Mövzu: XVIII əsrin I yarısında irsi müharibələr



Yüklə 108 Kb.
səhifə6/6
tarix17.01.2022
ölçüsü108 Kb.
#82938
1   2   3   4   5   6
Muhazire 2- XVIII əsrdə beynəlxalq münasibətlər

5.XVIII əsrdən I Pyotra 2 mürəkkəb problem: türk və isveç problemi miras qalmışdı. Hər iki problemin həlli dənizə - Qara dəniz və Baltik dənizinə çıxışla bağlı idi. Pyotrun çarlığının ilk illəri bütünlüklə Qara dəniz probleminin həllinə yönəlmişdi. Bu dövrə qədər Qara dəniz Türkiyənin daxili dənizi idi və digərləri üçün toxunulmaz hesab edilirdi. Sofiya dövründən Pyotra Avstriya, Venesiya və Reç Pospolitanın daxil olduğu antitürk alyansı keçmişdi və o bu müharibəni davam etdirdi. Azovun ələ keçirilməsi və Taqanroqun salınması Rusiya Azov dənizində ağalığını təmin etdi. Lakin Qara dənizə çıxışı olan Kerç boğazı türklərin əlində idi. Uğurlarından məmnun qalan Rusiyanın müttəfiqləri sülh bağlamağa çalışırdılar.

Qara dənizə çıxış üçün beynəxalq vəziyyət uyğun olmadığını görən Pyotr İsveçə qarşı köhnə “şimal ittifaqı” planını həyata keçirməyə, Pribaltikanı zəbt etməyə çalışdı.

Bunun üçün məqam uyğun idi. Liflyand avanturisti Patkul iştirakı ilə İsveçə qarşı Baltikyanı ölkələr – Danimarka, Reç Pospolita və Brandenburqdan (Prussiya) ibarət koalisiya təşkil olundu. Bu koalisiyaya Rusiyanı da cəlb etmək niyyətində idilər. 1698-ci il avqustun 3-də Ravda İsveçə qarşı birgə çıxış etmək üçün polşa kralı və Sakson kürfürüstü II Avqustla razılaşma bağladılar. 1697-də Pyotr bu məsələ ilə bağlı Brandenburq kürfürüstü Fridrixlə razılığa gəlmişdi. 1699-cu ildə Moskvada Peç Pospolita ilə İsveçə qarşı yönəlmiş gizli müqavilə imzalandı: eyni zamanda isveçlilərin şübhələrini yox etmək üçün Kardiss müqaviləsini təsdiqlədi (Xaç üzərində and içməkdən imtina etməklə).

Beləliklə, Rusiya, Reç Pospolita və Danimarkanın daxil olduğu üçlü ittifaq belə yarandı. Brandenburq müharibədə iştirak etməkdən imtina etdi.

Pyotr cənubda apardığı müharibəni başa çatdırmağa tələsib diqqətini şimala yönəltməyə çalışdı.1700-cü il avqustun 9-da İsveçə müharibə elan olundu. Müttəfiqlərdən biri – Danimarka Tranvendalda separat sülh bağlamağa məcbur olub müharibən çıxdı. XII Karlın Polşanı tutması Pyotrun digər müttəfiqi II Avqustun müharibədən çıxması demək idi. II Avqustun əvəzinə Polşa taxt-tacına İsveç kralının əlaltısı Stanislav Leşinski gəldi. Pyotr müttəfiq axtararaq Holland ştatlarına, XIV Lüdoviqə və İngiltərəyə müraciət etdi. Müharibənin həlledici anında Pyotr diplomatik kompaniyanı genişləndirdi.

Poltava döyüşü siyasi vəziyyəti tamamilə dəyişdi. Rusiyanın İsveçlə apardığı müharibə ümumavropa müharibəsinə çevrildi. Dağılmaqda olan dövlətin mirasından hamı öz payını almağa çalışırdı. Bununla yanaşı, Avropada tarazlıq prinsipini qorumaq haqda məsələ kəskin olaraq qoyuldu. Polşada II Avqustun hakimiyyəti bərpa edildi. Danimarka yenidən İsveç əleyhinə koalisiyaya qoşuldu, 1714-cü ildə Prussiya (Brandenburq) müharibəyə qoşuldu. Hannover ilə neytrallığına təminat verən müqavilə imzalandı. İngiltərə və Hollandiya onların ticarəti üçün təhlükə yaradacaq Rusiyanın Pribaltikada güclənməsinə yol verməməyə çalışırdılar.

Hər iki dövlət diplomatik intriqa yolu ilə anti-isveç koalisiyasının genişlənməsinin qarşısını almağa çalışırdılar. İspan irsi uğrunda müharibəyə başı qarışan Fransa Şimali Avropanın işlərində aktiv iştirak edə bilmirdi. Bununla belə İsveçin darmadağın olmasına, Rusiya və Reç Pospolita təsirinin güclənməsinə yol verməmək üçün Osmanlı dövlətinin Rusiyaya qarşı çıxmasını istəyirdi. Avropada türklərə qarşı müttəfiq tapmaq yolunda edilmiş uğursuz cəhdlərdən sonra Pyotr Türkiyə imperiyasının xristian əhalisi arasında təbliğata başladı və sulatanın xristian vassalları ilə müqavilə bağladı (moldov və valax rəhbərləri ilə).

Almaniya ərazisində aparılan Şimal müharibəsi daha geniş miqyas aldı. Rus ordusunun Pomeraniyaya çıxışı İngiltərədə həyacanı artırdı. Siyasi pamfletlərdə XII Karla qarşı öhdəliklərini yerinə yetirməyin hökumətin siyasəti kəskin tənqid olunmağa başladı. Rəsmi olaraq Pyotra bildirildi ki, İngiltərə İsveçin darmadağın olunmasına imkan verməyəcək. İngiltərə ilə gərgin münasibətlər halında Pyotr İngiltərəyə düşmən olan Fransa ilə ittifaq bağlamağa çalışdı. Bunun üçün o, Parisə gəldi (1717). Görüşün nəticəsi olaraq Rusiya Fransa və Prussiya arasında Amsterdam müqaviləsi bağlandı. Bu müqaviləni imzalayan ölkələr Şimal müharibəsini dayandırmağı və müqaviləni qorumağa dair üzərinə öhdəliklər götürdü. 1718-ci ildə Atland adalarında rus və isveç səlahiyyətlilərinin sülh konqresi açıldı. Lakin XII Karlın ölümü ilə danışıqlar prosesi pozuldu və müharibə davam etdirildi.

Bu dəfə İngiltərə Alman ərazilərində Rusiyanın irəliləməsini dayandırmaq yolunda daha aktiv siyasət yeritdi.

1720-ci ildə İngiltərə diplomatiyasının təzyiqi altında Danimarka əldə etdiklərindən imtina edərək İsveçlə yenidən separat sülh imzaladı. Prussiya İsveçlə barışdı. Rusiyaya qarşı müdafiə ittifaqı bağlandı.

1718-ci ildə rus diplomatları İngiltərədə Hannover sülalələrinin devrilməsi və Stüartların bərpa edilməsi ilə bağlı ispan hökuməti ilə danışıqlar apardı. Belə halda İngiltərə açıq olaraq İsveçin tərəfində çıxış edərək onunla ittifaq bağladı. İngilis donanması 1720 və 1721-ci illərdə İsveç sahillərini rus desantlarından qorumaq üçün Baltik dənizinə çıxarıldı. Təklif edilmiş vasitəçilik xidmətlərindən Fransa vasitəçilik xidməti qəbul edildi (ingilis kralı Vyana sarayı vasitətilə xidməti təklif etmişdilər).

1721-ci ildə imzalanmış Niştdadt sülhü Liflyandiya, Estlandiya, İnqermanlandiya və Vıborqla birgə Finlandiyanın bir hissəsinin Rusiyaya birləşdirilməsi tanındı.

Beləliklə, Pribaltika uğrunda yarıməsrlik mübarizə Rusiyanın xeyrinə başa çatdı. Pribaltikanı əldə etməklə Rusiya şimal qonşuları üzərində öz üstünlüyünü təmin etdi.

Rusiyanın İsveç üzərində qələbəsi nəticəsində o Avropa dövlətlərinin “konsertində” ön yerlərdən birini tutdu. Pyotr şərqdə Hindistana tranzit yol alan Orta Asiyaya böyük maraq göstərirdi.

1721-ci ilin dekabrında Pyotr yeni vəzifəni yerinə yetirməyə - İranla müharibəyə başladı. Türkiyədə olduğu kimi burada da o şahın xristian tələbələrinə bel bağlayırdı.

Kartli (gürcü çarı) Vaxtanq Rusiya tərəfinə keçdi. Eyni zamanda erməni katalikosu erməni xalqı adından Pyotra müraciət edərək farslara qarşı yardım istədi. Rus orduları Dərbənd, Bakı, ətraf ərazilərlə Gilan əyalətini, Mazandaran və Astraabadı ələ keçirdi.

Xəzərsahili ölkələrdə Rusiyanın möhkəmlənməsi Türkiyə ilə münasibətləri mürəkkəbləşdirdi. Türkiyə öz qoşunlarını Cənubi Qafqaza yeritdi və Kartli çarlığı sultanın aliliyini tanıdı. 1724-cü ildə Rusiya, İran və Türkiyə arasında sərhəd bölgüsü ilə Rusiya işğal etdiyi torpaqların əksəriyyətini özündə saxladı.

I Pyotrun xarici siyasətinin nəticələri belə oldu: 1721-ci il oktyabrın 22-də Pyotr imperator elan edildi. Pyotrun sağlığında yalnız Hollandiya və İsveç rəsmi olaraq titulu tanıdı. Qeyd: 1724-cü il 10 noyabr tarixli əlahəzrət fərmanı

XVII əsrdə Rusiya qarşısında duran 3 vəzifədən biri – İsveç məsələsi I Pyotr dövründə həll edildi, digər ikisi – Polşa və türk məsələsi həll olunmamış qalaraq XVIII əsr boyunca rus xarici siyasətinin əsas məsələləri olaraq qaldı.

I Pyotrun hakimiyyətinin sonunda Qərbi Avropa iki bir-birinə zidd dövlətlər qrupuna bölünmüşdü: Fransa, İngiltərə və Prussiya, 1725-ci ilin payızında İspaniya və Avstriyaya qarşı yönəmiş müqavilə imzalamışdılar. Rusiyanın Pribalitikadakı ağalığı İngiltərəni ciddi narahat edir, hər iki ölkə arasında münasibətləri gərginləşdirirdi. 1726-cı ilin mayında ingilis eskadrası Baltik dənizində göründü. Belə şəraitdə Rusiya diplomatiyası Avstriyaya tərəf yönələrək (Türkiyəyə qarşı Rusiyanın yeganə müttəfiqi Avstriya idi) 1726-cı ilin avqustunda Avstriya ilə müdafiə ittifaqı bağladı. Bu dövrdə Fransanın vəzifəsi Rusiya ətrafında İsveç, Polşa və Türkiyədən ibarət ona düşmən ölkələrin əhatəsini yaratmaq idi. Bu iki qruplaşmanın ilk toqquşması Polşada baş verdi. Burada Rusiyaya qarşı İsveç və Fransa iştirak edirdi. Polşa taxt-tacında rus qoşunlarının dəstəyi ilə III Avqust sahibləndi. Bu dövrdə Anna İvanovna hökuməti I Pyotr zamanı ələ keçirilmiş İran torpaqlarını qaytarmaq bahasına Nadir şahla “əbədi sülh” imzaladı.

1735-ci ildə Rusiya ilə Avstriya, Türkiyə və Krıma qarşı müharibəyə girdi. Bu müharibə 1739-cu ildə Fransanın vasitəçiliyi ilə Rusiya üçün mənasız Belqrad sülhünün imzalanması ilə başa çatdı. İngilis-fransız müttəfqi sistemi ilə digər toqquşma Pribaltikada 1741-ci ildə İsveçin Rusiyaya qarşı çıxması ilə baş verdi. Müharibə Abosk sülhünün imzalanmasl ilə nəticələndi.

XVIII əsrin 40-cı illərinin ortalarında Rusiya bir tərəfdən Avstriya və İngiltərə, digər tərəfdən Fransa ilə Prussiya arasında müharibəyə cəlb edildi. Rus diplomatiyası antiprussiya siyasəti yeridən kansler A.P.Bestujev-Ryumin qətiyyəti nəticəsində Avstriya ilə müttəfiqliyə üstünlük verib 1746-cı ildə Avstriya ilə müdafiə ittifaqını təzələdi.



1747-ci ildə İngiltərə ilə Rusiya arasında “subsidiya konvensiyası” imzalandı. Bu konvensiyaya görə müəyyən olunmuş pul subsidiyası müqabilində rus-ingilis kral evinin (Hannover sülaləsi(Stüartları devirən sülalə) hakim sülalə) torpaqlarını qorumaq üçün hərbi korpus çıxarmağı öhdəsinə götürürdü. 1750-ci ildə İngiltərə Avstriya-Rusiya ittifaqına qoşularaq, 1755-ci ildə daha geniş şərtlərlə yeni “subsidiya konvensiyası” imzalandı (Rusiya ilə).


Yüklə 108 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə