Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin


Həyat fəaliyyətinin idarə olunmasının metodiki əsasları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə6/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   2   3   4   5   6   7   8   9   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

Həyat fəaliyyətinin idarə olunmasının metodiki əsasları
Həyat fəaliyyətinin idarə olunması dedikdə, nəzərdə tutulan məqsədə çatmaq üçün “insan –
mühit” sistemində təşkilati işlər nəzərdə tutulur. Başqa sözlə, obyekti bir vəziyyətdən (təhlükəli)


digər vəziyyətə (az təhlükəli) keçirmək deməkdir. Bu prosesdə iqtisadi və texniki
məqsədəuyğunluq əsas götürülməlidir. Həmçinin aşağıdakı tələblər yerinə yetirilməlidir:
– qərarların qəbul olunma prosesi sonuncu məqsədlərin dəqiq müəyyən olunması ilə
başlanmalıdır; 
– bütün problem tam şəkildə araşdırıllmalıdır; 
– məqsədə çatmaq üçün alternativ yollar təhlil edilməlidir;
– cari məqsədlər ümumi məqsədin tərkib hissəsi olmalıdır. 
Bu tələblərin icrası ilə reallıq, effektivlik və nəzarət şərtləri də ödənilməlidir.
Həyat fəaliyyətinin təhlükəsizliyinin idarə olunması aşağıdakı mərhələlərdən ibarətdir: 
– obyektin vəziyyətinin təhlili və qiymətləndirilməsi; 
– idarəetmənin məqsəd və vəzifələrinə nail olmaq üçün tədbirlərin planlaşdırılması və
proqnoz verilməsi, idarə olunan və idarəedici sistemlərin müəyyənləşdirilməsi; 
– idarəetmənin təşkilinin yerinə yetirilməsinin nəzarət sistemi ilə yoxlanılması; 
– tədbirlərin səmərəliliyinin müəyyən edilməsi. 
Bu problemləri müvəffəqiyyətlə həll etmək üçün işçilərə həvəsləndirmə formalarının
tətbiqi. 
HFT-nin idarə olunması vasitələri fizioloji, psixoloji, sosial, tərbiyəvi, erqonomik, ekoloji,
tibbi, mexaniki, operativ- təşkilati, hüquqi və iqtisadi sahələri əhatə edir. Hər bir sahə geniş
idarəetmə sistemlərinə malikdir.Bunlara ümumi təhsil, peşə üzrə təhsil və kadrların seçməsi,
əmək və istirahətin səmərəli təşkili, kollektiv və fərdi mühafizə vasitələri, texniki və təşkilati
güzəştli təminat və s. misal ola bilər.
-
İdarə edən sistem
(idarə subyekti)
İnsan
Mühit
Nəticələr:
Zədələnmələr, xəstəliklər, 
qəzalar, yanğınlar, YNH və s.
Hesabat
informasiya

Normativ-
hüquqi 
tələblər, 
tapşırıqlar, 
planlar
İdarə olunan sistem 
(idarə obyekti)
Giriş 
siqnalı
Çıxış 
siqnalı



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə