Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin


Yükqaldırıcı maşın və mexanizmlərin təhlükəsizliyi



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə113/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   109   110   111   112   113   114   115   116   117
Həyat.Təhlükəsizliyi.Müh

7.3. Yükqaldırıcı maşın və mexanizmlərin təhlükəsizliyi
Yükqaldırıcı kran və liftlər yüksək təhlükəli avadanlıqlar sırasına daxil edilir və onların
istismarı üzərində nəzarət Dövlət texniki nəzarət orqanları tərəfindən aparılır. Dövlət nəzarətinin
qoyulması heç də mühəndisi texniki işçilərin bu sahədə məsuliyyət daşımasını azaltmır.
Kran və liftlərin işinə nəzarət və onlara qulluq istehsalat rəhbərləri tərəfindən təyin edilmiş
mühəndisi texniki işçilər tərəfindən aparılır. 
Yükqaldırıcı maşınlarda işləməyə yalnız 18 yaşına çatmış şəxslərə icazə verilir. Bu şəxslər
həkim müayinəsindən keçdikdən sonra xüsusi proqramla təlimat keçirlər. Onlar Sənayedə İşlərin
Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi nümayəndəsinin iştirakı ilə


təşkil edilmiş komissiya qarşında imtahan verib lazımi sənəd alırlar. İldə bir dəfədən az
olmayaraq həmin şəxslərin yükqaldırıcı maşınların istismarı və təhlükəsizliyi sahəsindəki biliyi
yoxlanılır.
Yükqaldırıcı maşınlar Dövlət texniki nəzarət orqanlarının razılığı olan xüsusi
müəssisələrdə hazırlanırlar. Yükqaldırıcı maşınlarda yük asqının qarmağından yük tutucu
tərtibatlar vasitəsilə asılır. Bunlar işin təhlükəsizliyini, qaldırıcı yükün bütövlüyünü təmin etməli,
tez quraşdırılıb sökülməlidir.
Yüktutucu tərtibatın konstruksiyası qaldırılan yükün ölçüləri, möhkəmliyi, asqı
nöqtələrinin sayı, qaldırıcı qurğunun parametrləri və qaldırma şərtindən asılıdır.
Kəlbətin tipli yük tutucu tərtibatlarda yükün tutulması mexanikləşdirilmiş, açılması isə tam
avtomatlaşdırılmışdır.
Yük tutucu tərtibatın qaynaq olunmuş hissələri standartın tələblərinə uyğun olmalıdır.
Yük tutucu tərtibatlar krandan ayrı hazırlandıqda onlar üçün xüsusi pasport tərtib
edilməlidir. 
Yükqaldırıcı maşınlarda yükü saxlamaq üçün müxtəlif qarmaq və bəndlərdən istifadə
olunur. Adətən qarmaqlar bir, iki və üç buynuzlu olur. Bir, iki buynuzlu qarmaqlar döymə və
ştamplama üsulu ilə poladdan hazırlanır.
Döymə və ştamplama üsulu ilə hazırlanan qarmaqlarda qaynaq işlərinin aparılması
qadağandır.
Yükqaldırıcı kranların qarmağı yük altında sərbəst fırlanmalıdır. Yükqaldırma qabiliyyəti 3
tondan artıq olan qarmaqların yastıqları xüsusi dayaqla təchiz edilməlidir.
Yükqaldırıcı maşınlar layihə edildikdə və hazırlandıqda tam təhlükəsizliyi təmin edən
aşağıdakı tələblər həyata keçirilməlidir:
- hərəkət etdirici və ötürücü mexanizmlərin çəpərlənməsi;
- hərəkət edən hissələrin təsadüfən işə düşməsini xəbər edən qurğuların tətbiq edilməsi;
- elektrik təhlükəsizliyini təmin edilməsi;
- elektrik enerjisi kəsildikdən sonra yenidən sistemə verildikdə maşının öz-özünə
işlənməsinin qarşısını alan, yəni elektrik dövrəsini avtomat açan tərtibatlardan istifadə etmək;
- yükqaldırıcı mexanizmlərin ayrı-ayrı avadanlıqlarının müvafiq cihazlarla və təhlükəsizlik
qurğuları ilə təchiz edilməsi.
Tətbiq edilən cihazlara və təhlükəsizlik qurğularına aiddir:
- Kənar ayırıcılar. Bu ayırıcılar qarmağın, həmçinin başqa yük tutucularının, kran qolunun
bir kənar vəziyyətə yaxınlaşdığı halda avtomat dayandırılmasını təmin edirlər. Kənar ayırıcılar
rels üzərində yerləşdirilmiş kranların özlərinin hərəkətini belə, son nöqtəyə çatdıqda,
dayandırırlar.
Qaldırılan yük qoyulmuş həddən 10% artıq olduqda yükqaldırıcı mexanizm xüsusi
məhdudlaşdırıcılar vasitəsilə dayandırılır.
Kranlar anomemetrlə təchiz edilir. Bu anomemetrlər kranın ən hündür yerində külək tutan
nöqtədə qoyulur. Küləyin gücü artdıqda o, işıq və səs siqnalı verir, eyni zamanda kranın
hərəkətini məhdudlaşdıran qurğunu işə salır.
Kranlar həmçinin başqa təhlükəsizlik təmin edən tərtibatlarla da təchiz edilir. Bunlara
misal körpü kranlarının qapılarının bloklanması, qüllə kranlarının dönmə bucağının
məhdudlaşdırılması, körpü kranlarının əyilmə bucağının məhdudlaşdırılması və s. tərtibatlarını
göstərmək olar.
Təhlükəsizlik baxımından kranlarda ən vacib hissə tormoz sistemi sayılır. Tormoz
quruluşları qaldırılan və ya endirilən, irəli-geri hərəkət etdirilən və döndərilən yükün sürətini
azaltmaq üçün və onu bir vəziyyətdə saxlamaq məqsədi üçün tətbiq edilir.
Konstruksiyasından asılı olmayaraq, bütün tormozlar verilmiş iş şəraiti üçün kifayət
tormozlama momentinə malik olmalı, tez açılıb bağlanmalı, konstruksiyası sadə olmalı, işçi
səthdə yaranan temperatur yüksək olmamalıdır.


Kolodkalı tormozun normal işləməsi üçün tormozlama zamanı yaranan sürtünmə
qüvvələrinin cəmi (F
1
) 2T/D həddindən çox olmalıdır. D
 
qasnağın diametri, T isə 
 
tormozlama
momentidir.
Tormozların sazlığı ayda bir dəfə işə başlamazdan əvvəl yoxlanılmalıdır.
Yükqaldırıcı maşınlarda elastik dartıcı rolunu əsasən polad kanatlar oynayırlar. Hər bir
tətbiq edilən kanat üçün zavodun onun sınağı haqqında arayışı olmalıdır. Kanatın möhkəmliyini
onun dartılmaya qarşı müqaviməti göstərir. Kanatın uzun ömürlülüyünü isə onun diametri ilə
sarındığı barabanın diametri arasındakı nisbətdən asılıdır. Kanat möhkəmliyə aşağıdakı düsturla
hesablanır:
P
S

K
(7.20)
burada P - kanatı qıran qüvvə, onun pasportundan götürülür;
S - polispast sisteminin f.i.ə. nəzərə almaqla kanat telinə düşən maksimum dartıcı qüvvə;
K - möhkəmliyə görə ehtiyat əmsalı. Sənayedə tətbiq olan kranlar üçün K=3,5
¸
6,0 qəbul
edilir. Yük liftləri üçün (müşahidəçi olmadıqda) K=8
¸
13, sərnişin liftləri üçün isə K=9
¸
15
götürülür.
Kanat düz istiqamətdən əyriyə və əyri istiqamətdən düzə keçdikdə hər iki halda bir əyilmə
hesablanır. Kanat əyri istiqamətdən düz istiqamətə keçdikdə bir əyilmə, əyrilik istiqamətini
dəyişdikdə isə iki əyilmə kimi sayılır. Əyilmələrin sayından asılı olaraq D/d
 
nisbəti təyin edilir.
D barabanın və yaxud blokun diametri, d-kanatın diametridir.
D

d


şərtini ödəməlidir. 

- əmsaldır. Hesabatlarda 

= 12 ÷ 30 götürülür.
Yükqaldırıcı maşınlar işə buraxılmazdan əvvəl Dövlət texniki nəzarət orqanlarında qeydə
alınmalı və onlardan istismara buraxılma haqqında icazə alınmalıdır.
Qaydaya əsasən yeni quraşdırılmış yükqaldırıcı maşınlar, həmçinin yüktutucu qurğular
texniki müayinədən keçməlidirlər.
İlk müayinə yükqaldırıcı maşınları hazırlayan zavod tərəfindən aparılır. İstismarda olan
yükqaldırıcı maşınlar hər 12 aydan bir hissə-hissə müayinədən keçirilməlidirlər. Tam müayinə
vaxtı üç il qəbul edilmişdir. Az işlədilən (istehsalat binalarında yalnız təmir vaxtı işlədilən)
maşınlar hər 5 ildən bir tam müayinədən keçirilir. 
Yükqaldırıcı maşınlar tam müayinə zamanı həm statik və həm də dinamik yükə sınanır.
Hissə-hissə müayinədə isə maşın yalnız nəzərdən keçirilir. Nəzarət zamanı ayrı-ayrı hissələrin
etibarlı işləyə biləcəyi müəyyən edilir. Mexanizmlərin vəziyyəti onları sökmədən müəyyən
edilir. Yükqaldırıcı maşınların statiki yükə sınağı zamanı götürülən yük nominal yükdən 25%
artıq olmalıdır. Yük 200-300 mm hündürlüyə qaldırılıb 30 dəq. hamin vəziyyətdə
saxlanılmalıdır.
Statiki sınaqdan sonra maşın dinamiki sınaq edilir. Burada əsas məqsəd mexanizmlərin,
tormozların, təhlükəsizlik qurğularının iş qabiliyyətini yoxlamaqdan ibarətdir. Dinamiki sınaq
zamanı sınaq yükü nominal yükdən 10% artıq olmalıdır. Sınaq yükün təkrar qaldırılıb
endirilməsi, bütün mexanizmlərin hərəkətinin yoxlanılmasından ibarətdir. Hər iki statik və
dinamik sınağa davam gətirən maşın istismar olunmağa buraxılır. 
Yükqaldırıcı maşınların istismarı zamanı qaldırıcının yük qaldırma qabiliyyətindən artıq yük 
qaldırmaq qadağandır. Yüklə insanların birgə qaldırılması, möhkəm bağlanmamış yüklərin 
qaldırılması, yükün qəflətən qaldırılması, yükün maili dartıcı ilə qaldırılması, tormoz sisteminin 
iş vəziyyətindən çıxarılması qadağandır

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə