Mövzunun adı


Akademik sosial şəbəkələrə daxildir



Yüklə 2,16 Mb.
səhifə4/13
tarix03.02.2023
ölçüsü2,16 Mb.
#100058
1   2   3   4   5   6   7   8   9   ...   13
UNEC 1670284595.pptx

Akademik sosial şəbəkələrə daxildir:

  • Akademik sosial şəbəkələrə daxildir:
  • “ResearchGate” (https://www.researchgate.net)
  • Linkedin (https://www.linkedin.com)
  • “Academia.edu” (academia.edu),
  • Google scholar
  • Methodspace
  • Inomics
  • NewEngineer.com
  • Mendeley

Alimlərin akademik sosial şəbəkələrdən istifadəsini zəruri edən əsas səbəblər: 1. Elm adamları həmkarlarının nailiyyətlərindən xəbərdar olur, uğurlarını bölüşür– bir sözlə, elmi ictimaiyyətin bir üzvü olduqlarını hiss edirlər. 2. Açıq və qlobal elm ideyasının təcəssümü olaraq, akademik şəbəkələr müxtəlif coğrafi uzaqlıqla olan tədqiqatçıları bir araya gətirir. 3. Elm adamlarına layihələrini və nəşrlərini elan etməyə, tam mətnləri açıq girişdə yerləşdirməyə və fikir mübadiləsi aparmağa imkan verir. 4. Bu şəbəkələrdən səmərəli istifadə edərək elmi fəaliyyətlərini geniş platformada nümayiş etdirmək fürsətinə əlavə olaraq, alimlər və tədqiqatçılar dünyanın digər ucundakı bir tədqiqatçı ilə əməkdaşlıq etmək və ya müxtəlif meyarlara görə yaradılan reytinqlər vasitəsilə özünün və qurumunun səviyyəsini izləmək imkanına malik olurlar. 5. Akademik sosial şəbəkələr alimlərin öz istinadlarını hesablamasında, istinadların sayının artırılmasında, həmçinin elmi-analitik məlumatların ötürülməsi və informasiya mübadiləsinin aparılmasında xüsusi əhəmiyyət kəsb edir. 6. Alimlərin elmi əsərlərinin dünya elmi ictimaiyyəti arasında yayılmasında və elmin populyarlaşdırılmasında akademik sosial şəbəkələrin mühüm rolu var. 7. Beynəlxalq miqyasda ölkənin və elmi müəssisələrin elmi reytinqinin artmasını təmin etməkdir.

ResearchGate Dr. İjad Madiş, Horst Fickenş və Dr. Sören Hofmayer tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu şəbəkənin yaradılmasında əsas məqsəd dünyada aparılan elmi tədqiqatların, tədqiqatçıların vahid şəbəkəsini formalaşdırmaq və onların əlçatanlığını təmin etməkdir. Hazırda bu şəbəkənin istifadəçilərinin ümumi sayı 17 milyon nəfərdən çoxdur.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə