Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1



Yüklə 302,66 Kb.
səhifə14/71
tarix23.01.2023
ölçüsü302,66 Kb.
#99087
1   ...   10   11   12   13   14   15   16   17   ...   71
M vzu m asir t lim formalar ,i sullar v texnikalar plan 1

Oxu təliminin əhəmiyyəti
Ana dili tədrisinin mühüm vəzifələrindən biri də oxu təlimidir.
Oxu ana dilinin açarı olmaqla şagirdləri cəmiyyət və təbiətlə tanış etməyin, onların nitq və təfəkkürünün, həm də ümumi inkişafının təminatına dair mühüm vəzifədir.
Oxu təliminin normal gedişi ibtidai təlimin müvəffəqiyyətini təmin edir. Gənc nəslin təlim, tərbiyə və inkişafında oxunun rolu böyükdür. Cəmiyyətin bütün elmi və mədəni nailiyyətlərini qoruyub saxlayan və nəsildən-nəslə ötürən kitab tükənməz bilik mənbəyidir. Oxu vərdişlərində müxtəlif fənlər haqqında, vətənimizin tarixi, ölkəmizdə baş verən mühüm hadisələr, xalqımızın azadlıq, sülh uğrunda mübarizəsi, onun əmək və döyüş şöhrəti və s. aid ilkin biliklərə yiyələnirlər.
Oxu prosesində əsas məsələ uşaqlarda ətraf aləmə dair düzgün biliklərin formalaşdırılmasıdır. Oxunun məzmunu ideya-siyasi, mənəvi və estetik tərbiyəni təmin edir. Oxu materialları düzlük, xeyirxahlıq, rəhmdillik, təvazökarlıq kimi keyfiyyətlər aşılayır, uşaqların nitq və təfəkkürünü inkişaf etdirir, idrakını artırır.
Ümumiyyətlə, oxu dərslərinin tədrisini yüksək səviyyədə qurmaq çox əhəmiyyətli və vacibdir.
Şübhəsiz ki, bütün başqa fənn müəlimlərindən daha çox ana dili müəllimləri şagirdlərin məharətli oxucu olmasına səy göstərirlər. Müəllimin bütün fəaliyyəti ona yönəldilməlidir ki, şagird oxunun onun həyatındakı əhəmiyyətini dərk etsin. Dərk etsin ki, oxunan səhifələr vasitəsi ilə bütün dünyanı qavramaq, gözəl söylənmiş bir hekayədən zövq almaqla bərabər, həm də uğur qapılarını öz həyatına açmaq olar.
Elə şagirdlər də var ki, bu məsələlərdə ciddi problemlərlə üzləşir. Həmin şagirdlri oxuya cəlb etmək və gələcəkdə “ömürboyunca öyrənənlər” olmasını təmin etmək üçün onlara maraqlı kitablar təqdim etmək lazım gəlir. Elə ktablar ki, heç zaman oxudan xoşlanmayan insanı da ecazkar və qüdrətli söz dünyasından zövq almağa yönəltsin.
Şagirdlər sinifdən-sinfə keçdikcə onlara təqdim edilən mətnlər müəllim tərəfindən diqqətlə təhlil edilib, seçilməlidir. Bu zaman müəlim sinifdəki şagirdlərin idrak səviyyəsini, əldə edilən nailiyyətəri və boşuqları nəzərə almalıdır. Əgər oxu üçün seçilən mətn çox asan olarsa, o strategiyalı oxuya heç bir ehtiyac yaratmaz. Oxu materialı çox mürəkkəb olarsa, şagirdi oxudan uzaqlaşdırar və oxuya olan marağını azaldar. Məzmunun səviyyəsi məsələsində elə seçim edilməlidir ki, şagird mətnin mənasını dərk etmək üçün ardıcıl və mütəşəkkil fəaliyyətdə olmaq ehtiyacı duysun. Sinifdə təhsil alan şagirdlərin idraki səviyyələri, oxu bacarıqlarının fərqli olduğu nəzərə alınaraq onlara təqdim olunan oxu materiallarının da bir neçə səviyyədə olmasını təmin etmək lazımdır. Mətnlər mürəkkəblik baxımından müxtəlif səviyyələrdə olsalar da semantik baxımdan əlaqəli olmalıdır ki, mövzular bir-birini tamamlasın, bir dərsdə müxtəlif problemlər ətrafında müzakirələr açılmasın. Oxu startegiyasının tətbiqinin ilkin mərhələsində müəllim kiçik mətnlər üzrə şagird fəalyyətini təşkil etməlidir. Qısa mətnlər üzrə gözlənilən nəticələr əldə ediləndən sonra, artıq geniş mətnlər üzrə strategiyalı oxu fəaliyyətini təşkil etmək olar.
Şagird mövqeyindən problemə nəzər salaq. Ümumiyyətlə oxuya belə bir münasibət formalaşıb. Əgər şagird sözləri ucadan və düzgün oxuyursa, deməli o oxuyur. Səlis və ifadəli oxuya bilməyən uşaqlar isə pis oxucular hesab ediliblər. Bu yanaşmada bir həqiqət olsa da, etiraf etmək lazımdır ki, biz çox hallarda ucadan və yaxşı oxuyan uşağın oxuduğunun mənasını dərk etmədiyinin şahidi oluruq. Eyni zamanda əksinə, mətni çətinliklə oxuyan şagirdlərin əsas fikri dərk etdiyini və təhlillər apardığını müşahidə edirik. Bütün bu kimi hallar deməyə əsas verir ki, savadlı olmaq hələ sıra ilə əvvəl sözləri düzgün yazmaq, onları düzgün oxumaq və sonra mənasını izah etmək kimi deyil, qarşılıqlı əlaqəli məsələlər kimi dəyərləndirilməlidir. Bu qəbul edilmiş həqiqətdir ki, yaxşı oxucu mətndəki çətin sözlərin mənasını tapır, janrını müəyyənləşdirir, simvollardan istifadə edir. Amma bu da yaxşı oxucu olmağın bütün şərtləri deyil. Bunun üçün əslində daha geniş aspektdə fəaliyyət göstərmək lazımdır. Oxudan əvvəl, oxu zamanı, oxudan sonra anlamanı idarə etmək, suallar vermək, nəticələr çıxarmaq, əlaqələndirmək, ümumiləşdirmək, inteqrasiya etmək və dərk etmklə fəal düşünənlərə çevrilirlər.

Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə