Mövzu8 Qiymətli kağızlar bazarı Plan 1


Fond birjası və birladan kənar qiymətli kağızlar



Yüklə 83,4 Kb.
səhifə5/8
tarix31.12.2021
ölçüsü83,4 Kb.
#82255
1   2   3   4   5   6   7   8
Mövzu 8

3. Fond birjası və birladan kənar qiymətli kağızlar

"Birja"- latınca bursa sözündən olub, pul kisəsi deməkdir. İlk birja 1406-cı ildə Brugge şəhərində (indiki Belçikada yerləşir) Van Der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaradılmışdır. Sonralar 1460-cı ildə Antverpendə, 1462-ci ildə Lionda, 1530-cu ildə Amsterdamda, 1556-cı ildə Londonda, 1564-cü ildə Hamburqda və digər şəhərlərdə birjalar yaradılmışdır.

Azərbaycanda ilk birja XIX əsrin axırlarında, neftçıxarma sənayesinin inkişaf etdiyi bir dövrdə yaradılmışdır. Belə ki, 1886-cı il iyun ayının 18-də ilk Bakı Birjasının nizamnaməsi qəbul edilmiş, noyab ayının 2 - də isə Bakı şəhər Dumasının Aleksandriyski salonunda neft sənayeçibrinin, gəmi və zavod sahibbrinin birinci birja yığıncağı keçirilmişdir. Bakı Birjasında müxtəlif şirkətlərin səhmləri kotirovkalanır, əsasən neft və neft məhsullarının dünya qiymətləri müəyyən edilirdi.

Fond birjaları ilk vaxtlar əmtəə birjalarının fondbölmələri kimi fəaliyyət göstərmişdi. Burada pul öhdəliklərj alınib satılırdı. Qiymətli kağızların tədavülünün genişlənməsi müstəqil fond birjalarının yaranmasına və inkişafına səbəb olmuşdu. İlk müstəqil fond birjası 1611-ci ildl Amsterdamda yaradılmışdır. Hazırda dünyada 150-dən çox birja fəaliyyət göstərir.

Birja yekcins əmtəələrin topdansatış bazarıdır. Nər hansı bir məhsulun yekcinsliyi onun birjada satılan mallara (əmtəələrə) aid edilməsinin mühüm şərtidir. Birja əmtəələrinə keyfiyyətcə yekcins olan, müqayisə oluna bilən və dəstlərinin qarşılıqlı əvəzedilməsi mümkün olan standart, kütləvi istehsal malları aid edilir.Birjada əmtəələrin iri partiyalarla alqı-satqı sövdələri bağlanır.Birjada satılan əmtəələrdən asılı olaraq onun aşağıdakı növləri fəaliyyət göstərir:əmtəə birjası, fond birjası, valyuta birjası, əmək birjası və s

Birjalar universal və ixtisaslaşmış birjalardan ibarətdir.Universal birjalarda müxtəlif əmtəələrin, ixtisaslaşdırılmış birjalarda isə müəyyən növ əmtəələrin alqı-satqısı həyata keçirilir.

Birjalar müasir dövrdə iqtisadiyyatın əsas tənzimləyicisinə çevrilmişdir. Məhz birjalar vasitəsi ilə valyuta məzənnələri, qızılın və digər əmtəələrin qiymətləri, səhmlərin məzənnələri, ayrı-ayrı sahələrin gəlirliyi və s. müəyyən edilir.

Fond birjasının rolu və əhəmiyyəti onun yerinə yetirdiyi funksiya və vəzifələrdən daha aydın görünür. Fond birjası aşağıdakı funksiyaları yerinə yetirir:



  1. Birja pul vəsaitlərini səfərbər edir və onun qiymətli kağızların köməyilə uzunmüddətli kapital qoyuluşlarına yönəldilməsinə şərait yaradır;

  1. Fond birjası qiymətli kağızların likvidliyini müəyyənedir;

  1. Birjada tədavül edən qiymətli kağızların qiymətləndirilməsi, qeydiyyatdan keçirilməsi və məzənnə bulletenlərində dərc edilməsi həyata keçirilir. Birjada formalaşan məzənnələr kapital qoyuluşlarının mənfəətliyinin müəyyən edilməsində və əsas kapitalın dəyərinin qiymətləndirilməsində əsas rol oynayır;

  2. Yenidənbölgü funksiyası;

  1. Birja nəzarət səhm paketlərinin formalaşdırılması yolu ilə kapitalın mərkəzləşdirilməsinə şərait yaradır;

Fond birjası aşağıdakı vəzifələri yerinə yetirir.

  1. Fond birjası ticarət salonunda əqdlərin bağlanması və əqdlər üzrə hesablaşmaların və uçotun aparılması qaydasını, habelə fond birjasınınfəaliyyətilə əlaqədar olan müxtəlif qaydaları və sənədləri işləyib hazırlayır və təsdiq edir;

  2. Fond birjası birja üzvlərinin əqdlərin bağlanması zamanı aldıqları haqdan birjaya ayırmaların həcmini, birja tərəfindən göstərilən xidmətlərə görə birja üzvlərinin verdikləri qəbul və üzvlük haqlarının həcmini, birjanın nizamnaməsinin, ticarət qaydalarının və digər tələblərinin pozulmasına görə tutulan cərimələrin həcmini müəyyən edir;

  3. Fond birjası tədavülə buraxılmış qiymətli kağızların siyahıya daxil edilməsi (listinq) və siyahıdan çıxarılması (delistinq) qaydasını müəyyən edir;

  1. Fond birjası birja üzvlərinə əqdlərin aparıldığı yer və vaxt haqqında, birjada tədavülə buraxılmış qiymətli kağızların siyahısı və qiymətləri haqqında (kotirovkası), ticarət sessiyasının nəticələri haqqında məlumat vermək yolu ilə aparılan ticarətin aşkarlığını və şəffaflığını təmin edir.

Fond birjasında qiymətli kağızların alqı- satqısı, listinq (satışa buraxmaq) və delistinqi (satışdan çıxarmaq), müqavilələrin bağlanması, qiymətləndirilməsi, girov, hesablaşma, klirinq, konsaltinq, qiymətli kağızların saxlanması və s. əməliyyatlar həyata keçirilir.

Birjalar inkişaf səviyyəsinə və birjada bağlanan əqdlərin həcminə görə aşağıdakı qruplara ayrılır:

1. Super birjalar - Nyu-York, Tokio, London birjası.
Dünyada qiymətli kağızlarla aparılan əməliyyatların 60%-i
bu birjalarm payma düşür.

2. Böyük birjalar - Honkonq, Paris, Milan və


Frankfurt birjaları.

3. Orta birjalar - ABŞ -da Boston, Filadelfiya, Avro-


pada Madrid, Barselona, Brussel, Kopenhagen, Uzaq Şərq
ölkələrində Suel, Tayvan, Sidney, Bombey, Latm Amerikası
ölkələrində -Buenos Ayres, Toronto, Monreal və s.

Dünya maliyyə bazarının 90%-э qədəri üç regionda -ABŞ (Nyu-York və Çikaqo), Yaponiya (Tokio) və Avro-pada (London, Frankfurt) cəmləşmişdir.

Nyu-York fond birjası. ABŞ - in və dünyanın ən böyük fond birjası olan Nyu-York fond birjasının əsası hələ 1792-ci ildə 24 kommersant arasında bağlanmış broker müqaviləsi əsasında qoyulmuşdur. Ilk vaxtlar o, müxtəlif adlarla fəaliyyət göstərmiş və yalnız 1972-ci ildə indiki adını almışdır. ABŞ -da səhmlərlə aparılan əməliyyatların 75%-i bu birjanın payına düşür və investorların 70%-i bu birjada qeydiyyatdan keçən səhmləri alır.

Birjanın 1366 üzvü var. Nyu-York birjasında 1600-ə yaxın səhm və 3700-dən çox istiqraz üzrə əməliyyatlar aparılır. Bunların ümumi bazar dəyəri 3,1 trilyon dollardır.

Tokio fond birjası. Bu birjanın əsası 1878-ci ildə qoyulmuşdur. Ölkənin birja dövriyyəsinin 80%-i bu birjanın payına düşür. Yaponiyada fərdi sahibkarlar birjada dövr edən qiymətli kağızların yalnız 20%-ə qədərinə sahiblik edirlər. Qalan 80%-i şirkətlərə və maliyyə qurumlarına məxsusdur.

London fond birjası. Bu birjanın əsası 1773-cü ildə qoyulmuşdur. Birjada 2500-dən çox şirkətin səhmləri qiymətləndirilir. Bundan 500-ü xarici şirkətdir. Bu göstəriciyə görə London fond birjası Cenevrə və Frankfurt fond birjalarından sonra dünyada üçüncü yeri tutur.

Paris fond birjası. Bu birjanın əsası 1724-cü ildə qoyulmuşdur. Fransanın 63 min nəhəng şirkətinin 1500-nün qiymətli kağızlan bu birjada qeydiyyata alınır.

Frankfurt fond birjası. Bu birja Almanıyanın ən böyük, dünyanın isə dördüncü fond birjasıdır. Almaniyanın səhm və istiqrazlar üzrə birja dövriyyəsinin 3/4-ü Frankfurt birjasının payına düşür. Burada 800-dən çox şirkətin səhmləri, 3800-dən çox fırmanın opsion sertifikatları və 7500-ə qədər istiqrazlarla əməliyyatlar aparılır.

Bakı fond birjası. Azərbaycanda qiymətli kağızlar bazarının yaradılması və inkişafı ölkəmizdə həyata keçirilən özəlləşdirmə ilə six surətdə əlaqədardır.

Qiymətli kağızların alqı-satqısını həyata keçirmək üçün 1996-cı ildə Bakı banklararası valyuta birjasının nəzdində fond şöbəsi yaradılmışdır. 15 fevral 2000-ci ildən etibarən isə müstəqil olaraq Bakı fond birjası fəaliyyət göstərir. Bakı fond birjası qapalı tipli səhmdar cəmiyyəti formasında yaradılmışdır. Hazırda birjanın 20 səhmdarı və 18 üzvü var.




Yüklə 83,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə