Mövzu8 Qiymətli kağızlar bazarı Plan 1


Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi



Yüklə 83,4 Kb.
səhifə8/8
tarix31.12.2021
ölçüsü83,4 Kb.
#82255
1   2   3   4   5   6   7   8
Mövzu 8

4.Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi

Qiymətli kağızlar bazarı maliyyə-kredit sisteminin mühüm tərkib hissəsi kimi dövlət tərəfindən tənzimlənir. Qiymətli kağızlar bazarının dövlət tənzimləməsinin əsas məqsədi investorların marağını emitent və vasitəçilərin qanunsuz hərəkətlərindən qorumaqdır.

Qiymətli kağızlar bazarının tənzimlənməsi iki istiqamətdə həyata keçirilir:

1 .Emitentlərin və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyətini nizamlaşdıran qaydaların işlənib hazırlanması, yəni qiymətli kağızlar bazarının dövləttənzimlənməsi;

2. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarınınkönüllü birliyi;

Azərbaycan Respublikasında Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsini Azərbaycan Respublikasının Qiymətli kağızlar üzrə Dövlət komitəsi həyata keçirir. Bu Komitə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999 - cu il tarixli "Azərbaycan Respublikasının Qiymətli kağızlar üzrə Dövlət komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərmanına uyğun olaraq həyata keçirir. Komitə Qiymətli kağızlar bazarında dövlət siyasətinin işlənib hazırlanması ilə yanaşı bazar iştirakçılarının, emitentlərinin və fond birjalarının fəaliyyəti üzərində nəzarəti də həyata keçirir.

Qiymətli kağızlar üzrə Dövlət komitəsi aşağıdakı vəzifələri yerinə yetirir:

1. Qiymətli kağızlarla fəaliyyət sahəsində, о cümlədən


qiymətli kağızlar bazarında dövlət siyasətinin işlənib
hazırlanması və onun həyata keçirilməsi, dövlət idarəetməsi
və nəzarətinin təmin edilməsi;

2. Qiymətli kağızlar bazarının təşkili və inkişaf


etdirilməsi, əlverişli investisiya mühitinin yaradılması;

3. Qiymətli kağızlar bazarında emitentlərin, peşəkai


iştirakçıların və fond bazarının fəaliyyəti üzərində nəzarətin
təmin edilmısi;

4. Qiymətli kağızlar bazarında sağlam rəqab.ıi


mühitinin yaradılması;

5. Qiymətli kağızlar bazarı iştirakçılarının, о cümlədən


investorların, səhmdarların və digər qiymətli kağız
sahiblərinin mühafizəsinin təmin edilməsi;

Qiymətli kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçılarına və Fond birjalarına lisenziya verir.

Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarına lisenziya verilməklə yanaşı qiymətli kağızlarla məşğul olan işçilərin attestasiyası da həyata keçirilir.

Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyəti dövlət tənzimlənməsi ilə yanaşı öz-özünü tənzimləyən təşkilatlar tərəfındən də həyata keçirilir.



Təşkilatın əldə etdiyi gəlirlər yalnız nizämnamədə nəzərdə tutulan vəzifələrin həyata keçirilməsinə sərf edilir və üzvlər arasında bölüşdürülmür.



Yüklə 83,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə