Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Beynəlxalq təşkilat və konfranslarda dövlətin nümayəndələri anlayışı



Yüklə 81,96 Kb.
səhifə56/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   52   53   54   55   56   57   58   59   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

65.Beynəlxalq təşkilat və konfranslarda dövlətin nümayəndələri anlayışı

Bu gün beynəlxalq təşkilatların dünyada rolu və yeri durmadan artmaqdadır. Bu, müasir beynəlxalq münasibətlərin mürəkkəbliyi və rəngarəngli yi, dün yada ge dən inteqrasiya prosesləri və s. ilə izah oluna bilər.Hal-hazırda 300-dən artıq beynəlxalq hökumətlərarası təşkilat m ö vcuddur. Geniş mənada beynəlxalq təşkilatların (qeyri-hökumət təşkilatları da daxil olmaqla) sayı isə 4 mindən də artıqdır. Beynəlxalq təşkilatlarda dövlətlərin nümayəndələrinin hüquqi statusunun əsası diplomatik nümayəndəliklərin hüquqi satusunun əsası ilə eynidir. Onların hər ikisi öz dövlətini beynəlxalq arena da təmsil edir 1. Onların aralarındakı fərqi isə S.A.Kuznetsov aşağıdakı kimi göstərmişdirDiplomatik nümayəndəliyin başçısı öz dövlətini əsasən bir dövlətdə təmsil edir. Beynəlxalq təşkilatlar yanında dai mi nümayəndələr isə xüsusi beynəlxalq qurum yanında dövlətinin təmsilçisi qismində çıxış edir. Onlar çoxtərəfli diplomatiya çərçivəsində fəaliyyət göstərir ki, mühüm beynəlxalq hüquqi nəticələr yaradır. Orqan və konfranslardakı nümayəndə heyətləri də çoxtərəfli forumlarda öz dövlətlərini təmsil edirlər. Lakin bu təmsilçilik mü vəqqəti xarakter daşıyır. Təmsilçilik xarakteri eyni qa y dada üzv olmayan dövlətlərin daimi müşahidəçi missiyalarına və təşkilatın orqan və konfranslarındakı müşahidəçi nümayəndələrə də xasdır.Həm diplomatik agentlərin, həm də beynəlxalq təşkilatlarda dövlətlərin nümayəndələrinin hüquqi statusunun, immunitet və imtiyazlarının əsasını dövlətlərin beynəlxalq aləmdə təmsil olunmaq hüququ təşkil edir. Onların ümumi cəhəti odur ki, onlar öz dövlətlərinin xüsusi xarici əlaqə orqanlarıdır. Bu orqanlar həmin dövlətin beynəlxalq təşkilatlar yanında və ya bilavasitə təşkilat və konfranslarda müvəqqəti və ya daimi əsasda təmsili üçün yaradılır.


Yüklə 81,96 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə