125
MÖVZU: 12. MEHMANXANA BIZNESI VƏ MENECMENT
PLАN
1. Mеhmаnхаnа biznеsində mеnеcmеnт və prоqnоzlаşdırmа
2. Mеhmаnхаnа sənаyеsində plаnlаşdırmаnın mаhiyyəti və mərhələləri
3. Qərarların qəbul edilməsi
4. Kommunikasiya və məlumat mübadiləsi
5. Idаrəеtmə üsullаrı
6. Idarəetmənin üslubu
1. Mеhmаnхаnа biznеsində mеnеcmеnt və prоqnоzlаşdırmа
Menecment (management) - proqnozlaşdırma, planlaşdırma, işlərin təşkili,
qərarların qəbul edilməsi, kommunikasiya və məlumat mübadiləsi, nəzarəti və
ə
məkdaşların fəaliyyəti ilə qarşıya qoyulan məqsədə nail olmaqdır. Bunlar
menecmentin əsas funksiyalarıdır.
Proqnozlaşdırma menecmentin ilk funksiyasıdır və gözlənilən ticarət
dövriyyəsini qabaqcadan xəbər verir. Mehmanxana biznesinə tətbiq edilən
proqnozlaşdırma otelin nömrələrinin qonaqlarla doldurulmasının faizini müəyyən
edir.
Mehmanxana müəssisəsinin restoranını ərzaq məhsullаrı ilə təmin edərkən
qonaqların sayı proqnozlaşdırılmalıdır.
Proqnoz hər hansı bir biznesin əsas tərkib hissəsidir. Düzgün aparılmayan
proqnoz müəssisədə ciddi problemlər yarada bilər. Proqnozlaşdırma vaxtı
yanılmaları minimuma endirmək üçün onu düzgün şərtlərə əsasən aparmaq
zəruridir.
Mehmanxana biznesində müxtəlif şərtlər nəzərə alınır:
Ilin fəsilləri: yay, payız, qış, yaz (mövsümi dəyişmə).
Həftənin günləri: tələbatın səviyyəsinə uyğun həftənin günləri fərqlənir.
Hava şəraiti: yaxşı hava şəraiti tələbatı artırır, pis hava şəraiti tələbatı azaldır.
Mehmanxana nömrələrinə qabaqcadan sifarişlərin olması gələcək hesabatların
aparılmasının şərtlərindən biridir.
126
Proqnoz menecment fəaliyyətində ilk tədbir olduğuna görə o, dürüst yerinə
yetirilməlidir, əks-təqdirdə buraxılan səhv digər başqa səhvlərə səbəb olar.
Otelin rəhbərliyi bir və ya iki həftə öncədən nömrələrin doldurulması
proqnozunu verir, buna əsaslanan şöbə, bölmələr işin həcmini müəyyən edir və öz
imkanlarını müvafiq dərəcədə bölüşdürürlər.
2. Mеhmаnхаnа sənаyеsində plаnlаşdırmаnın mаhiyyəti və mərhələləri
Planlaşdırma. Iki cür planlaşdırma mövcuddur: qısamüddətli və ya taktiki,
uzunmüddətli və ya strateji. Qısamüddətli (taktiki) planlaşdırma bir ilə qədər
müddətə tərtib olunur. Uzunmüddətli (strateji) planlaşdırma məqsədə nail olmaq
üçün müəssisənin siyasət və strategiyasını göstərən bir prosesdir. Strateji
planlaşdırma beş və ya daha çox müddətə qabaqcadan tərtib olunur. Mehmanxana
sənayesində strateji planlaşdırma şirkətin modifikasiyasını (şəklini dəyişdirmək) və
ya konsepsiyasını dəyişmək məsələlərini qoyur. Strateji planlaşdırma, həmçinin
beynəlxalq bazara çıxmaq üçün imkanları qiymətləndirir və alternativ inkişafı
nəzərdə tutur.
Mehmanxana sənayesində fəaliyyət göstərən şirkətlər, uzunmüddətli
planlaşdırma tərtib edərkən ehtiyat vasitələrini, maliyyə imkanlarını nəzərə alıb
müəssisənin yeniləşdirilməsi, fransız strukturları ilə aparılan əməliyyatlara və digər
aspektlərə toxunurlar.
Yüksək vəzifəli rəhbərlər müəssisənin təşkilatı məsələləri, strateji məqsədləri
və korporativ siyasəti ilə məşğuldurlar.
Taktiki planları müəssisədə aşağı vəzifəli işçilər həyata keçirir.
Operativ planlar mərhələlərlə yerinə yetirilir. Təşkilatı planlaşdırma yeddi
mərhələni əhatə edir:
1. Məqsəd və vəzifələrin qoyuluşu. Bu, planlaşdırmada ilk mərhələdir. O,
müəssisənin fəaliyyətinin gözlənilən nəticələrini müəyyən edir. Məqsəd
perspektivli, vəzifə konkret olmalıdır.
2. Marketinq mühitini qiymətləndirmək və təhlil etmək. Şirkətə təsir edən
iqtisadi, siyasi və sosial amilləri təhlil etmək.
127
3. Alternativ yolları müəyyənləşdirilməli, məqsədə nail olmaq üçün müxtəlif
üsullar təhlil edilməli və onlardan birini rəhbərlik öz fəaliyyətində istifadə
etməlidir.
4. Alternativ variantlara qiymət verərək məqsədə çatmaq üçün onların üstün
və çatışmayan cəhətlərinin siyahısını tutmaq lazımdır.
5. Məqsədə çatmaq üçün optimal yollardan birini seçmək.
6. Planın həyata keçirilməsində optimal variantı seçən menecer işçinin hansı
müddətə nə etdiyini, hansı vəsaitlər tələb olunduğunu, nə qədər mənfəət
gözlənildiyini və bu mənfəətin hansı qiymətlər hesabına əldə olunmasını, müxtəlif
hesabatların tərtib edilməsini və s. məsələləri həll etməlidir.
7. Işin nəzarəti və qiymətləndirilməsi.
Planın həyata keçirilməsini bitmiş hesab edərkən müəssisə gözlənilən
nəticələrin plana uyğun olmasını görməlidir.
Fəaliyyətin təşkili. Müəssisənin rolu, məqsədi, vəzifələri və planları
müəyyənləşəndən sonra bunları yerinə yetirmək üçün müəssisə işini təşkil
etməlidir.
Işi təşkil etmək və məqsədə çatmaq üçün müəssisə vəsaitlərini, imkanlarını
bölüşdürməli və istiqamətləndirməlidir.
Bir çox müəssisələr iki təşkilati struktura malikdir: formal və qeyri-formal.
Formal təşkilati struktur sxemdə cədvəl şəklində öz əksini tapır. Cədvəldə
müəssisənin struktur bölgüsü və subordinasiya (tabelik) sistemi göstərilir. Qeyri-
formal struktur, yəni «kölgəli» subordinasiya bir yerdə işləyən insanların qarşılıqlı
ə
laqəsində özünü göstərir.
Qeyri-formal struktur reallığı əks etdirir. Göstərdiyimiz təşkilati strukturlar bir
çox mehmanxana müəssisələrində mövcuddur.
3. Qərarların qəbul edilməsi
Mərkəzi idarəetmədə qərarlar yüksək korporativ səviyyədə qəbul olunur və
aşağı idarələrə ötürülür. Aşağı vəzifə tutan işçilər birbaşa rəhbərliyin göstəriş və
sərəncamlarını yerinə yetirir. «Marriott» şirkəti mərkəzi idarəetmənin tipik
nümunəsidir. Buna baxmayaraq, hətta mərkəzi şirkətlər aşağıların təşəbbüsünə
Dostları ilə paylaş: |