128
ə
saslanan, menecmentin müasir sistem elementlərindən istifadə edirlər. Bu, sıravi
işçiyə azad işləmək imkanı verir.
Desentralizasiya idarəetmə üsulunda qərarların qəbulu səlahiyyəti şöbələr
arasında bölüşdürülür. Idarəetmə norması tabeliyində olanların sayı ilə müəyyən
olunur. Təşkilatın tipindən və gördüyü işin mürəkkəb olmasından asılı olaraq,
rəhbərin tabeliyindəki işçilərin sayı müəyyən edilir. Hal-hazırda bu norma 12 nəfər
ola bilər (Əvvəl bu norma 6-8 nəfər idi).
Hər hansı bir müəssisənin müvəffəqiyyəti, istər nəhəng mehmanxana şəbəkəsi
və ya kiçik otel olsun, qəbul olunmuş qərarların keyfiyyətindən asılıdır.
Qəbul olunmuş qərarlar mürəkkəblik dərəcəsindən asılı olaraq standart və
qeyri-standartlara bölünür. Məsələn, otelə gələn qonaqların sayı gözlənildiyindən
artıq olarsa, təcili əlavə nömrələr hazırlanır. Bu, standart qərardır.
Qeyri-standart qərarların qəbulunda ekspert rəyi, təhlil, orijinal yanaşma tələb
olunur. Adətən qeyri-standart qərarların qəbulu üçün xüsusi iclas çağırılır. Məsələn,
franşiz müqaviləsini firma ilə bağlamaq məsələsi müzakirə olunur. Bu, qeyri-
standart qərar qəbul etməkdir.
Qərarların qəbul olunması prosesi 8 əsas mərhələdən ibarətdir:
1. Mövcud problemlərin eyniliyi və onların dürüst ifadə olunması;
2. Qərarların qəbulu üçün müəyyən edilmiş meyarlar;
3. Meyarların əhəmiyyətinə görə dərəcələrə bölünməsi;
4. Alternativ variantların işlənib hazırlanması;
5. Alternativ variantların təhlili;
6. Alternativ variantlardan birinin seçilməsi;
7. Seçilmiş variantın yerinə yetirilməsi;
8. Qəbul olunmuş qərarın effektli olmasını qiymətləndirmək.
4. Kommunikasiya və məlumat mübadiləsi
Kommunikasiya menecment mexanizminin bütün mərhələlərində, yəni
proqnozlaşdırma, planlaşdırma, işlərin təşkilində, nəzarətində və s. mühüm rol
oynayır.
129
Kommunikasiya vasitələrinə telefon, poçt, faks, kompüter, memorandumlar,
daxili və xarici yazışmalar, şəxsi görüşlər aiddir. Kommunikasiyanın sadə
mexanizmi var. Müraciəti göndərən, müraciətnamə, müraciəti alan.
Ə
n yaxşı kommunikasiya vasitəsi şəxsi görüşdür. Şəxsi görüşlər qarşılıqlı
anlaşmaya tam imkan verir.
Kommunikasiya prosesinə mane olan vasitələr mövcuddur.
• Gözlənilən məlumatı eşitmək;
• Bildiyimiz məlumata əks olan məlumatı təkzib etmək;
• Məlumat mənbəyinə qiymət vermək;
• Alınan məlumatı seçib mənimsəmək;
• Eyni söz müxtəlif insanlar üçün müxtəlif məna kəsb edə bilər;
• Işarələrin müxtəlif mənada başa düşülməsi;
• Emosiyanın (həyəcanın) təsiri;
• Müxtəlif səs-küyün olması.
• Kommunikasiyanın effektini yüksəltmək üçün müxtəlif üsullardan istifadə
olunur.
• Tərəfdaşın nöqteyi-nəzərini bilmək və onun aləmini başa düşmək;
• Nəzərə almaq lazımdır ki, sözləri ifadə edəndə, onların məcazi mənada
işlənməsini nəzərə almaq lazımdır;
• Danışıqları sadə, aydın, dürüst, dəqiq aparmalı;
• Müdafiə kommunikasiyasından tərəfdaşlığa keçmək;
• Texnikadan şəxsi münasibətlərdə istifadə etmək;
• Nəzərə almaq lazımdır ki, hər bir inamın və etibarın həddi var;
• Qeyri-formal əlaqə (qarşılıqlı münasibət). Məlumatın rəsmi ötürülməsindən
ə
lavə bir çox şirkətlər qeyri-rəsmi kommunikasiyalardan (əlaqələrdən) istifadə
edirlər. Tabeliyində olan işçilərlə qeyri-rəsmi münasibət yaradan menecer
kollektivdə inam mühiti yaradır və qiymətli məlumatlar almaq imkanına malik
olur. Qeyri-rəsmi münasibət-dən menecer bir sıra mənfəətlər əldə edə bilər:
• Potensial problemlərin yaranmasının proqnozu;
• Işçilərin işə daha çox can yandırmağı;
130
• Planlaşdırma və qərarların qəbulunda mühüm olan faydalı məlumatların
toplanması.
Qeyri-rəsmi qarşılıqlı münasibətdə bir sıra faydalı məsləhətlər mövcuddur.
• Menecer kabinetinin qapısını bağlayıb işçilərdən təcrid olmamalı, «açıq
qapı» siyasəti yeritməli, işçilərlə mütəmadi ünsiyyətdə olmalıdır;
• Menecer tabeliyində olanları adları ilə çağırmalıdır, çünki onlar bu
münasibəti xoşlayırlar;
• Menecer işçilərə işin mahiyyəti, gedişi, müəssisənin siyasəti, qəbul olunan
qərarlar haqqında məlumat verməlidir;
• Menecer işçilərin məsləhətinə qulaq asmalı, qiymətləndirməli və təşəkkür
etməlidir;
• Menecer dinləmək bacarığına malik olmalıdır. Qeyri-rəsmi münasibətlər işin
müvəffəqiyyətinin mühüm amilidir.
Ə
saslandırmaq - hər hansı bir məqsədə nail olmaq üçün istiqamətlənmiş
təşəbbüsü müdafiə etmək prosesi və ya bacarığıdır. Başqa sözlə desək, hər hansı
bir insan işi məcburi deyil, istədiyinə görə edir.
Nəzarətin yerinə yetirilməsi - məlumat toplanması məqsədi ilə keçirilir və
bunun əsasında gələcək qərarlar qəbul olunacaq.
Menecmentin mahiyyəti aşağıdakılardır:
1. Başqalarının əməli ilə hər hansı bir işi görmək;
2. Alıcı, sifarişçi, müştəri üçün bütün şəraiti və rahatlığı yaratmaq;
3. Yeniliyə meyil etmək;
4. Dəyişiklikləri sevməyi öyrətmək;
5. Sistemləri qurmaq.
5. Idаrəеtmə üsullаrı
Ideal və vahid menecment modeli yoxdur. Müxtəlif idarəetmə üsulları
mövcuddur. Idarəetmə üsullarını səciyyələndirərkən onların istiqamətini,
məzmununu, təşkilati formalarını açmaq zəruridir.
Idarəetmə üsulunun istiqaməti - müəyyən obyektə (firma, şöbə, bölmə, şirkət
və s.) yönəlməsi deməkdir;
Dostları ilə paylaş: |