Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti



Yüklə 81,96 Kb.
səhifə48/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   44   45   46   47   48   49   50   51   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Konsulluq əlaqələrinin qurulması

1. Dövlətlər arasında konsulluq münasibətlərinin qurulması qarşılıqlı razılaşma əsasında həyata keçirilir.

2. İki dövlət arasında diplomatik münasibətlərin qurulmasına verilən razılıq, razılaşdırılmadıqda, konsulluq münasibətlərinin qurulmasına razılıq deməkdir.

3. Diplomatik münasibətlərin kəsilməsi konsulluq münasibətlərinin kəsilməsinə səbəb olmur.



  1. Konsul idarələrinin dərəcələri və heyəti

Konsulluq idarələrinin rəhbərləri dörd sinfə bölünür, yəni:

a) baş konsullar,

b) konsullar,

c) vitse-konsullar,

d) konsulluq agentləri.

  1. Konsul missiyasının başlaması və konsul missiyasının bitməsi

Konsullar bir qayda olaraq xarici işlər idarəsi tərəfindən təyin olunur.Təyin olunmuş şəxsə onun səlahiyyətlərini təsdiq edən xüsusi sənəd-konsul patenti verilir.Bu sənəddə həmin şəxsin adı,rütbəsi,tutuduğu vəzifə vəs.göstərilir.Konsul patenti diplomatic kanallar vasitəsilə qəbul edən dövlətin hökumətinə göndərilir.Həmin dövlət əgər təyin olunmuş şəxsə etirazı yoxdursa,onun öz vəzifəsinin icrasına başlamasına icazə-ekzekvatura verir.Ekzekvaturanın verildiyi andan konsul missiyası başlamış sayılır.

Konsulluq dairəsinin hüdudları və ya konsulluq idarəsi başçısının dərəcəsi dəyişərkən,o yeni ptent və ekzekvatura almalıdır.Konsulluq heyətinin digər üzvləri üçün bu tələb olunmur,lakin qəbul edən dövlətin xarici işlər idarəsi onların təyinatı barədə məlumatlanmalıdır. Diplomatik nümayəndəliklərin konsul şöbələrinin müdirləri üçün konsul patentinin göndərilməsinə və ekzekvaturanın alınmasına ehtiyac yoxdur.Sadəcə olaraq qəbul edən dövlətin müvafiq orqanına məlumat vermək lazımdır.Konsul missiyası aşağıdakı hallarda sona yetir:1)onu təyin etmiş dövlət tərəfindən konsulun geri çağırılması 2)konsulun persona-non qrata elan olunması 3)konsul patentinin müddətinin başa çatması 4)konsul idarəsinin bağlanması və s.


  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə