Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Diplomatik xidmətin təhlükəsizliyinin təminatı problemi



Yüklə 81,96 Kb.
səhifə27/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   23   24   25   26   27   28   29   30   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Diplomatik xidmətin təhlükəsizliyinin təminatı problemi.

Təhlükəsizlik dedikə təkcə xaricdə olan nümayəndəliyin qorunması deyil, həmçinin ölkə daxilində də xarici işlər idarəsinin təhlükəsizliyi vacib idi.

Bu gün dipstrukturun fiziki, informasyon, texniki, psixoloji və s növ təhlükəsizlik növləri meydana çıxdı. Diplomatik xidmətin təhlükəsizliyi səviyyəsi mövcud təhlükəyə adekvat olmalıdır. Burada söhbət səfirliyi yerləşdiyi yer və onun kommunikasiyaları, nəqliyyat və poçtunun qorunması üçün görülən təhlükəsizlik tədbirlərindən gedir. Vyana konvensiyasının 22 maddəsində deyilir ki, səfirliyin ərzisinin toxunulmazlığı və olduqları ölkənin nümayəndələri nümayəndəlik başçısının icazəsi olmadan buraya girə bilməzlər. Olduqları ökənin hakimiyyəti də dipnümayəndəliyin toxunulmazlığının qorunması üçün lazımı təhlükəsizlik tədbirləri görməlidirlər. Konvensiyada qeyd olunur ki, nümayəndəlik ərazisi, onların şəraitinin təmin olunması üçün istifadə etdikləri predmetlər, nəqliyyat vasitələri, immunitetdən istifadə edir və axtarış, müsadirə və həbsə məruz qala bilməzlər.Konvensiyanın xüsusi maddəsi ilə nəinki dipagentlər, həmçinin onların sənəd və arxivlərinə də toxunulmazlıqdan istifadə edirlər. Həmçinin Konsulluq münasibətləri haqqında 1963-cü il konvensiyasında da bu toxunulmazlıqlar qeyd olunur.

Ümumiyyətlə,təhlükəsizlik məslələləri ilə məşğul olan xüsusi personal məşğul olur.

Danışıqlarda xüsusilə diqqətli olmaq lazımdır. Harda nə vaxt nə danışdığını bilməlisən. Avtomaşında xidməti xarakterli danışıq aparmaq olmaz. Bir çox ölkələrdə fiziki təhlükəsizliyi təmin edilməsi proqramı üzrə bron edilmiş maşınlardan istifadə edilir.ABŞ da təhlükəsizlyin təmin edilməsi sahəsində xüsusi təcrübə formalaşıb. Dövlət departamentində Diplomatik Təhlükəsizlik Bürosu fəaliyyət göstərir. Xidmətə təhlükəsizlik sahəsində təcrübəsi olan direktor rəhbərlik edir.


  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə