Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin


Şəkil 1.1.  Həyat fəaliyyəti təhlükəsizliyinin idarə olunması sxemi MUHAZİRƏ 2



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə7/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   2   3   4   5   6   7   8   9   10   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

Şəkil 1.1. 
Həyat fəaliyyəti təhlükəsizliyinin idarə olunması sxemi
MUHAZİRƏ 2
Ekologiyanın konseptual əsasları
Ekologiya canlı orqanizmlərin mövcudluq şəraitini, onları əhatə edən mühitlə qarşılıqlı
əlaqə və münasibətlərini öyrənən elmdir. Yunan dilindən ekologiya elminin tərcüməsi “oykos” -
ev, daxma, “loqos” – elm deməkdir. Bu səbəbdən də, bəzən ekologiyanı canlıların məskun
sahələri ilə əlaqələrini öyrənən elm kimi təqdim edirlər. Bu fikir onunla öz doğruluğunu göstərir
ki, ətraf aləmi (məskun sahələrini) canlı orqa-nizmlərdən ayrı tədqiq etmək düzgün deyil. Bunlar
hər ikisi birgə - tam fəaliyyətin ayrılmaz elementləridir. Ekologiyanı təkcə mühitin orqanizmə
təsirini öyrənən elm kimi vermək səhv fikirdir.
Ekologiya təbiət fənləri olan kimya, fizika, riyaziyyat, geologiya, coğrafiya, torpaqşünaslıq
elmləri ilə sıx əlaqədə biologiya elminin bir hissəsi kimi öz inkişafını tapmışdır.
Ekologiyanın predmeti orqanizmlər ilə mühit arasında əlaqənin birliyi və ya strukturundan
ibarətdir. Ekologiyanın əsas tədqiqat obyekti ekoloji sistemdir. Bundan başqa, ekologiya ayrı-
ayrı orqanizmlərin növlərinin, onların populyasiyalarınm və ümumilikdə, biosferin öyrənilməsi
ilə də məşğul olur.
Biologiya elminə daxil olan ekologiyanın əsas bölməsi
ümumi ekologiyadır.
Ümumi
ekologiyanın struktur sxemi aşağıdakı kimi təqdim edilə bilər (şəkil 2.1.).
Ümumi ekologiya
– ekosistemin biotik və abiotik komponentlərinin qarşılıqlı təsirlərinin
qanunauyğunluqlarını və prinsiplərini öyrənən elmdir. Burada, əsasən, strukturların formalaşma
qanunları, ekosistemin funksiyaları və inkişafı öyrənilir. Bu, qlobal və tətbiqi ekologiyanın
nəzəri əsası hesab olunur. Ümumi ekologiyanın nəzəri əsasları biotik birliklər, qida zənciri,
maddələrin dövranı və ekosistemdə enerji, populyasiya ekologiyası konsepsiyasını təşkil edir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə