Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə117/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   109   110   111   112   113   114   115   116   117
Həyat.Təhlükəsizliyi.Müh

Yanğın siqnalizasiyası və rabitə
Siqnalizasiyanın və rabitənin növləri.
Neft və neft-kimya sənayesində aşağıdakı
siqnalizasiya və rabitə vasitələri tətbiq edilir: elektrik yanğın siqnalizasiyası (EYS) habelə
telefon və radio rabitələri. İşə salma üsuluna görə elektrik siqnalizasiyası avtomat və qeyri-
avtomat olur. EYS qurğuları qəbuledici stansiyaların tutumuna, habelə xəbərvericilərin qəbul
stansiyaları ilə birləşmə üsuluna görə fərqlənir.
Xəbərvericilərin birləşmə üsuluna görə (xətti şəbəkənin strukturuna görə) EYS, şüa və
şleyf (həlqəvi) sistemlərə bölünür.
Elektrik yanğın siqnalizasiyaları (EYS) sistemdən asılı olmayaraq üç əsas hissədən –
xəbərvericilər, qəbuledici stansiya və xəbərvericiləri qəbuledici stansiyalara birləşdirən xətti
şəbəkələrdən təşkil olunur. EYS sabit cərəyanla işləyən zəif cərəyanlı (24V və ya 48V)
qurğulardır. Məftillərin müqaviməti 2000 Om qəbul olunur. 
EYS xəbərvericiləri işə salınma üsuluna görə avtomatik və əl ilə işləyən ola bilər. Qeyri-
avtomatik EYS yalnız gecə-gündüz adam olan yerdə işlədilir. 
Əl ilə işə salınan xəbərvericilər öz iş xarakterinə görə düyməli və kodlu olur.
Xəbərvericilər istehsalat binalarında, anbarlarda, habelə binalardan kənarda, ən çox yanğın
təhlükəsi və adamların olduğu yerdə qoyulur. Yanğın haqqında siqnal verilməsi üçün
xəbərvericinin şüşəsi sındırılır və düymə axıra qədər basılır. Ən çox yayılmış şüa sistemli siqnal
vermədə düyməli (xəbər vermələrdə) əks fon siqnalı adlanan xüsusi quruluş tətbiq edilir. Bunun
rolu qəbuledici stansiyanın almış olduğu siqnal haqqında lazımi şəxsləri xəbərdar etməkdən
ibarətdir.
Düyməli xəbərverici işə düşdükdə yanğın hissəsi tablosunda onun nömrəsi qeyd edilir və
buna əsasən yanğının harada baş verməsi aydınlaşdırılır. Yanğının başlandığını bildirən avtomat
yanğın xəbərvericiləri üç qrupa bölünür: 
I. Temperaturun artmasının təsirinə həssas olan, yaxud istilik xəbərvericiləri;
II. Açıq alovun şüalanmasının təsirinə həssas olan işıq xəbərvericiləri;
III. Yanma məhsullarının təsirinə həssas olan tüstü xəbərvericiləri.
Avtomat xəbərvericilərin effektli işləməsini təyin edən əsas parametrlər bunlardır:
a) cihazı işə salan impulsun minimal ölçüsü ilə müəyyən edilən həssaslıq;
b) müəyyən mənbəyin xəbərvericiyə təsir etməyə başladığı anla siqnalın alındığı an
arasında keçən vaxtla müəyyən edilən ətalətlilik;
c) istilik, od və tüstü mənbələrinin xəbərvericini işə sala bildiyi məsafə və ya sahə ilə
ölçülən təsir zonası.
İstilik xəbərvericilər diferensial, maksimal və maksimal diferensial (kombinəedilmiş) olur.
Diferensial xəbərverici qalın metal lövhədən və ona möhkəm bərkidilmiş, eyni materialdan
hazırlanan nazik lövhədən ibarətdir. Bu lövhənin istilik tutumu az olur. Tez qızdıqda lövhə
uzanır və kontaktı bağlayır. 
Belə xəbərvericilər ətraf mühitin temperaturu dəqiqədə 5-10°C sürətlə artıqda işə düşür. 
Binaların və otaqların temperaturunun kəskin artması halında maksimal təsirli xəbərverici
cihazlar tətbiq edilir. Bu xəbərvericilər temperaturun artma sürətindən asılı olmayaraq işə düşür
və ətraf mühitin 20°C ilə 120°C intervalında dəyişən temperaturunda qoyulur. 
Ultrabənövşəyi şüaların təsirini hiss edən işıq xəbərvericiləri alovun baş verilməsi haqda
ani bir anda siqnal verməyə qabildir. Xəbərvericinin həssas elementi fotoelementlərdən daha
həssas olan foton sayğacıdır. 


Foton sayğaclarının yük müqavimətindən alınan gərginlik impulsu üçpilləli
gücləndiricilərlə güclənir. Triod kollektorunun dövrəsinə elektromaqnit relesi qoşulur. Foton
sayğacından alınan impulsun orta qiyməti, xəbərvericinin həssaslığından asılı olaraq, müəyyən
qiyməti keçdikdə rele işə düşür.
Xəbərverici sabit cərəyanlı qəbuledici stansiyalardan iki məftillə qidalanır. Az miqdarda
toz və tüstü xəbərvericinin işinə təsir etmir. Temperaturun 10°C ilə 40°C intervalında nisbi
nəmlik 80% olduqda və temperatur kəskin dəyişmədikdə xəbərverici etibarlı işləyir.
Xəbərvericinin alova yüksək həssaslığına baxmayaraq o pəncərə şüşələrindən keçən gündüz
işığının və elektrik işığının təsiri ilə işə düşmür. Çünki ultrabənövşəyi şüalar (dalğa uzunluğu
3000-2000°A) pəncərə şüşələri və armaturlu közərmə lampalarının şüşələri tərəfindən udulur.
Normalara əsasən qoyulan xəbərvericilər sahəsi 600m
2
və ondan artıq olan binaları mühafizə edə
bilər.
Tüstü xəbərvericiləri, havada yanma məhsullarının olmasını müəyyən etmək üçün işlədilir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə