Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə115/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   109   110   111   112   113   114   115   116   117
Həyat.Təhlükəsizliyi.Müh

Katod mühafizəsi
zamanı (şəkil 1.3.) qorunan obyekt (burada boru kəməri-1) xarici daimi
cərəyanın (3) mənfi qütbünə birləşdirilir və o, katoda çevrilir. Cərəyan mənbəyinin müsbət qütbü
xüsusi torpaqlayıcı ilə (5) birləşdirilir ki, bu da anod rolunu oynayır. Beləliklə, qapanmış elektrik
zənciri alınır ki, bundan da cərəyan anodla yerdən keçərək qorunan boru kəmərinə (1) ötürülür,
sonra isə mənfi qütbün xarici cərəyan mənbəyinə (3) gedir. Bu zaman anod torpaqlayıcı tədricən
dağılır və boru kəmərinin mühafizəsini təmin edir. Cərəyan mənbəyi kimi müxtəlif növ katod
mühafizəsi stansiyaları (harada ki, dəyişən cərəyan sabit cərəyana çevrilir) və ya kimyəvi
cərəyan mənbəyi (qalvanik elementlər, akkumulyatorlar) istifadə edilir. Burada anod torpaqlayıcı
rolunu polad, kömür və qrafit elektrodlar oynayır.
Şəkil 6.2
Şək.1.3.Katod mühafizəsinin sxemi
Katod mühafizəsinin müsbət cəhətləri ondan ibarətdir ki, o uzunömürlü, etibarlıdır.
Çatışmayan cəhəti-iş rejimi avtomatik olaraq yerinə yetirildikdə mürəkkəb aparatlarla idarə
olunması və sərbəst daimi cərəyan mənbəyindən istifadə edilməsidir.
Protektor mühafizəsi
hərəkət prinsipinə görə katod mühafizəsinin bir növü sayılır. Onların
bir-birindən fərqi ondan ibarətdir ki, elektrik birləşməsində protektordan istifadə edilir (şəkil
1.4.).
Şək. 1.4. Protektor mühafizəsinin sxemi.
Protektor (5) və qorunan konstruksiya (1) izolyasiya olunmuş kabellər (2) vasitəsilə
birləşərək qısa qapanmış qalvanik element əmələ gətirir. Burada elektrolit rolunu nəm torpaq,
katod rolunu mühafizə olunan obyektin metalı və anod rolunu protektorun metalı oynayır.
Yaranan mühafizə cərəyanı elektrokimyəvi korroziya cərəyanını sıxır və qorunan obyektdə
elektrik potensial mühafizəsi yaradır. Bu zaman protektor, anod olaraq, yavaş-yavaş dağılır.
Protektor əlvan metallardan (Zn, Al, Mg və onların ərintiləri) hazırlanır.
İstehsalatın yanğın və partlayış təhlükəsi baxımından təsnifatı
3
4


Layihələndirilən bina və onun hissələrinin odadavamlılıq dərəcəsini müəyyən etdikdə
onlarda yanğın və partlayışın baş verə biləcəyi ehtimalı nəzərdə tutulur və onun qəza törətmə
xarakteri müəyyən edilir. Bu baxımdan yanğın əleyhinə münasib tədbirlərin hazırlanmasında
istehsalatın yanğın təhlükəsi dərəcəsinə görə kateqoriyasını düzgün təyin etmək əhəmiyyət kəsb
edir.
İnşaat normalarına və qaydalarına uyğun olaraq (sənaye müəssisələrinin istehsalat binaları,
layihə normaları CH və П 90-81) bütün istehsalat növləri yanğın və partlayış təhlükəsi
baxımından 6 kateqoriyaya bölünürlər: 
A, B, V, Q, D, E
. Bunlardan 
A
və 
B
kateqoriyaları yanğın-
Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə