106
Mehmanxananın restoran və kafelərində adətən qonaqlara yeməklərin bir
neçə şəraiti təklif olunur:
Tam pansion - <> (HB) – gündə 3 dəfə yemək, səhər yeməyi,
nahar və ya şam yeməyi;
Yarımpansion - <> (HB) – gündə iki dəfə yemək, səhər
yeməyi, nahar və ya şam yeməyi;
Yalnız səhər yeməyi – Bed and Breakfast (B.B.) – gündə bir dəfə səhər
yeməyi.
Klub – istirahət sistemi üzrə işləyən otellərdə qonaqlara xüsusi yemək şəraiti
təşkil olunur. Gündə 3 dəfə yeməkdən əlavə qonağa gün ərzində pulsuz
qəlyanaltılar, spirtli və digər içkilər təklif olunur. (All inclusive – bütün xidmətlər
otelin qiymətinə daxildir). Mehmanxanada səhər yeməklərinin süfrə düzümünə
xüsusi diqqət verilir.
Mehmanxanada yaşayan qonaqların günü səhər yeməyi ilə başlanır və bu
onun ovqatına və ümumi təəssüratına təsir göstəri. Mehmanxanada yaşayan
qonaqalr, nahar və şam yeməyindən fərqli olaraq, səhər yeməyində daha çox
iştirak edirlər. Restoran zalı təmiz və səliqəli olmalı, ofisiantlar gümrah və fəal
görünməli, ardıcıl və fasiləsiz xidmət göstərməlidirlər.
Səhər yeməklərinin müxtəlif növləri mövcuddur.
Kontinental səhər yeməyi (Continental breakfast) – Avropa qitəsində
qəbul olunmuş bu növ səhər yeməyinə qəhvə, çay və isti şokolad, qənd, qaymaq
(süd), limon, iki növ povidla, cem və ya bal, müxtəlif çörək – bulka məmulatı, yağ
daxildir.
Bazar günlərində soyuq yumurta əlavə edilir. Bir çox Avropa ölkələrinin
mehmanxanalarında bu növ səhər yeməyi otelin qiymətlərinə daxil edilir.
Çeşidi geniş olan səhər yeməyi – bu növ səhər yeməyi Avropada 60- cı
illərin ortasından yayılmışdır. Kontinental səhər yeməyinə daxil olan menyudan
ə
lavə qonaqlara müxtəlif meyvə şirələri ( tomat, portağal və s. ), pendir, kolbasa,
qayğanaq, yoğurt, kəsmik və s. təklif olunur. Qonaqlara bufet servisi və ya ofisiant
xidmət göstərir.
107
Ingilis sayağı səhər yeməyi – qonaq üçün nömrəyə gətirilən çay və ya
qəhvədən başlayır. Bu səhər yeməyinə qənd, yağ, bulka məmulatı, cem,
bal,mürəbbə daxildir. Bu, kiçik səhər yeməyi adlanır (Short breakfast). Bu səhər
yeməyinə vetçina (donuz əti) ilə hazırlanmış qayğanaq, balıq, südlə hazırlanan
yulaf (ofsyanka), sıyıq (kaşa) da əlavə oluna bilər. Bufet servisi və ya ofisiant
xidmət edir.
Amerikansayağı səhər yeməyi vaxtı buzla adi içməli su, meyvə şirələri, tər
meyvələr və ya meyvələrdən hazırlanmış kompot, bir az ət, piroq, düyü və ya
qarğıdalı sıyığı (kaşa) verilir.
Şampan şərabı ilə səhər yeməyi adətən səhər saat 10.00- dan 13.00 – dək
verilir. Qəhvə, çay, şampan və digər şərab təklif olunur. Bura bir az soyuq
qəlyanaltı və isti yemək, sup, salat və şirin piroq əlavə olunur. Bu növ səhər
yeməyi rəsmi səbəb olanda verilir.
Gec verilən səhər yeməyi – saat 10.00- dan 14.00- dək təqdim olunur. Bura
səhər və nahar yeməyinin elementləri daxildir:isti və soyuq içkilər, bulka, cem,
yağ, kolbasa, sup,isti ət yeməyi, desert. Bufet servis xidməti göstərir. Bu növ səhər
yeməklərindən əlavə müxtəlif ölkələrin qonaqlarına digər səhər yeməkləri də təklif
olunur. (cədvəl 8).
Səhər, nahar və şam yeməklərinin təşkilində müxtəlif xidmət metodlarından
istifadə olunur:
-
<< A lya kart >>
-
<< A Part >>
-
<< Tabldot >>
-
Isveç masası
Bufet xidməti
<< A lya kart >> (A la carte) – xidmətində, qonaqlar kart – menyudan yemək –
içməyi sifariş edirlər. Sifariş mətbəxə dərhal çatdırılır və süfrə düzümü hazırlanır.
Bu xidmət üsulunda qonaq ofisiantla məsləhətləşib yeyib – içmək seçə bilər.
Ofisiant, öz növbəsində suqqesstiv (suqqestiya – inandırmaq, təsir etmək) üsuldan
istifadə edərək restoranın gəlirini artıra bilər.
108
Cədvəl 1.
Müxtəlf ölkələrin səhər yeməklərinin növləri
Milli səhər yeməkləri
Səhər yeməyinin tərkibi (menyu)
Avstriya 1
Bulka, qaymaq və ya südlə qəhvə
Avstriya 2
Soyuq qəlyanaltılar (kolbasa, bişmiş ət), isti
yeməklər,mineral su
Hollandiya
Qəhvə, süd, çay, holland pendiri, yulaf sıyığı,
ə
tdən hazırlanmış assorti, siyənək balığı,
blinçik
Ispaniya, Portuqaliya (erkən səhər yeməyi)
Qəhvə, bulka, isti şokolad peçenye ilə,
marmelad
Gec verilmiş səhər yeməyi 10.00 – 11.00
Tərəvəz məhsulları, balıq və yumurtadan
hazırlanmış yeməklər
Italiya
Tər meyvələr, südlə tünd qəhvə, bal,yağ
Almanya 1(06.00)
Qəhvə süd və ya qaymaqla, bulka, marmelad
və ya cemlə, buterbrod yağ və pendirlə
Almanya 2(10.00 – 11.00)
Soyuq
və
isti
qəlyanaltılar,1
və
2
yeməklər,desert
Polşa 1
Çay,südlü qəhvə, bulka, marmelad və ya
mürəbbə
Polşa 2
Soyuq və isti yeməklər, desert, qəhvə, çay
südlə
Skandinaviya
Balıq və ət xörəkləri
Finlandiya
Südlə isti içkilər
Fransa 1
Südlə tünd qəhvə, müxtəlif növ pendirlər,
bulka
Fransa 2
Soyuq qəlyanaltılar, isti tərəvəz qəlyanaltıları,
qarnirlə balıq və isti yeməklər
Isveçrə 1
Isveçrə 2
Südlə qəhvə, bulka
Dostları ilə paylaş: |