Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

 
89
nömrənin ümumi sahəsinin 70%-i yaşayış üçün, 10%-i dəhlizə, 20% -i isə sanitar 
qovşağına aid olur. 
Bir  sıra  dövlətlərin  müasir  standartları  otaqların  döşəmə  sahəsinin  minimal 
ölçüsünə riayət etməyi tələb edir. 
Alman  standartlarına  əsasən  birotaqlı  birnəfərlik  komfort  nömrənin  ölçüsü 
16-18, iki nəfərlik otaq isə 20-21m
2
 olmalıdır. 
 
Komfort  səviyyəsinə  görə  nömrələrin  standart  ölçüsü 
 
Komfortun 
minimum 
səviyyəsi  
(1 ulduz) 
Komfortun 
min-dan 
yuxarı 
səviyyəsi  
(2 ulduz) 
Komfortu

orta 
səviyyəsi 
(3 ulduz) 
Komfortu
n  yüksək 
səviyyəsi  
(4 ulduz) 
Lüks     
(5 ulduz) 
Ikiyerli nömrə 
10.5 
14.5 
18 
21 
26 
Nömrədə vanna otağı 

3.5 


11 
Nömrələrlə  və  yardımçı 
yerlərlə əlaqə 




45 
Yaşayış yerləri, cəmi 
18.5 
25 
30 
36 
25 
Ə
lavə və xidməti yerlər 
7.5 
10 
15 
19 
70 
Cəmi bir nömrə 
26 
35 
45 
55 
35 
Cəmi bir yer 
13.5 
17.5 
22.5 
27.5 
 
 
 
Mehmanxanada  apartamentlər  ümumi  otaqların  10%-ni  təşkil  edir. 
Onların sayı, ölçüləri, sanitar qovşaqları, dəhlizləri və təyinatları çox müxtəlifdir. 
Mehmanxananın  işçi  və  mütəxəssisləri  turistlərə  yüksək  xidmət  göstərməklə 
yanaşı, mühəndis-texniki avadanlığın istismar qaydaları ilə tanış olmalı, mühəndis-
texniki  sistemlərin  dayanmadan  və  qüsursuz  işləməsinə  çalışmalı,  məişət-elektrik 
avadanlığın düzgün istismarına riayət etməlidir. 
Mehmanxanalar  müxtəlif  mühəndis  avadanlığı  ilə  təchiz  olunub. 
Mehmanxana  binasını  daimi  iş  rejimində  saxlamaq  üçün  müxtəlif 
texnologiyalardan  istifadə  edilir.  Burada  texniki  təhlükəsizlik  və  əməyin 
mühafizəsi qaydalarına riayət olunmalıdır. 
Su  təchizatı  sistemi  mehmanxananın  içməli  və  təsərrüfat-məişət  sularına 
olan  ehtiyacını  təmin  edir.  Bu  sistemlə  yanaşı,  habelə  isti  su  və  yanğından 
mühafizə sisteminin su təchizat borusu da mövcuddur. Mehmanxanaya daxil olan 


 
90
suyun  keyfiyyəti  və  hərəkəti  ölkə  standartlarına  uyğun  olmalıdır.  Suyun  məsrəfi 
soyuq və  isti su sistemləri  üçün  ayrılıqda hesablanır.  Bir qonaq  sutkada 300 litrə 
qədər su istifadə edə bilər. 
Mehmanxananın  isitmə  sistemi  su,  hava  və  ya  buxarla  ola  bilər. 
Mehmanxananın yaşayış sahəsi üçün adətən xüsusi isitmə sistemi mövcud olur. 
Elektrik sistemində adətən iki sxem nəzərdə tutulur: əsas mənbədən olan xətt 
və ehtiyat (qəza) xətti. 
Yanğından  mühafizə  sisteminə  sərf  olunan  xərc təxminən  turistin bir sutka 
üçün verdiyi qiymətin1%-ni təşkil edir. 
Mehmanxanada  yanğınlar  müxtəlif  səbəblərdən  olur:  siqaretdən,  elektrik 
avadanlığı  və  texnikasının  nasazlığı,  mətbəxdəki  hadisələrdən  və  s.  Aparılan 
tədqiqatlar  göstərir  ki,  yalnız  iri  otellərin  26,  orta  yerləşdirmə  imkanlarına  malik 
mehmanxanaların isə 11%-i tamamilə yanğından mühafizə qaydalarına əməl edir. 
Iri  və  orta  mehmanxanalar  avtomatlaşdırılmış  yanğından  mühafizə  sistemlərini 
yeganə etibarlı üsul hesab edirlər. 
Mehmaxanalarda  xəbərdarlıq  sistemləri  çoxməqsədli  audiosistemdən  ibarət 
olur.  Bu  sistemin  funksiyası  mehmanxana  personalına  fövqəladə  xəbərləri 
çatdırmaq, mikrofondan yazılmış məlumatları səsləndirmək, radioproqramların və 
digər xəbərlərin yayımı, musiqili fonun yaradılması və s.-dən ibarətdir. 
 
2. Müхtəlif təyinаtlı mеhmаnхаnаlаrın lаyihələndirilməsinin nоrmаtiv 
ə
sаslаrı 
Motellər,  bir  qayda  olaraq,  nəqliyyat  magistralları  boyunca  və  bilavasitə 
turist zonalarında yerləşir. Turist zonalarında motellər mehmanxanalar kimi əlavə 
xidmətlər    kompleksinin  təklif  edilməsi  imkanına  malik  olurlar.  Motellərin 
layihələndirilməsində  əsas tələb  nəqliyyat  yollarının  və  dayanacaqların  olmasıdır. 
Motel binaları adətən 1-2 mərtəbəli olur və kifayət qədər geniş sahə tutur. 
Motellərin  layihələndirilməsində  adətən  aşağıdakı  sahə  normaları  istifadə  
olunur: 
Iki nəfərlik otağın ümumi sahəsi: 23-28m



 
91
Bir yer üçün nəzərdə tutlmuş norma:12-14m

Motelin ümumi sahəsi 
Iki nəfərlik nömrə (avtomobil dayanacağı daxil olmaqla) 
Bir mərtəbəli bina olduqda - 60-79 m

Iki mərtəbəli bina olduqda - 45-46m

Kempinqlər  -  mətbəxi,  özünəxidmət  yeməkxanası,  ticarət  köşkləri, 
avtomobil  dayanacaqları  və  nəqliyyatın  yuyulması  üçün  nəzərdə  tutulmuş 
meydançası olan kottec və çadırlardan ibarətdir. Kempinqlər turistlər üçün ucuz və 
kütləvi  yerləşdirmə  müəsissəsidir.  Kempinq  üçün  ucuz  və  kütləvi  yerləşdirmə 
müəssisəsidir. Kempinq üçün ayrılmış sahələr aşağıdakı tələblərə cavab verməlidir: 
nəqliyyatın girişi üçün abad yol, sahənin minimal enişliyi, küləkdən mühafizə üçün 
yaşıllıqların  və  ağacların  olması.  Bir  çox  ölkələrdə  standartlara  uyğun  olaraq 
kempinqləri  sahəsinə  və  komfort  səviyyəsinə  görə  dərəcələrə  bölürlər.  Bütün 
kempinqlərdə (dərəcəsindən asılı olmayaraq) enerji, su və kanalizasiya sistemlərin 
olması vacib sayılır. 
Kempinqlər əsas 4 dərəcəyə bölünür: 
1.  Tranzit  kempinqlərdə  minimum  komfort  olur  və  48  saatdan  artıq  qalmaq 
nəzərdə tutulmur. 
2.  Istirahət gününün kempinqləri adətən  kənd yerlərində yerləşir, fəal istirahət 
və idmanla məşğul olmaq üçün nəzərdə tutulur. 
3.  Məzuniyyətdə  olanlar  üçün  nəzərdə  tutulan  kempinqlər  turistləri  cəlb  edən 
rayonlarda yerləşir( dəniz ,çay, göl vəs.) və burada geniş məişət xidmətləri 
təklif olunur. 
4.  Turist  kempinqləri  turist  zonalarında  yerləşir  və  bu  tip  yerləşdirmə 
müəssisələri arasında yüksək komforta malikdir. 
Yerləşdirmə  vahidi  hesabı  ilə  (bir  çadır  və  avtomobil)  sahə  standartı 
Fransada 100, Almaniya və Niderlandda 120-150, ABŞ-da 800m

Kempinqin  10%  ərazisi  avtoturistlərin  yerləşdirilməsi  üçün  nəzərdə 
tutulmalıdır.  Kempinqin  optimal  (münasib)  yerləşdirmək  imkanı  500-1500  nəfər 
arasında olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə