Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə30/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   26   27   28   29   30   31   32   33   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

ABH
=
BBQ ∙
H
2 3

V
q
∙ ∆ T
A ∙ F ∙ m∙ n
(
3.3
)
Soyuq tullantılar üçün:
ABH
=
8
BBQ ∙
H
2 3

H ∙ V
q
A ∙ F ∙ n ∙ D
(
3.4
)


Bir neçə mənbəyin eyni zamanda tullantıları üçün:
ABH
=
8
BBQ ∙
H
2 3

V
c
∙ ∆ T
A ∙ F ∙ n∙ m
(
3.5
)
burada
H
– mənbəyin yer səthindən məsafəsi, m;
V
q
– qaz qarışığının həcm sərfi, m
3
/san;
∆ T
– tullantı qazın və havanın temperaturlar fərqi, C°;
A
– zərərli maddələrin üfüqi və şaquli çökməsini müəyyən edən atmosferin temperatur
qradiyentindən asılı əmsal;
F
– zərərli maddələrin havada çökmə sürəti; 
m
və 
n
– mənbədən qaz qarışığının çıxma şəraitindən asılı olan əmsallar;
D
mənbəyin diametri;
V
c
– qaz qarışığının həcmi, cəmi, m
3
/s;
V
c
=
V
1
+
V
2
+

+
V
n
;
V
1

V
2
...
V
n
– hər bir mənbədən atılan qazın həcmi sərfi.
Hesablama zamanı fondda olan zərərli qazların qatılığı da nəzərə alınmalıdır. Yəni: 
C
+
C
f
≤ BBQ
(3.6)
olmalıdır.
burada 
C
f
– təmiz havada olan qazın qatılığı;
C
– mənbədən atılan qazın qatılığıdır.
Ətraf mühiti çirkləndiricilərindən ən çox təhlükəli olanı qatılığın radiasiyasıdır.
Radiasiya dedikdə
radioaktiv maddələrdən ayrılan ionlaşdırıcı şüalar nəzərdə tutulur.
Onun mənbələri təbii və antropogen olur. Günəş şüaları, mədən suları, bəzi kimyəvi
elementlər, əksər süxurlar müəyyən qədər təbii şüalanma mənbələridirlər.
Antropogen radiasiya mənbələrinə atom elektrik stansiyaları, nüvə silahları, rentgen şüaları
və s. aid edilir.
Təbii və antropogen mənbələrdən yayılan şüalar ətraf mühitin təbii şüalanma fonunu
yaradır.
Təbii şüalanma fonu kosmik şüalanmadan, yer səthində, atmosferdə, ərzaq məhsullarında,
suda olan təbii parçalanmış radioaktiv maddələrin şüalanmalarından yaranır. Təbii şüalanma
fonu yaşayış ərazisində 0,36 - 1,8 MEB/il ekvivalent doza gücü yaradır ki, bu da 40 – 200 A/mq
il ekspozisiya doza gücünə uyğun gəlir.
İnsan təbii şüalanma fonundan əlavə digər şüalanma mənbələrinin də təsirinə məruz qalır.
Nüvə parçalanması zamanı 100-dən çox izotoplar havaya yayılır. Ən təhlükəli izotoplara
U
238
, C
s
90
, K
40
, R
a
222
, R
n
222
, S
14
hesab olunur. Z
n
65
, B
a
131
, X
e
133
və s. təbiətdə zərərsiz olmalarına
baxmayaraq, onlardan alınan süni izotoplar radioaktivliyə malik olurlar .


İonlaşmanın insan orqanizminə bioloji təsiri canlı toxumalarda əmələ gələn cüt ionların
sayından və ya şüalanma ilə əlaqədar udulan enerjidən asılıdır. İonlaşdırıcı şüaların təsiri altında
canlı toxumada olan suyun hidrogen atomuna və ОН hidroksil qrupuna parçalanması baş verir.
Yüksək aktivliyə malik olar H və OH toxumanın digər molekulları ilə birləşir və canlı toxumaya
mənsub olmayan yeni yabancı kimyəvi birləşmələr yaranır. Baş verən dəyişikliklər nəticəsində
orqanizmdəki biokimyəvi proseslərin normal gedişi və maddələr mübadiləsi pozulur. İonlaşdırıcı
şüaların təsiri altında orqanizmdə qanyaradıcı üzvlərin funksiyalarının tormozlanması, qanın
normal laxtalanmasının pozulması, qan damarlarının elastikliyinin azalması, mədə-bağırsaq
sisteminin fəaliyyətinin pozulması və infeksiya xəstəliklərinə qarşı müqavimətin azalması baş
verir.
İonlaşdırıcı şüaların maddələrə təsiri həmin maddənin atom və molekullarının
ionlaşmasında təzahür edir. Bu təsirin miqdarca ölçüsünü müəyyən edən əsas parametr udulma
dozasıdır. Udulan doza vahidi qrey (qr) qəbul edilib.
Təcrübədə sistemdən kənar vahidlərdən də istifadə edilir– 1rad=100 erq/q;Şüanın udulma
miqdarı şüalanma xüsusiyyətindən və mühitin uduculuğundan asılıdır.
Son zamanlara qədər rentgen (R) və γ şüaları ekspozisiya dozasından istifadə edilir.
Ekspozisiya dozası kinetik enerjiyə çevrilmiş foton şüalanmasından ibarətdir.
Rentgen və γ şüaları üçün ekspozisiya doza vahidi kulon/kiloqram (Kl/kq) qəbul edilib. Bu
elə bir dozadır ki, Rentgen və γ şüaları normal şəraitdə 1 kq quru atmosfer havasına təsir etdikdə
yükü 1 Kl olan ionlar yaradır. Hal-hazırda qədər, təcrübədə, doza vahidi rentgen istifadə edilir.
1R=2,58·10
-4
Kl/kq.
Elektronun yükü 4,8·10
-4
el. vahidinə bərabərdir.Havada bir cüt ionun yaranmasına orta
hesabla 34 erq enerji sərf olunur. Beləliklə, 1R ekspozisiya dozasında təkrar elektronlar 1qr
havada 88 erq enerji sərf edir. 88 erq/q hava və ya 0,114 erq/sm
3
hava rentgenin energetik
ekvivalenti adlandırılır.
Rentgen və γ şüalanmasının hər hansı bir mühitdə udulma dozası aşağıdakı düsturla
hesablanır.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə