Mövzunun adı



Yüklə 2,16 Mb.
səhifə5/13
tarix03.02.2023
ölçüsü2,16 Mb.
#100058
1   2   3   4   5   6   7   8   9   ...   13
UNEC 1670284595.pptx

ResearchGate Dr. İjad Madiş, Horst Fickenş və Dr. Sören Hofmayer tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu şəbəkənin yaradılmasında əsas məqsəd dünyada aparılan elmi tədqiqatların, tədqiqatçıların vahid şəbəkəsini formalaşdırmaq və onların əlçatanlığını təmin etməkdir. Hazırda bu şəbəkənin istifadəçilərinin ümumi sayı 17 milyon nəfərdən çoxdur.

ResearchGate akademik sosial şəbəkəsinə aşağıdakı xidmətlər daxildir:

  •  1. Nəşr olunmuş əsərlərin paylaşılması (ictimailəşdirilməsi).
  •  2. Statistik məlumatlar – elmi nəşrlərin oxunma sayı, istinadlar və s.
  •  3. İş axtarmaq imkanı – elmi istiqamətlərə və qabiliyyətlərə uyğun işlərin elan olunması və tapılması.
  •  4. Əməkdaşlıq və birgə fəaliyyət üçün əlaqələrin qurulması.
  •  5. Sual-cavab.

Son illərdə UNEC əməkdaşları bu şəbəkədə rahatlıqla profil yarada bilirlər. "Unec.edu.az" saytı vasitəsilə UNEC əməkdaşları ResearchGate portalındakı qeydiyyatını rahatlıqla həyata keçirə bilirlər. Bu portalda digər elmi müəssisələrin əməkdaşları da fəal istifadəçidilər. Məsələn, 2019-cu ilin əvvəlində ResearchGate portalında AMEA-nın 280-nə yaxın əməkdaşı qeydiyyatdan keçmişdir. Ümumilikdə bu bazaya AMEA əməkdaşları tərəfindən 1.070-ə yaxın elmi əsər yerləşdirilmişdir.

  • Son illərdə UNEC əməkdaşları bu şəbəkədə rahatlıqla profil yarada bilirlər. "Unec.edu.az" saytı vasitəsilə UNEC əməkdaşları ResearchGate portalındakı qeydiyyatını rahatlıqla həyata keçirə bilirlər. Bu portalda digər elmi müəssisələrin əməkdaşları da fəal istifadəçidilər. Məsələn, 2019-cu ilin əvvəlində ResearchGate portalında AMEA-nın 280-nə yaxın əməkdaşı qeydiyyatdan keçmişdir. Ümumilikdə bu bazaya AMEA əməkdaşları tərəfindən 1.070-ə yaxın elmi əsər yerləşdirilmişdir.
  • Bu portaldakı elmi müəssisələrin əməkdaşlarının istifadəçi sayı universitetin emaili vasitəsilə qeydiyyatdan keçənlərin siyahısına əsaslanır. Bu baxımdan tədqiqatçılar məhz akademik email vasitəsilə bu sosial şəbəkələrdən qeydiyyatdan keçməlidir. Bu, elmi müəssisələrin elmi reytinqinin yüksəlməsi üçün çox vacibdir. Məlumat üçün qeyd edək ki, Azərbaycandan bu bazaya daxil olan elmi əsərlərə ən çox baxış Azərbaycan, Rusiya, Türkiyə və Amerika istifadəçiləri tərəfindən olmuşdur .
  • Alimlərin reytinqi onların əsərlərinin oxunma sayı və onlara edilən istinadlarla ölçülür ki, bu da ResearchGate portalında avtomatik hesablanır və analitik təhlil edilir.
  • ResearchGate tədqiqatçı alimlərə özlərinin şəxsi reputasiyasını ölçmək üçün imkan yaradır. Belə ki, alimlərin elmi əsərlərinin oxunma sayı yüksəldikcə şəxsi reputasiyaları da yüksəlir ki, bu da onların təmsil etdiyi təşkilatın reytinqinin yüksəlməsinə birbaşa təsir göstərir. Məsələn, hazırda ResearchGate şəbəkəsində AMEA-nın “RG” (Reytinq) balı 1,485.76 təşkil edir. Qeyd edək ki, bu göstərici 2016-cı ildə 1,169.87 olmuşdur .

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə