Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

 
92
Hər  bir  kempinqin  ərazisində  100  nəfər  hesabı  ilə  rahatlıq  və  şərait 
olmalıdır: 
-  hər bir yerləşdirmə vahidi 4 nəfərdən ibarət kottec və ya çadırdan ibarətdir. 
Kempinqlərdən 100-150 metrdən uzaq olmayaraq texniki sanitar qovşaqları, 
4  tualet,  4-5  əlüzyuyan,  2  duş,  qabların  yuyulması  üçün  2  qoşa  tas  (teşt), 
zibil yığmaq üçün 3 çən olur; 
-  paltarların yuyulması və ütülənməsi üçün otaq nəzərdə tutulur; 
-  kempinqlərin ərazisində idman və uşaqlar üçün oyun meydançaları yerləşir; 
-  bu ərazidə su təchizatı, kanalizasiya və çirkab suların təmizlənməsi sistemi 
olur. 
Kurort  mehmanxanaları  inşa  edilən  zaman  turistlər  üçün  abadlaşdırılmış 
çimərliklər  və  idman  qurğuları  və  idman  qurğuları  tikilməlidir.  Burada  yerlərin 
sayı mehmanxanadakı yerlərin sayına uyğun olmalıdır. Üzgüçülük hovuzu 250 m

olmalı, istilik qurğusu ilə təchiz edilməlidir. 
 
3. Mеhmаnхаnа müəssisələrinin əsаslı və cаri təmiri 
Mehmanxana  və  bu  tipli  tikililərin,  mühəndis-texniki  avadanlığın  əsaslı  və 
cari təmirinə böyük diqqət verilməlidir. 
Binanın  konstruksiyasının,  mühəndis  avadanlığının,  hissələrinin  və  s. 
köhnəliyi  bütünlükdə  binanın  fiziki  köhnəlmə  dərəcəsi  və  xarakteri  ilə 
müəyyənləşdirilir. 
Mehmanxanada iki cür təmir aparıla bilər: əsaslı və cari təmir. 
Mehmanxana  binasını  və  mühəndis  avadanlığını  sistematik  və  vaxtından 
ə
vvəl dağılmaqdan qorumaq üçün aparılan təmir cari təmirdir. 
Mehmanxana    binasının,  mühəndis  avadanlığının  köhnəlib  dağılan  bir  sıra 
hissələrinin,  bəzi  konstruksiyalarının  bərpası  və  dəyişdirilməsi  əsaslı  təmirlə 
həyata keçirilir. 
Binanın bünövrəsi və daş divarları uzun müddətə hesablanır və davamlı olur. 
Avadanlığın əsaslı təmiri üzrə bütün işlər iki qrupa bölünür: 
-  kompleks əsaslı təmir bütün binanı və ya bir bölməni əhatə edir; 


 
93
-  seçilmə  üzrə  əsaslı  təmir  ayrıca  konstruksiya  elementlərinin,  mühəndis 
avadanlığının, binanın bir hissəsini əhatə edir. 
Mehmanxanada  çalışan  işçilər  turistlərə  keyfiyyətli  xidmət  göstərməkdən 
ə
lavə,  mehmanxananın  mühəndis-texniki  avadanlığının  yenidən  qurulmasını 
vaxtında  aparmalı,  bu  avadanlığın  fasiləsiz  və  qəzasız  işləməsini  təmin  etməli, 
otelə yüksək dərəcə verilməsinə nail olmalıdır. 
Mehmanxanaya  bitişik  ərazi  abadlaşdırılmalı,  asfaltla  örtülməli  və 
yaşıllaşdırılmalıdır. 


 
94
MÖVZU: 9. MEHMANXANA TƏSƏRRÜFATI VƏ REKLAM 
PLАN 
1.  Rеklаmın mаhiyyəti və funksiyаsı 
2. Informasiya və reklamın növ və formaları  
3. Mеhmаnхаnаnın ticаrət və firmа nişаnı 
 
1. Rеklаmın mаhiyyəti və funksiyаsı 
Dəqiq  və  müntəzəm  maliyyə  mənbələrinə  arxalanan,  məlumatın 
ödənişli  yayınma  üsulları  vasitəsilə  həyata  keçirilən,  qeyri-şəxsi 
kommunikasiya  forması  olan  reklam  mehmanxana  biznesində  mühüm  və 
ə
həmiyyətli yer tutur. 
Mehmanxana  təsərrüfatının  inkişafını  reklamsız  təsəvvür  etmək 
mümkün deyil, çünki marketinq strategiyasının həyata keçirilməsində reklam 
vacib şərtdir. 
Dünya mehmanxana sənayesində istifadə edilən reklam işinin əsaslarını 
dərindən  öyrənib  onların  effektli,  perspektivli  nümunə  və  metodlarını 
(üsullarını) əsas götərərək geniş istifadə etmək lazımdır. 
Reklam  -  mehmanxana  idarəolunmasında  (menecment)  əsas 
amillərdən biridir. Reklamın bir neçə anlayışı mövcuddur. 
ABŞ-ın  aparıcı  firmaları  üçün  reklam  kompaniyalarını  hazırlayan 
"McCan  Erricson  Inc"  şirkətinin  fikrincə,  "Reklam  yaxşı  təkrar  danışılan 
həqiqətdir". 
Müasir  reklamın  banilərindən  biri  kimi  tanınmış  Albert  Lasner 
demişdir ki, "reklam - ticarətin nəşr (çap) olunmuş formasıdır". 
Reklam  istehlakçılara  müxtəlif  vasitələrlə  çatdırılır.  Ənənəvi  kütləvi 
informasiya  vasitələrilə  yanaşı  (radio,  televiziya,  qəzetlər,  kataloqlar, 
bukletlər), reklamda poçt, kiçik dirijablar, videokassetlər, sərgilər və s. kimi 
vasitələrdən  istifadə olunur.  Insanları  məlumatlandırmaqla  reklam  malların, 
xidmətlərin  satılmasını  stimullaşdırır.  Reklam  insanlar  üçün  bələdçi  rolunu 
oynayaraq  xidmətlər,  mehmanxanalar,  onların  qiymətləri,  keyfiyyətləri, 


 
95
təyinatı  və  s.  haqqında  məlumat  verir.  Reklamın  keyfiyyətli  və  təyinatlı 
olması  üçün  mehmanxanalar  peşəkar  reklam  mütəxəssislərindən  istifadə 
edir. Mütəşəkkil maliyyə mənbələrinə arxalanan məlumatın ödənişli yayılma 
üsulları vasitəsilə olan qeyri-şəxsi kommunikasiya növünə reklam deyilir. 
Marketinq  strategiyasının  həyata  keçirilməsində  reklam  mühüm 
ə
həmiyyət kəsb edir. 
Reklamın bir neçə tərifi mövcuddur: 
• Xarici reklam - xarici dövlətlərin bazarlarına istiqamətlənmişdir; 
• Ümummilli  reklam  -  ölkənin  bir  neçə  bölgəsində  fəaliyyət  göstərən 
tərəfdaşlara  yönəlir.  Bu  reklamı  maliyyələşdirən  təşkilatlar  ümummilli 
reklam verənlər sayılır. Iri televiziya kanalları və qəzetlərdə verilən reklamın 
ə
ksəriyyəti ümummilli reklam hesab olunur; 
• Regional  (bölgə)  reklam  -  bir  sıra  reklam  agentlikləri  reklam 
sahələrini həm ümummilli, həm də regional (bölgə) reklam üçün satırlar. 
• Yerli  reklam  -  bir  sıra  reklam  verənlər,  o  cümlədən  mehmanxana 
müəssisələri (restoran, bar, kafe, diskoteka, digər xidmətlər) müştəriləri 
bir  şəhərdə  və  yaxud  bir  ticarət  zonasında  yerləşdiyindən  yerli 
reklamdan istifadə edirlər.  
Reklam  -  məlumat  işinin  üsullarına,  qaydalarına,  istiqamətlərinə, 
məqsədlərinə  və  vəzifələrinə  bələd  olmaq  bu  üsullardan  bacarıqla  istifadə 
olunması,  mehmanxana  biznesinin  müvəffəqiyyətlə  inkişafı  üçün  şərait 
yaradır. 
Sıravi  istehlakçıya  deyil,  əməkdaşlıq  tərəfdaşlarına  yönəlmiş, 
istiqamətlənmiş  reklam  işgüzar  reklam  adlanır.  Işgüzar  reklamlar  adətən 
xüsusi  işgüzar  nəşrlərdə  və  məcmuələrdə  və  ya  peşəkar  jurnallarda  dərc 
olunur. 
Direct-Meyl (direct-mail) - reklamın ən effektli növlərindən biri hesab 
olunur. Bu reklam növü ondan ibarətdir ki, xüsusi seçilmiş turist firmalarına 
və fərdi şəxslərə reklam materialları göndərilir. 
Reklam  -  məlumat  fəaliyyətinin  istiqamətini  təyin  etmək  üçün  bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə