Mövzu: Nitqin inkişafı üzrə fəal dərsin motivasiya mərhələsi və onun


suallar veriləcək ona görə diqqətlə dinləsinlər. Bu zaman şagirdlər



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix05.05.2023
ölçüsü0,73 Mb.
#108710
növüDərs
1   2   3   4   5
Nitq

suallar veriləcək ona görə diqqətlə dinləsinlər. Bu zaman şagirdlər 
maksimum diqqətlə dinləməyə çalışacaqlar. Yaxud oxu zamanı müəyyən 
yerləri boş saxlamaq olar və şagirdlərə “bu boşluqlara nə yazmaq olar?” 
deyə sual vermək olar və s.
İçərisində bir neçə səhv buraxılan mətn göstərilə bilər və şagirdlərdən bu 
səhvləri tapmaq və düzəltmək tələb oluna bilər.
Rəsm dərsində hər hansı bir rəssamın əsəri göstərilə bilər və şagirdlərə 
sual oluna bilər ki, “bu şəklə baxdıqda rəsmin hansı özünəməxsusluğu 
diqqətinizi çəkir və nə üçün?”.
Musiqi dərsində hansısa bəstəkarın mahnılarından ibarət parçalardan 
istifadə etməklə beyin həmləsi etmək olar.


Motivasiya zamanı buraxılan səhvlər:
Səhv 1. Müəllim motivasiya qismində real problem əvəzində 
bir həll variantı olan çalışmadan istifadə edir. Bilmək 
lazımdır ki, idrak motivasiyanı doğuran mexanizm-
problemdir.
Səhv 2. Müəllim motivasiya qismində real problem əvəzinə 
həvəsləndirici informasiyadan və ya onun təqdimatı 
üsullarından istifadə edir. Həvəsləndirci material şagidlərdə
nə qədər maraq oyatsa da o , yalnız şagirdlərin qeyri-iradi 
diqqətini cəlb etməyə xidmət edir, lakin təfəkkürü oyada və 
fəallaşdıra bilmir.
Motivasiya şagirdi ona tanış olan anlayışın indiyədək diqqət 
yetirmədiyi xüsusiyyətləri haqqında düşünməyə sövq edir. 
Bəzən müəllim sinfin qarşısına çıxardığı hər hansı bir 
material haqqında birbaşa özü məlumat verir, bu isə 
şagirdlərdə fəallıq yaratmır. Müasir təlimdə şagirdləri passiv 
dinləyici vəziyyətində saxlamaq yolverilməz haldır.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə