Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   10   11   12   13   14   15   16   17   ...   59

42 
 
 Keyfiyyət; 
 Etibarlılıq; 
 Təhlükəsizlik; 
 Qiymətin inandırıcı olması; 
 İstehlakçıların seqmentləşdirilməsi; 
 Qiymətlərin mövsümi differensasiyası; 
 Endirimlərin differensasiyası sistemi. 
Dövlət turizm sahəsinə maliyyə qoyuluşları sahəsində aşağıdakıları əldə edə 
bilər: 
 Maliyyə qoyuluşlarının qısa bir zamanda qaytarılması (4-10 ildə); 
 Xammaldan istifadə edilmədən milli gəlirin artması; 
 Əhalinin məşğulluğunun artması; 
 Valyuta axınının çoxalması. 
ÜTT-nin məlumatlarına görə 2005-ci ildə dünya üzrə turizmdən əldə olunan 
gəlirlər  680  mlrd.  ABŞ  dolları  təşkil  etmişdir.  2005-ci  ildə  turizm  xidmətinin 
həcmi  dünya  üzrə  ümumi  məhsulun  11%-nə  bərabər  olmuşdur.  Bu  da  son 
onilliklər  ərzində  bir  çox  ölkələrdə  əhalinin  həyat  səviyyəsinin  yaxşılaşması, 
nəqliyyatın və müasir texnologiyaların inkişaf etməsi ilə izah olunur. 
Turizm  dövlət  büdcəsinə  çox  böyük  gəlir  gətirən  sahələrdəndir.  Turizmin 
inkişafına  dair  dövlət  büdcəsindən  hər  il  artırılan  investisiyalar;  dövlətlərarası 
bağlanılan ikitərəfli sazişlər və müqavilələr; ölkələrin turizm imkanları və ehtiyat-
ları barəsində informasiyaların daha dolğun şəkildə yayılması; turizmin digər as-
pektləri ilə bağlı problemlərin müzakirə və həll olunması bunu deməyə əsas verir 
ki, turizm gəlirli bir sahə kimi daim dünya dövlətlərinin nəzərindədir. 
Turizmdən olan gəlirin əmsalı (multiplikator) 
Turizm  regionun  iqtisadiyyatına  birbaşa  və  ya  dolayı  yolla  təsir 
göstərir.Birbaşa təsir – turistlərin turizm xidmətlərinin və məhsulunun alınmasına 
çəkilən  xərcləri  ilə  baş  verir.  Yəni  otel,  qidalanma,  əyləncə  və  s.  xidmətlər 
müqabilində ödənilən xərclərdir. Müasir cəmiyyətdə hər bir şəxs öz xərclərini pul 


43 
 
şə
klində  edir.Bir  tərəfin  xərcləri  digər  tərəf  üçün  gəlir  yaradır.Turizm 
məhsulunun satıcıları turistlərdən aldıqları pulu öz işçilərinə əmək haqqı şəklində 
ödəyirlər.İşçilər  öz  növbəsində  həmin  pulları  yerlərdə  məhsullar,  xidmətlər  əldə 
etmək  və  müxtəlif  məqsədlər  üçün  sərf  edirlər.Dövrə  təkrarlanır.  Turistlərin 
xərclədiyi pullar zəncirvari reaksiya, ya gəlir axını və ya dalğa əmələ gətirir: xərc-
gəlir – xərc-gəlir və s. Yəni, turizm  məhsul və xidmətlərin təkrar alınması üçün 
imkan  yaradır.  Bu  isə  turizmin  regionun,  ölkənin  iqtisadiyyatına  dolayı  təsirini 
təmin edir.Turizmin ölkənin, regionun iqtisadiyyatına əmanəti müəyyən yerdə və 
müəyyən  zamanda  məhsul  və  xidmətə  görə  turistlərin  xərclərinin  “təkrar 
paylanması”  effektində  əksini  tapır.Gəlir  axını  içində  hər  yeni  xərclər  digər 
qruplar  üçün  gəlir  yaratdığından,  bu  hərəkəti  “gəlirin  təkrar  paylanması” 
adlandırmaq olar.Bu cür effekt “multiplikator” adlanır. 
Multiplikator (latınca “multiplico” – “artırıram”, “çoxaldıram” deməkdir) –
gəlirin  dəyişilməsinin  investisiyalarının  dəyişilməsindən  asılılığını  göstərən 
ə
msaldır, başqa sözlə, aqreqat kəmiyyəti ilə onun struktur tərkib hissəsi arasında 
nisbəti xarakterizə edən əmsaldır. 
Multiplikator  modelinin  sadə  formulu  iqtisadiyyatda  Keyns  multiplikatoru 
adını alıb: 

1-B 
B  –  istehlak  imkanı,  xərcin  dəyişkənliyi  gəlirin  dəyişkənliyinə  olan  nisbəti 
ilə müəyyən edilir. 
Multiplikatorun  iqtisadi  mənası  bundan  ibarətdir:  qapalı  iqtisadi  məkanda 
vahidə  çəkilən  xərcin  səviyyəsinin  artması  nəticəsində  müvafiq  gəlir  nə  qədər 
artar. 
Turistin istirahət məqsədilə xərclədiyi pul turizm firması üçün gəlirə çevrilir. 
Bu  gəlir  məbləği  turizm  sənayesinin  müəssisələri  tərəfindən  müxtəlif 
məqsədlərə sərf olunur. Zəncirvari reaksiyanın birinci dalğası baş verir: 


44 
 
- Turistdən əldə olunan xərc pulu turfirma gəlir kimi əldə edərək xərcləməyə 
başlayır.  Turizm  firması  əldə  etdiyi  gəliri  turistlərin  yerləşdirilməsinə, 
qidalanmasına, nəqliyyatla daşınmasına, ekskursiyaların təşkilinə sərf edir, ofisin 
ehtiyaclarını ödəmək üçün dəftərxana ləvazimatı alır, kommunal xidmət və rabitə 
müəssisələrinin  xidmətlərini  ödəyir  və  s.  digər  ehtiyaclara  sərf  edir.  Bundan 
başqa,  həmin  gəlirin  bir  hissəsini  də  əmək  haqqı  şəklində  işçi  personala 
ödəyir.Yerləşdirmə  obyektində,  qidalanma  obyektində,  nəqliyyat  müəssisəsində, 
ekskursiya bürosunda eyni hərəkət baş verir. 
-  Növbəti  dalğada  yerləşdirmə  obyekti  əldə  etdiyi  gəliri  öz  obyektinin 
ehtiyaclarına  xərcləyir:  təmizlik  işlərinin  aparılması  üçün  xərclər,  səhər  yeməyi 
üçün xərclər, kommunal xidmət və rabitə xərcləri və s. 
-  Qidalanma  obyekti  qida  məhsullarının  hazırlanması  üçün  ərzaq  alır, 
təmizlik  işləri  üçün  xərclər  edir,  kommunal  və  rabitə  xidmətlərinin  xərclərini 
ödəyir və s. Nəqliyyat müəssisəsi, ekskursiya bürosu da eyni xərclər edir. 
Hər bir müəssisə personala zəhmət haqqı ödəyir. 
-  Əldə  olunmuş  gəlirin  bir  hissəsi  sahibkarlıq  fəaliyyəti  müqabilində  vergi 
şə
klində  büdcəyə  ödənilir,  bir  hissəsi  isə  personala  hesablanmış  əmək  haqqıdan 
sosial müdafiə fonduna ayırma şəklində ödənilir. 
-  Gəlirin  bir  hisəsi  ehtiyat  (inkişaf)  fondu  şəklində  müəssisələr  tərəfindən 
depozit hesablarda banklarda saxlanılır, müxtəlif səhmlər alınır və s. 
Zəncirvari  reaksiyanın  ikinci  dalğası  zamanı  personal  əldə  etdiyi  zəhmət 
haqqını  öz  ehtiyacları  üçün  ərzaq  və  sənaye  malları  alır,  ev  təsərrüfatı  üçün 
müəyyən  xərclər  edir.  Zəhmət  haqqının  bir  hissəsini  isə  əmanət  formasında  ya 
bankda,  ya  da  evdə  saxlayır.  Ərzaq,  sənaye,  təsərrüfat  malları  satan  dükanlar 
turizm  müəssisələri  tərəfindən  əldə  etdikləri  gəliri  öz  ticarət  ehtiyaclarına, 
personalın zəhmət haqqına və digər ehtiyaclara ödəyirlər. Amma yenə də gəlirin 
bir hissəsini vergi və sosial sığorta şəklində ödəyirlər. Gəlirin daha bir hissəsini 
isə ya ehtitat, ya da inkişaf fondunda əmanət şəklində saxlayırlar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə