəsi adlandırmaq olar ki, bu da
bazarda daimi gəlir və sabit inkişaf əldə etmək üçün qonağın tələb və arzularını
müqayisə etmək, onları qabaqcadan görmək və təmin etmək şərtlərinə əsaslanır.
Eyni zamanda, mehmanxana müəssisəsinə qoyulan investisiyaların mənşəyini və
mehmanxananın fəaliyyətinin əsas donorları olan investorlar tərəfindən nəticələrin
gözlənilməsini nəzərə almaq lazımdır. Mehman-xanalara investisiyalar adətən
torpağa, tikililərə və əsas fondlara qoyulur. Sərmayələrin əsas hissəsi
mehmanxananın əsas vəsaitlərinə qoyulur. Bu da onun uzunmüddətli fəaliyyətilə
bağlı daimi olan xərcləri artırır. Mehmanxananın fəaliyyət həcmindən,
mehmanxana məhsulunun satılıb-satılmamasından, satış mövsümünün olub-
olmamasından asılı olmayaraq ödənilməlidir. Mehmanxana marketinqində
mehmanxananın düzgün yerləşməsi, məqsədli bazara istiqamətindən asılı olan
fəaliyyət qüvvəsinin optimallığı kimi faktorları da nəzərə almaq zəruridir.
Marketinq ilk əvvəl tələbatın qiymətləndirilməsi məqsədilə bazarın ibtidai tədqiqi
ilə məşğul olur, bu da mehmanxananın bazarda olan imkanları və mövqeyini,
yerləşməsini və ya bir neçə variantdan seçimini əhatə edə bilər.
Marketinq bazarın öyrənilməsi, məhsulun inkişaf etdirilməsi, əmtəənin,
satışın, monitorinq və müşahidələrin irəli çəkilməsi ilə bağlı uzun bir proses kimi
Dostları ilə paylaş: |