Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Diplomatik yazışmaların tərtibatına qoyulan tələblər



Yüklə 81,96 Kb.
səhifə52/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   48   49   50   51   52   53   54   55   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Diplomatik yazışmaların tərtibatına qoyulan tələblər

  • Diplomatik yazışmaların təsnifatı

    Beynəlxalq diplomatik praktikada diplomatik yazışmanın aşağıdakı sənədləri daha çox tətbiq edilir:

    - şəxsi nota;

    - şəxsi müraciətnamə;

    - üçüncü şəxs adından rəsmi nota;

    - verbal nota;

    - yaddaş qeydləri;

    - memorandum;

    - yarımrəsmi xarakterli xüsusi (şəxsi) məktub.

    Onların bəziləri bir növ nəzakət formulları – komplimentlər çərçivələrinə salınıb. Bəzilərində isə bu cür formullar yoxdur.

    1. Daxili yazışmalar və onların növləri

    Daxili- illik siyasi hesabatlar(hər hansı bir səfirlik illik olaraq fəaliyyətini əks etdirən hesabatlar hazırlayır) hesabatların hazırlanmasında səfirliyin bütün əməkdaşları iştirak edir.

    Hesabatlar yerləşdiyi ölkənin iqtisadiyyatı haqqında, siyasi fəaliyyəti haqqında, silahlı qüvvələri haqqında, beynəlxalq əlaqələri haqqında məlumatlar, elm,təhsil,mədəniyyət fəaliyyətləri haqqında,daxili siyasəti haqqında, səfirliyin fəaliyyəti haqqında, nəticə və təkliflər haqqında.

    Hesabatlar hazırlayarkən diqqət etmək lazımdır ki, bölmələr bir-birini təkrarlamasın. Məsələn, daxili siyasətlə iqtisadiyyat bölmələri üst-üstə düşməsin.Buna görə də hesabatları hazırlayan diplomatların fəaliyyətlərini koordinasiya etmək lazımdır. Hesabatlar 30-40 səhifə olmalıdır. Hər ilin fevral ayına qədər hazır olmalıdır. Hesabatlara ümumi rəy və düzəlişlər edilir.Bəzi ölkələrdə hər bir səfirliyin kadr siyasəti haqqında 6 səhifəlik hesabatlar əlavə edilir. Kadr hesabatları səfirliyin əməkdaşlarının rütbə və vəzifəcə yer dəyişmələrini əks etdirir.

    Siyasi məktublar-yerləşmə dövlətində vacib siyasi hadisələr baş verdikdə,parlamentlər buraxıldıqda, hökumətə qarşı etirazlar çoxaldıqda öz ölkəsini məlumatlandırmaq üçün göndərilir.Siyasi məktublar yalnız müşavir və səfir tərəfindən hazırlanır. Həcmi 4-6 səhifə olur.

    İnformasiya arayışları-hər bir səfirlik rüblük olaraq, yəni 3 aydan bir öz fəaliyyəti haqqında mətbuat üçün arayış hazırlayır. Bu arayışların tərtib edilməsində bütün səfirlik işçiləri iştirak edir.

    Mətbuatın xülasəsi-Mətbuatın xülasəsi o zaman hazırlanır ki:1.səfir yerləşmə dövlətinin dilini bilmir; 2.bütün mətbuatı yoxlamağa vaxtı yoxdu,buna görə də səfirlik hər gün səhər saat 11-ə qədər səfir üçün mətbuatın xülasəsi tərtib edilir. Xülasə tərtib edərkən nüfuzlu bir neçə telekanal, internet saytlarından məlumatlar toplanılır.Xəbər toplanərkən sarı mətbuatdan istifadə edilmir

    Siyasi xasiyyətnamələr-Hər hansı dövlət rəsmisi haqda onun avtobioqrafiyası, xüsusiyyətləri hətta yemək seçimləri haqqında məlumat olur.Xüsusilə həmin şəxsin, yəni diplomatın, ölkəyə münasibətləri öz əksini tapmalıdır. Siyasi xasiyyətnamələrə şəxsin həyat yoldaşının xasiyyətnaməsi əlavə olunur.

    Şifrəli teleqramlar-Hər gün müşavir və elçilər tərəfindən yazılır.Diplomatik sənədlərin tərtib olunması diplomatların gündəlik işinin 80-90 faizini təşkil edir.


    1. Yüklə 81,96 Kb.

      Dostları ilə paylaş:
  • 1   ...   48   49   50   51   52   53   54   55   ...   72




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə