Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin


HƏYAT FƏALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİN NƏZƏRİ ƏSASLARI



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə2/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   2   3   4   5   6   7   8   9   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

HƏYAT FƏALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİN NƏZƏRİ ƏSASLARI
1.1. Təhlükə və təhlükəsizliyin mahiyyəti
Təhlükə dedikdə müəyyən şəraitdə insanın sağlamlığına bilavasitə, yaxud dolayı yolla
zərər gətirə bilən hadisələr, proseslər, obyektlər düşünülür. Təhlükəni xarakterizə edən
əlamətlərin miqdarı təhlilin məqsədindən asılı olaraq azaldılıb və yaxud çoxaldıla bilər. Təhlükə
enerjiyə, kimyəvi və bioloji aktiv elementlərə, həmçinin insanın həyat fəaliyyətinin şəraitinə
uyğun gəlməyən xarakterik cəhətlərə malik bütün sistemləri özündə cəmləşdirir.
Təhlükələrin taksonomiyası. 
Taksonomiya mürəkkəb hadisələrin, anlayışların, obyektlərin
sistemləşdirilməsi və təsnifatı ilə məşğul olan elm sahəsidir.
Təhlükələr mürəkkəb və çoxəlamətli olduğundan, onların taksonomiyası, yəni
sistemləşdirilməsi və təsnifatı, təhlükələrin təbiətini daha mükəmməl mənimsəməyə və
təhlükəsiz fəaliyyət sahəsində elmi biliklərin təşkilinə imkan yaradır.
Təhlükələr yaranma mənşələrinə görə təbii, texniki, antropogen, ekoloji və qarışıq olurlar.
Rəsmi standartlara görə isə fiziki, kimyəvi, bioloji və psixofizioloji növlərə bölünürlər.
Ziyanlı nəticələrin meydana çıxması vaxtına görə təhlükələr impuls (tez baş verən) və
kumulyativ tipli olurlar.
Məkana görə təhlükələr litosfera, hidrosfera, atmosfera və kosmosla bağlı olurlar.
Yekunlarına görə təhlükələr yorğunluq, xəstələnmə, zədə alma, qəza, hündürlükdən
yıxılma kimi nəticələrlə qurtaran növlərə bölünürlər.
Dəyən ziyana görə təhlükələr sosial, texniki, ekoloji və s. olurlar. 
Təhlükələrin baş vermə sahələrinə məişət, idman, yol-nəqliyyat, istehsalat, hərbi və s.
sahələr aid edilir.
Quruluşuna görə təhlükələr sadə və mürəkkəb (sadə təhlükələrin qarşılığı təsiri nəticəsində
yaranan) olurlar. İnsana təsir xarakterinə görə onlar aktiv və passiv növlərə bölünür.
Daşıyıcısı insan olan enerji təsirindən aktivləşən təhlükə passiv təhlükə hesab edilir.
Məsələn, kələkötür sahədə insanın yerişi zamanı yaranan təhlükə.
Təhlükələrin nomenklaturası (siyahısı).
Müəyyən əlamətlərə görə sistemləşdirilmiş
terminlər və adlar siyahısı təhlükənin nomenklaturası adlanır. Əlifba üzrə nomenklaturaya 
h
hərfi
ilə başlayan: havanın anomal nəmliyi, havanın anomal temperaturası, hava axınının anomal
sürəti, havanın boşluğu və s. misal ola bilər.
Müəyyən tədqiqat işləri apardıqda ayrı-ayrı obyektlər üçün (istehsalat, sexlər, işçi yerləri,
proseslər, peşələr və başqaları) təhlükələrin nomenklaturası tərtib edilir. Məsələn, kimyəvi
proseslər üçün – absorbsiya, adsorbsiya, anomal temperatur, anomal barometrik təzyiq və s.
Təhlükələrin kvantifikasiyası.
Kvantifikasiya kəmiyyət göstəricilərini daxil etməklə
keyfiyyətcə mürəkkəb təyin olunan anlayışları qiymətləndirmək üçün tətbiq edilir. 
Kvantifikasiyanın rəqəm, bal və digər qiymətləndirmə üsulları vardır. Təhlükələri
qiymətləndirmək üçün ən geniş tətbiq edilən risk üsuludur.
Təhlükələrin eyniləşdirilməsi.
Təhlükələr potensial, yəni gizli xarakter daşıyırlar. Həyat
fəaliyyətinin təhlükəsiz təmin olunmasına zəmin yaradan operativ və profilaktik tədbirlər
hazırlamaq üçün kəmiyyət və zaman göstəricilərini müəyyənləşdirərək istifadə etmək prosesi
təhlükələrin eyniləşdirilməsi adlanır.
Eyniləşdirmə prosesində təhlükələrin nomenklaturası, onların yaranması ehtimalı,
lokallaşdırılması (harada baş verdiyi), mümkün göstəricilər müəyyən olunur.
Potensial təhlükələrin baş verməsini (gizli vəziyyətdən real hala keçməsini) təmin edən
şərait
səbəb
adlanır. Başqa sözlə, səbəblər təhlükənin yaranmasına və nəticədə bu və ya digər
xoşagəlməz hallara zəmin yaradan şəraitlərin məzmununu xarakterizə edir.


Zərər və xoşagəlməz hallara müxtəlif ağırlıqlı zədələnmələr, xəstələnmələr, xarici mühitdə
dağıntılar və başqaları aid edilir.
Bədbəxt hadisə, fövqəladə vəziyyət, yanğın və digər hallar üçün təhlükə, səbəblər və
nəticələrin əsas xarakteristikalarıdır.
“Təhlükələr-səbəblər-nəticələr” – üçlüyü potensial təhlükəni real ziyanlara gətirib çıxaran
məntiqi inkişaf prosesidir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə