Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   11   12   13   14   15   16   17   18   ...   59

45 
 
Beləliklə,  turistdən  alınmış  gəlirdən  əmələ  gələn  dalğa  getdikcə  kiçilsə  də 
böyük əhatə dairəsinə malik olur. 
Dövlət  büdcinə  ödənilmiş  vergi  məbləğlərinin  bir  hissəsi  yenidən  həmin 
ə
razidə  infrastrukturun  inkişafına,  turizm  proqramlarının  icrası  zamanı 
investisiyalar şəklində qayıda bilir. 
Turizm  və  sosial-mədəni  servis  müəssisələrinin  xərcləri  və  qiymət 
siyasəti  – 
Məhsul  istehsal  edən  və  ya  xidmət  göstərən  hər  bir  müəssisənin 
məqsədi  mənfəət  əldə  etməkdir.  Mənfəət  iki  amildən  asılıdır:  fəaliyyət 
nəticəsində  əldə  edilən  gəlir  və  bu  fəaliyyət  nəticəsində  edilən  xərclər  (sərf 
olunmuş maliyyə, maddi və əmək ehtiyatları). 
      Məhsulun  qiyməti  bazar  qanununa  uyğun  formalaşdırıldığı  halda 
istehsalat 
xərcləri 
müəssisənin 
maliyyə-təsərrüfat 
fəaliyyətinin 
necə 
aparılmasından  asılıdır.  Müəssisə  rəhbərliyi  öz  ehtiyatlarından  nə  dərəcədə 
savadlı istifadə edirsə, onun gəliri də bir o qədər çox olar. 
Hər  bir  təşkilatın  mühasibat  hesablarında  qeydə  alınmış  gəlir  əks  edilir. 
Lakin  eyni  zamanda  əldən  çıxmış  gəlirlər  də  olur:  əldən  çıxmış  gəlirlər 
imkanların  düzgün  istifadə  edilməməsi  səbəbindən  yaranır.  Misal  üçün,  bankda 
istifadəsiz qalmış vəsaitlərin depozitə qoyulması və ya başqa şirkətin səhmlərinə 
qoyulması  imkanının  əldən  verilməsi.  Daha  bir  misal:  işçilər  tərəfindən 
müştərilərə  xidmətin  düzgün  göstərilməməsi  və  ya  aşağı  səviyyədə  göstərilməsi 
və bununla da müştərilərin itirilməsilə gəlirin azalması və s. 
Mənfəəti hesablamaq üçün düstur aşağıdakı kimidir: 
M = Mməc – Md 
Burada, M - mənfəət, M - məcmu mədaxil (ƏDV-siz), Md - məhsulun maya 
dəyəri. Məhsulun maya dəyərinə məhsulun istehsalına və realizasiyasına çəkilən 
bütün xərclər daxil edilir. 
Turizm  şirkətinin  turizm  məhsulunun  istehsalına  çəkdiyi  xərclər  aşağıdakı 
elementlərdən ibarət olur: 

 Maddi xərclər (alınmış materiallar, yanacaq, elektrik enerjisi və s.); 


46 
 

 Yerləşdirmə xərcləri; 

 Qidalanma xərcləri; 

 Nəqliyyat xərcləri; 

 Əmək haqqının ödənilməsi; 

 Sosial sığorta xərcləri; 

 Əsas vəsaitlərin amortizasiyası (köhnəlməsi); 

 Sair xərclər (rabitə,ezamiyyə, dəftərxana, bank); 

 Marşrutun hazırlanması üzrə xərclər. 
Turizm təşkilatının xərcləri sabit və dəyişkən xərclərə bölünür. 
Sabit  (şərti-sabit)  xərclər
  –  istehsalın  həcmindən,  strukturundan  və 
məhsulun  satışından  birabaşa  asılı  deyil.  Buraya  aiddir:  əsas  və  köməkçi 
personalın maaşı və müvafiq ayırmalar, icarə haqqı, əsas fondların amortizasiyası, 
kommunal xidmətləri, telefon abunə haqları, lisenziya və sertifikatlaşma xərcləri 
və s. 
Dəyişkən  (şərti-dəyişkən)  xərclər
  –  istehsal  və  realizasiyanın  həcmindən 
asılıdır. Buraya aiddir:  material, yanacaq xərcləri, telefon danışıq haqları, işçilərə 
verilən mükafatlar, agentlərə verilən ödənişlər və müvafiq ayırmalar və s. 
Sabit  xərclərin  özləri  də  nisbi  sabitdirlər.  Çünki,  müxtəlif  dövrlərdə  bu 
xərclər də dəyişir: 
  Tam  sabit:  Bu  xərclər  hətta  şirkətin  fəaliyyəti  olmadıqda  da  olur:  icarə 
haqqı, əsas fondların amortizasiyası, rabitə və dövri mətbuat abunə haqqı; 
  Fəaliyyəti  təmin  etmək  üçün  tələb  olunan  xərclər:  elektrik  enerjisi 
xərcləri, ofisdə daimi olan işçilərin maaşı; 
  Vaxtaşırı sabit olan xərclər: müəyyən dövrlərdə istehsal sabit qaldıqca bu 
xərclər  də  sabit  olur.  Sonra  istehsal  artdıqca  bu  xərclər  də  artır  və  istehsalın 
müəyyən səviyyəsinədək sabit qalır. Bu zaman əlavə işçilər qəbul olunur. 
Xərclərin sabit qalması dövrünə relevant period deyilir. 
Turizm təşkilatlarında bəzən sabit xərclər daxilində faydalı xərclərlə yanaşı 
boş xərclər də olur.Bunu aşağıdakı misallarla izah etmək olar. 


47 
 
Qida obyektində olan vaxtaşırı sabit xərclər barədə bir misal. 
Restoranda  18  stol  var  idi  və normaya  uyğun  olaraq  3 ofisiantın hər  biri  6 
stola  xidmət  edirdi  (3  x  6  =  18).  Lakin  xidmətin  həcmini  artırmaq  məqsədi  ilə 
zala  daha  4  stol  qoyulur  və  1  ofisiant  işə  qəbul  olunur.  Ofisiantlar  vaxtamuzd 
maaş  alırlar.  Onda  elə  olur  ki,  1  ofisiantın  işinin  yalnız  4/6  hissəsi  faydalı,  2/6 
hissəsi  isə  faydasız  olur.Bu  zaman  restoran  ofisianta  2  stolun  maaşını  verərkən 
artıq xərclər etməli olur. Lakin bundan da çıxış yolu var. Belə ki, 4 stola xidmət 
edən  ofisianta  müvafiq  olaraq  maaş  az  vermək  olar.  Lakin  bu  halda  ofisiant  iş 
vaxtı ərzində 6 stola xidmət edə biləcəyi halda yalnız 4-nə xidmət edir və az maaş 
alır  ki,  bu  da  ofisiantı  təmin  etmir.  Burada  çıxış  yolu  müxtəlif  cür  ola  bilər:  4 
stola xidmət edən ofisiant 
a) praktikant ola bilər; b) mövsümi işçi ola bilər; c) əlavə olaraq ona başqa iş 
də tapşırılmış ola bilər. 
Mehmanxanada müştərilərin olmaması səbəbindən gəlirin əldə edilməməsi. 
Turfirma  tərəfindən  mehmanxanada  icarəyə  götürülmüş  otaqların  və 
qidalanma obyektində ayrılmış stolların hamısının doldurula bilinməməsi. 
Turizm və sosial-mədəni servis müəssisələrində xərclərin sistemləşdirilməsi 
iki üsulla yerinə yetirilir: 
1) Bütün xərclər hesblanaraq cəmlənir;  
2) Xərclər sabit və dəyişkən xərclərə bölüşdürülür. Bu üsul “direct-costing” 
adlanır. 
Sabit  və  dəyişkən  xərclərin  cəmi,  turizm  və  sosial-mədəni  servis 
təşkilatlarının ümumi xərclərini təşkil edir.Ayrı-ayrılıqda xərclərin cəmi, onların 
məcmuu xərclərdə hissəsini müəyyən etməyə imkan yaradır. 
Turizm firması üzrə misal: 
Sabit: 
2440(ə/h+sos.)  +  1000(icarə)  +  200(abunə)  +  500(amortizasiya)  + 
85(lisenziya) + 265(sair) = 4490 
Dəyişən: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə