Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə3/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   2   3   4   5   6   7   8   9   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

1.2. Risk nəzəriyyəsi anlayışı
Təhlükələrin yaratdığı nəticələrin tezliyi risk adlandırılır
. Başqa sözlə, risk təhlükələrin
kəmiyyətcə qiymətləndirilməsidir.
Risk (
R
)- hər hansı arzuolunmaz nəticələrin (
n
) müəyyən dövr ərzində onların mümkün
sayına (
N
) olan nisbətidir, yəni, təhlükələrin reallaşma tezliyidir:
R= n/N
(1.1)
Risk konsepsiyasının hər fəaliyyət elementi (əşyalar, əmək vasitəsi və məhsulları, texnoloji
proseslər, enerji mənbələri, insanlar və onlar arasında qarşılıqlı münasibətlər) bütövlükdə
fəaliyyətin özü qədər potensial təhlükəlidir, və o, hər zaman bu və ya digər real risk yaradır. 
Risk fərdi və sosial xarakterli olur. Fərdi risk ayrıca şəxs üçün məlum təhlükəni xarakterizə
edir. Sosial risk hadisələrin tezliyi ilə zədələnmiş adamlar arasında asılılıq yaradır.
Riskin təyin olunması təqribi xarakter daşıyır və bunun üçün dörd üsuldan istifadə edilir:
1.
Mühəndis üsulu
. Bu üsul statistik məlumata, tezliklərin hesabatına, təhlükəsizliyin
ehtimal təhlilinə, təhlükə şaxələrinin qurulmasına əsaslanır.
2. 
Model üsulu 
zərərli faktorların təklikdə vahid adama, sosial və peşə qruplarına və digər
təsir modelinin qurulmasına əsaslanır.
3.
Ekspert üsulu
müxtəlif hadisələrin ehtimalını müəyyən etmək üçün təcrübəli
mütəxəssislərlə aparılan sorğuya əsaslanır.
4. 
Sosioloji üsul 
əhali arasında aparılan sorğuya əsaslanır. Birinci və ikinci üsul müəyyən
hesablamaların aparılmasını tələb edir. Lakin, bunun üçün həmişə lazımi məlumatlar kifayət
dərəcədə olmur.
Göstərmək lazımdır ki, yuxarıda qeyd olunan üsullar ayrı-ayrılıqda riski müxtəlif nöqteyi
nəzərdən ifadə edir. Odur ki, bu üsullar kompleks şəkildə icra olunmalıdır. 
Ənənəvi təhlükəsizlik texnikası tam qəti, qeyri şərtsiz tələbi qəbul edir, yəni təhlükəsizliyi
təmin etmək, heç bir qəzaya yol verməmək prinsiplərinə əsaslanır. Lakin, təcrübə göstərir ki, bu
cür konsepsiya texniki sistemlərin imkanları ilə uyğunlaşmır. Mütləq təhlükəsizlik humanist
tələb olsa da, bu konsepsiya insanlar üçün bədbəxtliyə çevrilə bilər. Çünki, fəaliyyət göstərən
sistemlərdə heç vaxt sıfır riski təmin etmək mümkün deyil. Ona görə də, müasir aləm
mütləq
təhlükəsizlik konsepsiyasını
rədd edir və 
münasib (qəbul oluna bilən) risk konsepsiyasını
qəbul
edir. Bu konsepsiyanın mahiyyəti müəyyən dövr ərzində cəmiyyətin qəbul etdiyi və ona nail
olmaq istədiyi təhlükəsizlik prinsipindən ibarətdir.
Münasib risk
texniki, iqtisadi, sosial və siyasi aspektləri özündə cəmləşdirir və
təhlükəsizliyin səviyyəsi ilə ona nail olmaq imkanları arasında qarşılıqlı güzəştlər əsasında
razılaşmaya əsaslanır.
Qeyd etmək lazımdır ki, texniki sistemlərin təhlükəsizliyini yüksəltmək üçün iqtisadi
imkan sonsuz deyil. Təhlükəsizliyi artırmağa hədsiz miqdarda vəsait sərf etmək sosial sahələrə
ziyan göstərə bilər. Ona görə də risk münasib səviyyədə olmalıdır.
Riskin idarə olunmasında təhlükəsizliyin səviyyəsini yüksəltmək üçün sərf olunan vəsaiti
üç istiqamətə yönəltmək lazımdır. Bunlar, texniki sistemlərin və obyektlərin təkmilləşdirilməsi,
işçilərin peşə hazırlığı və fövqəladə şəraitlərin ləğv edilməsi istiqamətlərindən ibarətdir.
Bu istiqamətlərdən hansının daha vacib olduğunu göstərmək çətindir. Bunun üçün konkret
məlumatlar əsasında xüsusi təhlil aparılmalıdır.



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə