Mövzu8 Qiymətli kağızlar bazarı Plan 1



Yüklə 83,4 Kb.
səhifə3/8
tarix31.12.2021
ölçüsü83,4 Kb.
#82255
1   2   3   4   5   6   7   8
Mövzu 8

lkin bazar. Bu bazarda yeni buraxılmış qiymətli kağızların satışı baş verir. İlk dəfə buraxılmış səhmlərin və istiqrazların satışı nəticəsində onları buraxan lazım olan miqdarda maliyyə vəsaiti əldə edir, qiymətli kağız isə onu ilkin alanın əlinə keçir və onu yenidən başqasına satmaq hüququ qazanır.

Qiymətli kağızları buraxan hüquqi şəxs emitent, qiymətli kağızı əldə edən şəxs isə investor adlanır. Fond bazarında qiymətli kağızların əsas alıcıları hüquqi şəxslərdir, ilk növbədə banklar, sığorta təşkilatları, investisiya və pensiya fondlarıdır.



Törəmə bazar. Qiymətli kağızların sonrakı alqı-satqısı nəticəsində ikinci bazar yaranır. Bunun sayəsində maliyyə resursları sonrakı investorlar arasında yenidən bölüşdürülür. İkinci bazar olmadan çoxsaylı yeni layihələr maliyyə mənbəyindən məhrum olardı.

Törəmə bazarın quruluşunda qiymətli kağızların birjada dövriyyəsinin xüsusi yeri vardır. Birja bazarı Fond birjası adlanır və qiymətli kağızların satışının mütəşəkkil bazarıdır. Fond birjalarına ancaq birja qaydalarına uyğun gələn kompaniyalar buraxılır. Birjada alınıb-satılan qiymətli kağız daha üstün hesab olunur.

Gənc və maliyyə cəhətdən zəif olan şirkətlərin qiymətli kağızları birjadan kənar bazarlarda dövr edir.

Fond bazarının iki növü vardır:sport və müddətli bazar.

Sport bazarında nağd sövdələşmələr aparılır və qiymətli kağızların haqqı alqı-satqısı vaxtı ödənilir.

Müddətli bazarda vaxtı göstərilməklə sövdələşmələr aparılır və müqavilə bağlanır. Burada gələcəkdə ödənilməsi zəruri olan öhdəlikləri və onun müddəti göstərir.

Fond barjalarını dövlət və xüsusi kompаniyalar yarada bilər. Dövlətin qiymətli kağızlar bazarında ancaq dövlətin buraxdığı qiymətli kağızlar satılır və dövlətin ehtiyaclarını (büdcə kəsiri) ödəmək üçün lazimi vəsait toplanır. Bu bazarda əməliyyatlar aparmaqla Mərkəzi Bank pul tədavülünü tənzimləyir. Qeyri-dövlət qiymətli kağızlar bazarı isə özəl bölməyə xidmət edir və onların maliyyə ehtiyaclarının ödənilməsində yardımçı rol oynayır.

Qiymətli kağızlar bazarının ümumi vəziyyəti fond indeksi vasitəsi ilə qiymətləndirlir. O dünyanın iri birjalarında səhmlərin kursunun dəyişməsinin qeydiyyatını aparır. İnformasiya vasitələrində fond indeksi dərc olunur.

Bazar iqtisadiyyatı şəraitində sərbəst pul vəsaitlərinin hərəkəti, onların alqı-satqısı maliyyə bazarınm köməyib həyata keçirilir. Maliyyə bazarının mühüm tərkib hissəsi olan qiymətli kağızlar bazannın əsas məqsədi sərbəst maliyyə resurslarmı səfərbər etmək və onlann yenidən bölgüsünü təmin etməkdən ibarətdir.

Qiymətli kağızlar bazarı digər bazarlar kimi mürəkkəb təşkilati -iqtisadi bir sistem fofmasında fəaliyyət göstərir. Burada bir tərəfdən qiymətli kağızları buraxan emitentbr(dövbt,bəbdiyyəbr və hüquqi şəxsbr), digər tərəfdən isə qiymətli kağızları alan investorlar (dövbt,bəbdiyyəbr, hüquqi və fiziki şəxslər) və qiymətli kağızların tədavülünə və müxtolif fond əməliyyatlarınm həyata keçirilməsinə yardım edən vasitəçibr fəaliyyət göstərir.

Qiymətli kağızlar bazarı bir sıra funksiyaları yerinə yetirir:


  1. Yenidənbölgü funksiyası;

  2. Maliyyə riskbrinin sığortalanması funksiyası;

  3. Tənzimləmə funksiyası;

  4. Uçot funksiyası;

  5. İnformasiya funksiyası;

  6. Nəzarət funks iyası;

  7. Tələblə təklifin tarazlaşdırılması funksiyası;

  8. Həvəsləndirmə funksıyası;

  9. Kommersiya funksiyası və s;

Qiyməlli kağızlar bazarı milli, beynəlxalq vəregionalbazarlara ayrılır. Bundan başqa qiymətli kağızların alqı-satqısmm təşkili qaydasından asılı olaraq qiymətli kağızlar bazarı ilkin və təkrar, mütəşəkkil və qeyri-mütəşəkkil, pul və kapital bazarlarma ayrılır.


Yüklə 83,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə