6. “Yol və kəramət məktəbi” – daosizm. Qədim Çin fəlsəfəsinin digər böyük nümayəndəsi Lao-tszı (m.ö. VI-V əsrlər) olmuşdur. Onun yaratdığı təlim daosizm adlanır. Daosizmin əsas prinsipləri ikisi birlikdə “Daodetszin” (“Yollar və fəzilətlər haqqında kitab”) adlandırılan “Daotszin” və “Detszin” traktatlarında əksini tapıb.
Daosizmin əsas anlayışları “Dao” və “De”-dir.
“Dao” ikili mənaya malikdir:
1) insan və təbiətin öz inkişafında gedəcəyi yol, dünyanın mövcudluğunu təmin edəcək universal ümumdünyavi qanun;
2) energetik tutumlu boşluğu əks etdirən, dünyanın əsasında dayanan substansiya, ilkbaşlanğıc.
“De” yuxarıdan gələn firavanlıq; sayəsində ilkbaşlanğıc “Dao”nun ətraf dünyaya çevrildiyi energiya.
Daosizmin əsas ideyaları aşağıdakılardır:
1) Dünyada hər şey qarşılıqlı əlaqədədir, elə bir şey, elə bir hadisə yoxdur ki, digər şey və hadisələrlə əlaqədə olmasın;
2) Dünyanın əmələ gəldiyi materiya birdir, yeganədir; təbiətdə materiyanın dövranı mövcuddur (“hər şey torpaqdan yaranır, torpağa qayıdır”), daha doğrusu, bugünkü insan dünən kainatda mövcud olan digər formalarda – daş, ağac, heyvanların hissələri və s. –mövcud olmuşdur, öldükdən sonra insanın əmələ gəldiyi şeylər təbiətin digər şey və hadisələri, və yaxud, həyatın digər formaları üçün “tikinti materialına” çevrilir;
3) Dünyanın nizamı, təbiətin qanunları, tarixin gedişatı sarsılmazdır və insanın iradəsindən asılı deyil, deməli insan həyatının əsas prinsipi dinclik və fəaliyyətsizlikdir (u-vey)
4) imperatorun şəxsiyyəti müqəddəsdir, yalnız imperator Tanrı və ilahi qüvvələrlə mənəvi əlaqədədir; imperatorun vasitəsilə “De” firavanlıq və həyatverici qüvvə olaraq Çinə və bəşəriyyətə enir; insan imperatora nə qədər yaxındırsa, “De” imperatordan ona bir o qədər çox keçir;
5) “Dao”nu dərk etmək və “De” qazanmaq daosizm bütün qanunlarına tam riayətdən keçir, “Dao” ilə qovuşmaq imperatora itaətkarlıq və ona yaxın olmaqdan keçir;
6) xoşbəxtliyə gedən yol arzu və ehtiraslardan azad olmaq – həqiqəti dərk etməkdən keçir;
7) bir-birinə hər şeydə güzəştə getmək.
Dostları ilə paylaş: |