Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti



Yüklə 81,96 Kb.
səhifə43/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   39   40   41   42   43   44   45   46   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Diplomatik görüşlər və söhbətlər

Diplomatik söhbət anlayışı səviyyəcə, məzmun və formaca müxtəlif kontaktları əhatələyir, lakin istənilən halda onun keçirilməsi hazırlıq tələb edir.Diplomatik söhbət diplomatiyada ən mürəkkəb, vacib və məsuliyyətli fəaliyyət növüdür. Təcrübə göstərir ki, söhbət o vaxt uğurlu olur ki, ondan öncə qəbul edən ölkə ilə müzakirə edilən bütün problemlər və konkret əməliyyat işləri, həmçinin göstərilən məsələnin müzakirə mərhələsi nəzərə alınır. Söhbət vaxtı həmsöhbəti yaxşı başa düşmək və nəsə aydın deyilsə, mütləq izahat tələb etmək vacibdir. Əgər söhbət zamanı hər hansı sənəd, məsələn, nota, yaxud yaddaş qeydi təqdim edilirsə, onu diqqətlə oxumaq lazımdır.Beynəlxalq nəzakət prinsipinə müvafiq olaraq, diplomatik söhbət hətta mövzu xoşagəlməzdirsə belə, sakit tonda aparılmalıdır. Diplomatiyanın funksiyalarından biri əlaqələri saxlamaq, diskussiyadan işə aid olmayan hər şeyi uzaqlaşdırmaqdır. Buna görə «zati-aliləri, dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm» ifadəsi hətta həmsöhbəti görmək istəmədiyin halda belə deyilir. İstənilən söhbətdə qəbul edən ölkənin adət-ənənələrini, hökumətinin daxili və xarici siyasətini tənqid etmək yaxud ayrı-ayrı şəxslər barədə xoşagəlməz çıxışlar etmək olmaz. Nəticədə persona non qrata olmaq olar. Ölkənin hökumətinin diplomatik əlaqələr saxladığı üçüncü ölkənin hökumətini də tənqid etmək tövsiyə edilmir.

Görüşün keçirilməsi yeri və zamanı onun iştirakçılarının qarşılıqlı razılığı əsasında müəyyən edilir və bu zaman tərəflərin heç biri təklifinin qəbuluna vadar etməməlidir. Bu xüsusən görüşün təşəbbüskarına aiddir ki, o, özü üçün rahat olan vaxtı və yeri blldirsə də, son qərarı dəvət olunan tərəfdə saxlamaq lazımdır. Görüşün tarixi və vaxtını adətən telefon vasitəsilə razılaşdırırlar. Bir qayda olaraq, görüş onun keçirilməsi xahişi ilə müraciətdən sonrakı ikinci yaxud üçüncü günə 10-16 radələrinə (görüşün axşam vaxtı keçirilməsi də istisna edilmir) təyin edilir. Görüş yeri iştirakçıların birinin çalışdığı yer yaxud neytral ərazi (restoran, kafe, klub) ola bilər.


  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə