Mövzu: XVIII əsrin I yarısında irsi müharibələr


Avstriya irsi uğrunda müharibə



Yüklə 108 Kb.
səhifə5/6
tarix17.01.2022
ölçüsü108 Kb.
#82938
1   2   3   4   5   6
Muhazire 2- XVIII əsrdə beynəlxalq münasibətlər

3.Avstriya irsi uğrunda müharibə

XVIII əsrdə İngiltərənin imkanları ağlasığmaz dərəcədə artdı: Belə ki, öz maraqlarını qorumaq üçün ingilislər müttəfiq satın ala almaq imkanlarına malik idilər. Avropada belə ölkə pul müqabilində özgə maraqlarına xidmət edən hökmdarların bol olduğu Almaniya idi.

Otuzillik müharibədən sonra siyasi cəhətdən tam parçalanmış Almaniya XVII – XVIII əsrlərdə rəzil görünüşə malik idi. Almaniyada yüzlərlə dövlət var idi. Vestfal sülhünə görə müstəqil siyasət yeritmək hüququ qazanan Almaniyanın kiçik knyazları pul müqabilində öz ordularını subsidiyaya güzəştə getməklə məşğul olurdular. XVIII əsrin II yarısında öz əsgərlərini satan alman knyazları bu yolla Fransadan 137 mln livr, İngiltərədən isə 46,5 mln funt sterlinq qazanmışdılar. Tabeliyində olanları zorla əsgər götürən alman knyazları onları ordu şəklində varlı müttəfiqlərinə satırdılar. Qessen lanqrafı İngiltərəyə qarşı üsyana qalxmış amerikalılarla vuruşmaq üçün 17 minlik ordusunu 2800 min funt sterlinqə satçışdı. XVIII əsrin 70-ci illərində dörd iri alman knyazı 5 ildə bu yolla 33 milyon talerə qədər qazanc əldə etdilər.

Belə siyasi xaos içərisində Almaniyada tədricən 2 iri dövlət Avstriya və Prussiya fərqlənməyə başladı. XVII-XVIII əsrlərdə Prussiyanın sürətlə genişlənməsi və böyük dövlətə çevrilməsi Şərqi Avropa tarixində əhəmiyyətli faktdır. Brandenburq kürfürüstlüyü bu dövlətin özəyini təşkil etdi.

XVIII əsrdə Tevton ordeninin keçmiş torpaqları, Prussiya Brandenburqa birləşdirildi. “Böyük kürfürüst” I Fridrix-Vilhelm dövründən etibarən Brandenburq – Prussiya beynəlxalq hadisələrdə vacib rol oynamağa başladı. Bu dövrdən başlayaraq Prussiya Almaniya hüdudlarında Avstriyanın rəqibinə çevrildi.

Prussiya tipik hərbi-təhkimçi dövlət idi. Brandenburq kürfürüstləri, daha sonralar isə prus kralları iri mülkədarlar idi. Baltik sahilləri uğrunda İsveçlə daimi mübarizə Prussiyanı hərbi dövlətə çevirdi. Prussiya kralları uyğun vəziyyətdən istifadə edərək qonşu knyazların torpaqları hesabına Prussiyanın ərazisini genişləndirdilər. Ərazilərin genişləndirilməsi işində ən çox uğurlara II Fridrix imza atdı (1740-1786). Fridrix Avstriya taxt-tacına VI Karlın qızı Mariya-Tereziyanın varisliyini tanıyacağı haqda əvvəllər söz verdiyi(1727-ci il) halda sonra bu tanınma müqabilində sənayecə inkişaf etmiş Sileziyanı tələb etdi. Mariya-Tereziyadan rədd cavabı aldıqdan sonra o Avstriya əleyhinə koalisiyaya saxil olub Sileziyanı zəbt etdi (Avstriya irsi uğrunda müharibə 1740-1748).

Habsburqlara qarşı ənənəvi siyasət yeridən Fransa Mariya-Tereziyanın çıxılmaz vəziyyətindən istifadə etmək qərarına gəldi. Fransa, İspaniya, Bavariya və Prussiya Avstriya mirasını bölməyə dair razılığa gəldilər. Fransızlar Almaniyada müharibə apararkən Prussiya kralı Mariya-Tereziya ilə gizli razılığa gəldi. II Fridrixin apardığı manevrlər (siyasi və hərbi) nəticəsində avstriyalıları Çaslav yaxınlığında darmadağın etdikdən sonra İngiltərənin yardımı ilə bütün Sileziyanı ələ keçirdi. II Fridrixin müttəfiqləri arxasında etdiyi fırıldaqlar Parisi çaşqın hala saldı. 1748-ci ildə bağlanmış Aaxen sülhü Sileziyanın II Fridrixə verildiyini təsdiqlədi. Hadisələrin belə gedişi Mariya-Tereziya üçün qəbuledilməz idi. O ingilis səfirinə nəyin bahasına olursa-olsun torpaqlarını geri qaytaracağını bildirdi. Artıq Mariya-Tereziya alman məsələsində Avstriyanın ən təhlükəli rəqibi məhz Prussiyanın olduğunu dərk edirdi. Mariya-Tereziya II Fridrixə qarşı Fransa və Rusiyanın daxil olduğu koalisiyanı yaratmağa nail oldu və Prussiyaya qarşı bu müharibə “Yeddillik müharibə” (1756-1763) adı ilə tarixə daxil oldu.
Qeyd: İspan irsi uğrunda müharibə Fransaya qarşı koalisiyaya Böyük Britaniya, Müqəddəs Roma imperiyası, Araqon, Portuqaliya və Savoyya daxil idi. Fransa tərəfindən: İspaniya və Bavariya

4.XVIII əsrdə,yəni inqilablardan sonra öz siyasi quruluşunu qəti formalaşdıran İngiltərə müstəmləkələrini və ticarətini genişləndirmək üçün məqsədyönlü siyasət yeridirdi. İngiltərənin adada yerləşməsi onu Avropadan ola biləcək hücumlardan qoruyurdu. Avropada siyasi kombinasiyalarla kifayətlənib bütün səylərini dənizlərdəki fəaliyyətinə yönəldirdi.

XVIII əsr -İngiltərə və Fransa arasında imperiya uğrunda gedən mübarizə dövrü – böyük İngiltərə (B.B) imperiyasını yaradan əsrdir. XVI əsr boyunca İngiltərə İspaniyanı qəti məğlubiyyətə uğradır, XVII əsrdə Hollandiyaya qalib gəlir. XVIII əsrdə Hollandiya artıq ticarət münasibətlərində İngiltərədən geri qalırdı. Lakin Avropanın digər böyük dövləti – XVII əsrdə Amerikada böyük ərazilər ələ keçirən və Hindistana sahiblənməyə çalışan Fransa mövcud idi. Fransızlar Antill adalarına da sahibləndilər. Əsrin ortalarında Fransa açıq-aydın İngiltərəyə hücum etməyə və dənizdə hegemonluğu ələ keçirməyə çalışırdı. Ölkə gəmiçiliyini dəstəkləmək məqsədilə fransız nazir Maşo(1745-1757) xarici gəmilərdən 1 tona görə alınan gömrükləri 5 livrə qədər artırdı. XVIII əsrin 50-ci illərin başlanğıcında Fransa səylə hərbi donanmasını yaradır və və silah-sursat arsenalını artırırdı. 1756-cı ildə fransız donanması İngiltərə donanmasına bərabər idi. Fransanın uğurları İngiltərə hakimiyyətini qıcıqlandırırdı. Fransaya qarşı barışmaz, mübarizə aparmaq tərəfdarı olan Böyük Uilyam Pitt zamanında dinc münasibətlər dövrü başa çatdı.

Hökmlü,sərt və qətiyyətli siyasətçi, İngiltərənin qüdrətini və dənizlər üzərində hakimiyyətini hər şeydən üstün tutan Pitt Fransanın öz kralının səhv siyasəti nəticəsində II Fridrixə qarşı Avstriya, Rusiya, İsveç və Saksoniya tərəfində Yeddillik müharibəyə cəlb olunmasından istifadə etdi. İngilis dənizçilərinin, tacirlərinin və müstəmləkəçilərinin əsl nümayəndəsi olan Pitt Fransanın müstəmləkə və dəniz qüdrətini dağıtmaq qərarına gəldi. O, II Fridrixə çox böyük subsidiya ayıraraq onu yaxından dəstəklədi. Eyni zamanda o fransız sahillərini mühasirəyə alıb, limanları bombalayır, gəmilər təmir olunan yerləri,tərsanələri dağıdırdı. Pitt əsas diqqətini müstəmləkələrə yönəltdi. Şimali Amerikadakı ingilis müstəmləkələrini silahlandıraraq onların köməyilə fransızlar tərəfindən tutulmuş torpaqların çoxunu zəbt etdi. 1763-cü ildə imzalanmış Paris sülhünə görə İngiltərə Missisipi çayından şərqdə olan bütün torpaqları və Kanadanı özünə birləşdirdi. İspaniya ona Floridanı güzəştə getdi. Bundan öncə isə Fransa ost-hind torpaqları ilə vidalaşmalı oldu.



İngiltərənin Hindistanda siyasəti XVII əsrdə böyük ölkə olan Hindistan Böyük Moğol imperiyası adı altında müsəlman sultanları tərəfindən birləşdirildi. XVIII əsrin əvvəllərində bu ölkə parçalandı və ölkə Avropa qəsbkarları üçün asan şikara çevrildi. Öncə burda üstünlük fransızlara(40-cı illərdə) məxsus olsa da, fransız hökumətinin fransız müstəmləkəçilərinə (Laburdone,Jan Düple,Lali) olan biganə münasibəti nəticəsində ingilislər tezliklə burada möhkəmləndilər. XIV Lüdoviq hökumətinin səriştəsiz siyasəti nəticəsində Fransa Hindistandan sıxışdırılıb çıxarıldı. İngiltərənin Ost-hind şirkəti hökumətdən hərtərəfli dəstək alaraq fəaliyyətini davam etdirirdi. İngilislər Hindistanın Bombey, Mədrəs, Kəlküttə kimi iri ticarət məntəqələrini ələ keçirdilər.


Yüklə 108 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə