|
Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti
|
səhifə | 50/72 | tarix | 11.01.2022 | ölçüsü | 81,96 Kb. | | #82807 |
| MUASIR DIPLOMATIYA CAVAB 2021Konsul funksiyaları
Bütövlükdə konsul funksiyalarını şərti olaraq iki kateqoriyaya bölmək olar. Birinci kateqoriya məqsəd və vəzifələrinə görə diplomatik nümayəndəliyin funksiyalarına yaxın funksiyaları özündə birləşdirir. İkinci kateqoriyaya isə “sırf” konsul funksiyaları aid olunur.Konsul münasibətləri haqqında 1963-cü il Vyana Konvensiyasının 5-ci maddəsinə uyğun olaraq konsulluqların aşağıdakı əsas funksi yalarını ayırmaq olar: 1) yerləşmə dövlətində göndərən dövlətin və onun fiziki və hüquqi şəxslərinin maraqlarının beynəlxalq hüquqla müəyyən edilmiş hüdudlarında müdafiəsi; 2) göndərən dövlət və yerləşmə dövləti arasında ticarət, iqtisadi, mədəni və el mi əlaqələrin inkişafına yardım göstəril məsi, habelə bu Konvensi yada göstərilən digər yollarla dostluq münasibətlərinin inkişafına kömək göstəril məsi; 3) bütün qanuni yollarla qəbul edən dövlətin ticarət, iqtisadi, mədəni və elmi həyatındakı şərtlərin və hadisələrin aydınlaşdırılması, onlar haqqın da gön dərən dövlətin hökumətinə və maraqlı şəxslərə məlumat verilməsi; 4) təmsil olunan dövlətin vətəndaşlarının pasportlarının və digər sənədlərinin verilməsi, ləğv edilməsi, düzəlişlər edilməsi, 5) göndərən dövlətin vətəndaşlarına və hüquqi şəxslərinə kömək və yardım göstərilməsi.
Dostları ilə paylaş: |
|
|